news-inner
clock13:52 calendar-gray 13 Aprel 2015 view-gray268 dəfə oxunub
view-gray268 dəfə oxunub

Əjdər Olun ipinin üstünə odun yığılmalı deyilmiş

Kulis Elçin Hüseynbəylinin “Portret hekayələr ustası - Əjdər Ol” məqaləsini təqdim edir.

Yazıçı dostum Əjdər Olun «Eynək» hekayəsini bu yaxınlarda maraqla oxudum. Rəhmətlik Adil Mirseyidin gerçək və kövrək obrazını yaradıb. Onunla münasibətini şirin və yadda qalan dillə anladıb. Adilin Paris sevgisi incə yumorla və dəqiq verilib. Ona hədiyyə edilən paltarları oğluna verib, oğlunun köhnəsini geyməsi təsirlidi və dəqiq yazıçı müşahidəsidi. Mən də vaxtı ilə Adilin şeirlərinə parodiya yazmışam, əvəzində bəndənizə rəsm əsəri bağışlayacağını demişdi. Yəqin, son anda yadından çıxıb, ya da zamanı çatmayıb. Bu hekayə illər öncə yazdığım məqaləni yadıma saldı. Mən də köşəmdən istifadə edib, onu indi çap edirəm.

«...Həmkarım Əjdər Ol haqqında bu xırdaca qeydlərimi təptəzəcə hissin təzahürü də saymaq olar, həmkarının uğurlarına sevinən bir yazıçının ürək sözləri kimi də başa düşmək olar.

Mən yazar həmkarımın şeirlərini də, hekayələrini də öncələr oxumuşdum (onda dostluğumuza çox vardı), daha çox vərəqləmişdim (yazıçı eqoizmindən yana), amma onun ədəbi portretlər silsiləsini oxumamışdım. Çünki ədəbi portretlər həmişə mənə cansıxıcı gəlib. Amma hər bir insanın istedadı onun hansısa peşə keyfiyyətlərində üzə çıxır.

Mən Əjdər Olun «Qrafoman» yazısını «525-ci qəzet»də oxudum, Yazı qəhrəmanının taleyinə acısam da, müəllifin ustalığına heyranlığımı gizlətmədim. Sən demə, zırıltı daldaymış və mən istər-istəməz, yəni instinktlərimin və vicdanımın səsi sayəsində Əjdər Olun bir neçə gün əvvəl mənə bağışladığı «Ölümlə zarafat» kitabını əlimə aldım, Əlisəmidlə, Rafiq Tağı və Namiq Abdullayevlə bağlı portretlərini oxumağa başladım. Bu kitabdan sonra mən ona yazıçı dostum deyə bilərəm. Əjdər Ol bu yazılarında nəsrlə publisistikanın sintezini elə gözəl vermişdi ki, istedadlı adamlar ona sevinə, istedadsızlar qəzəblənə bilərlər. (Bu da özünü tərifləməyin bir qaydası). Düz tapdınız, mən sevindim. Çünki oxunaqlıydı, çünki maraqlıydı. Onun bu yazılarını roman kimi də, esse kimi də, hekayə kimi də oxumaq olar və mənə aydın oldu ki, Əjdər Ol mifik obrazlar yox, real obrazların ustasıdır. Onun qəhrəmanlarının xarakter və hərəkətlərini bir rəssam kimi cızması, bir psixoloq kimi bəlirtməsi... valehedicidir. O, öz qəhrəmanını, obrazını, onun yaşantılarını, əhvalatları arasında keçidləri elə ustalıqla, elə məharətlə qələm alır ki, adam yorulmur. Yazıçılığını oxuculuğuna qısqanan bəndəniz bir neçə gün dalbadal, işdə, kompüter arxasında oturub Əjdər Olun bayaqkı kitabını sonunacan oxudum və bayaq dediyim kimi, onun real obrazlar ustası kimi nasirliyini bəyəndim.

Əjdər Ol mənasız xatirələrdən yazanlardan deyil. Onun üçün xatirə daşıyıcısı da, xatirə sahibkarı da, onların ərsəyə gətirdikləri yazı forması da maraqlı və cəlbedicidir.

Onun qəhrəmanları diridir, baxılandır, kino kimi görünəndir. «Əlisəmid adamın üstünə dörd tərəfdən gəlir». («Dəli Əlisəmid Kür») Qələm dostumun yumor hissi əndazəlidir. «Rafiq Tağı birdən öz ləhcəsinə keçdi: Sən düz demersən…» («Rafiq Tağı ki, Rafiq Tağı»)

Əmir Pəhləvanın dilindən:

«Rüstəm, bir azdan sənin şaman ruhun Allahın dərgahına qovuşacaq. İndi biz Allaha daha yaxınıq». («Ölümlə zarafat»)

Namiq Abdullayevin xarakter cizgiləri unudulmazdır.

Əgər iş istintaqa düşsəydi, yaxud Rafiq Tağı ilə Əlisəmid Kürün (Namiq Abdulayevi tanımırdım) xarakteristikası haqqında bu cür arayış hazırlansaydı, mən də ora öz imzamı qoyardım.

Əjdər Olun qələmə aldığı müəlliflər həm də mənim qələm dostlarımdır. Mən onların yerinə olsaydım, nəinki Əjdər Oldan zərrə qədər də inciyə, əksinə ona minnətdar olardım. Çünki bu qələm qardaşlarımızın haqqında çox ədəbi-tənqidi məqalələr yazılacaq, ancaq onların ədəbiyyat tarixində Əlisəmid, Rafiq Tağı, Namiq Abdullayev kimi obrazları məhz onun qələmi sayəsində oxucuların yaddaşında qalacaq.

Bir neçə il bundan öncə, mən bu yazını Əjdər Ola sürpriz eləmək istəyirdim. Düşünürdüm ki, zaman gələr və yazar dostum haqqında bir kitab bağlanar və mən də bu kiçik yazını ona ərməğan edərəm. Sən demə, məsələ qəliziymiş, Əjdər Olun ipinin üstünə odun yığılmalı deyilmiş. Və Əjdər Ol günlərin bir günü özünün çağdaşları və çağdaşlarının onun haqqında yazdığı «Əjdər Olam» kitabını şapbadan stolumun üstünə qoydu. Daha doğrusu, göndərdi. İşə bax, cəmi bir neçə gün öncə mən Əjdər Ol haqında qeydlərimə yenidən baxmışdım və qayğıların çoxluğundan onu əməlli-başlı işləyə bilməmişdim. İndi qatar getmişdi və mənim yazar dostuma sürpriz istəyim havada qalmışdı. İndən belə bu yazı sürpriz yox, priz olsa yaxşıdır.

Əjdər Olu, gec də olsa, bu yazılar münasibətilə təbrik edir, ona yaradıcılıq uğurları arzulayıram. Bu yazar qardaşımızın ədəbi portretlər silsiləsini gözləməyə dəyər, çünki o, doğrudan da bənzərsizdir...»

2009-2015

Bakı

Oxşar xəbərlər

Xəbər lenti

Nərimanovun 5 yaşlı oğluna yazdığı o məktubdan sonra… – Çingiz Hüseynov yazır
13:30 27 İyul 2021
Buker mükafatının uzun siyahısı açıqlanıb
12:29 27 İyul 2021
Anar: “Əkrəm Əylislini qəbul edərəm, ancaq bir şərtlə...” – Müsahibə
12:01 27 İyul 2021
El Romandan hekayə: Pomada dadı
11:30 27 İyul 2021
Yazıçımız beynəlxalq ədəbiyyat müsabiqəsində - İlk dəfə
10:51 27 İyul 2021
Xalq artistinin ölüm xəbəri yayıldı
10:20 27 İyul 2021
Tanınmış yazıçı vəfat etdi
10:06 27 İyul 2021
Əllərində göyüzü – Həmid Piriyevin hekayəsi
09:01 27 İyul 2021
Oğlunun ölümünü ondan 40 gün gizlədilər – Xalq artisti haqqında maraqlı faktlar
21:00 26 İyul 2021
“Oyaq gözəl” onlayn nümayiş ediləcək
19:00 26 İyul 2021
Ayrılıq qıvrılır canımda - Ələddin Əzimlidən şeirlər
18:22 26 İyul 2021
Qaldırdı ürəyim ağ bayrağını – Yeni şeirlər
17:01 26 İyul 2021
Şeirlərimiz ispandilli saytda
16:15 26 İyul 2021
Türkiyədə Nizamiyə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb
15:25 26 İyul 2021
Simran Qədimdən yeni hekayə: Labirint
14:55 26 İyul 2021
Ağrının yaddaş ömrü
14:00 26 İyul 2021
Gənc şair Tərcümə Mərkəzini sərt tənqid etdi: “Bunun bircə adı var...”
13:21 26 İyul 2021
Əkrəm Əylisli: “Anar və Elçinlə birlikdə ona ağlayardım ki...” – Müsahibə
12:57 26 İyul 2021
“Oyaq gözəl” yenidən səhnədə
12:06 26 İyul 2021
Rasim Qaracadan qeyri-adi roman onluğu: Anar, Mirələmov...
11:30 26 İyul 2021