Aşıq Ədalətin söyüşü

Aşıq Ədalətin söyüşü
13 aprel 2015
# 10:40

Ədalət Nəsibov söyüş söydü.

Tanıyanlar üçün təzə xəbər deyil. Söyüşcül adamdı. Ütülü deyil. Standart deyil. Min dəfə, yüz dəfə söyüb, döymək, öldürmək istəyiblər. Necə deyərlər, Allah saxlayıb.

Amma bu dəfə başqa cür oldu.

Bu dəfə söyüş tirajlandı.

Ustadı dilindən tutdular.

Tutdular və qullandılar.

Əvvəl ATV.

Sonra adını həmən unutduğum rəqqasə xanım.

Daha sonra Aşıq Namiq.

Günahkar kimdir?

Əlbəttə, söyüş söymək olmaz.

İllah da bir xanıma və camaatın içində...

Amma çəkiliş vaxtı söyülən söyüşü tirajlamaq, heç olmaz!

Burda tirajlayanın suçu söyəndən çoxdur.

KİV haqqında qanunda da belədir.

Çünki söyüş spontan, yayımsa məqsədli, düşünülmüşdür.

Bu heç.

Keçək fürsətdən istifadə edib Ustad Ədaləti təhqir edənlərə.

Yaltaqmış...

Yalandır.

Əgər aşığın ürəyindən gələn xoş sözləri yaltaqlıq kimi qəbul ediriksə, Aşıq Ələsgərin Dəli Alıya, Səməd ağaya dediyi təriflərin adı nədir?

Yaltaqlıq - hesablanan, ölçülü-biçili davranış növüdür.

Ədalət nəinki yaltaq deyil, hətta buxara papaq qoyub qalifey şalvar geyən məddah aşıqların komasını dağıdan, onların qondarma şan-şöhrətini öz çalğısı, jestləri, danışığı və əzəməti ilə darmadağın edən kişidir.

Pozğunmuş...

Mənə nə!

Kimlə yaşadı, necə yaşadı, hansı arvadlarla yatdı-durdu, nə qədər araq içdi bu məni maraqlandırmır və maraqlandırmamalıdır. Əgər öz “pozğunluğunu” sosiallaşdırıb təbliğ edirsə, o zaman buyurun, cavabını verək. Mən ondan yalnız gözəl şeirlər və ibrətamiz söhbətlər eşitmişəm. Çox qadınla ünsiyyətdə olmağı, araq içməyi isə pozğunluq yox həyat tərzi hesab edirəm. Ona qalsa, Ernest Heminquey, Nazim Hikmət, Səməd Vurğun pozğunun kralıdır.

İctimai qınaq yaxşı şeydir.

Amma təbii ki, əndazədə.

Adamı rəsmən silmək istəyən var.

Bu cəhdlər heç vaxt xeyirxah ola bilməz.

Bunu hiss eləmək elə də çətin deyil.

Qarşınızdakı uşaq-muşaq deyil, Ədalət Nəsibovdur.

Ölkədə hər kəs öz işini onun kimi ustalıqla, yüksək səviyyədə görsəydi, Avropa bizi barmaqla göstərərdi.

Bilirsinizmi, şərq dünyasında saz və bağlama aləti ifa edən elə bir adam tapılmaz ki, yel olub Ədalətin böyründən ötə bilsin.

Ürəyinizdən keçdi deyəsən: “İstedadlıdırsa, bizi söyməlidir?”

Cavab verirəm: Söyməli deyil, ancaq söyübsə, anındaca bağışlanmalı, anlayışla qarşılanmalıdır, onun ən azı buna haqqı var.

Adam öz dəyərinin qədrini bilər, onu düşünülməmiş səhvə qurban verməz.

Dalını açıb gənc və gözəl şagirdi Anna Holdsa göstərən Bethovenin, atasına bağırsaq yelindən məktub yazan Motsartın, azyaşlı qızları tovlayıb özünə arvad edən Çaplinin ruhuna and olsun düz deyirəm.

Mənə etiraz edən dost, öz işini Ədalət kimi gör, var-yoxumuz sənə qurbandı.

Yetər ki, əməlinlə var-yoxumuzu zad eləməyəsən...

# 3430 dəfə oxunub

Oxşar xəbərlər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5  məşhur əsər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5 məşhur əsər

13:30 3 iyun 2026
Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

15:00 2 iyun 2026
“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

12:00 1 iyun 2026
Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

17:00 30 may 2026
"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

15:00 30 may 2026
Erotik "Venera" tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

Erotik "Venera" tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

11:30 30 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər