news-inner
clock08:30 calendar-gray 07 Aprel 2015 view-gray149 dəfə oxunub
view-gray149 dəfə oxunub

Kayahan: 6 ay ömrü qalmışdı, 20 il yaşadı

Kayahan...

Səsi, mahnıları ilə əfsanə olmuşdu. Türkiyənin ən məşhur sənətkarlarından biri idi. Təkcə vətənində deyil, Azərbaycan və bir çox ölkələrdə də sevilirdi. 65 yaşında ağciyər xərçəngindən gözlərini bu dünyaya əbədi yumdu…

Türk pop musiqiçisi, bəstəkar, musiqi sözləri yazarı Kayahan Açar 29 mart 1949-cu ildə İzmirdə doğulub. Uşaqlıq və gənclik illərini Ankarada keçirən müğənni daha sonra İstanbula köçüb. İstanbuldan sonra uzun müddət Balıkesir-Göməçdəki İnta Sevgi kəndində Gecələr Prospekti və Mavilim Küçəsində yaşayəb. Bu kənddəki bütün prospekt və küçələr, Kayahanın mahnılarının adlarından ibarətdir.

Karyerası

Kayahan ilk olaraq məşhur müğənni Nilufərə verdiyi gözəl mahnılarla adını eşitdirməyə başladı. Nilufərin ifa etdiyi “Geceler”, “Kar Taneleri”, “Esmer Günler” mahnıları çox sevildi. Müğənni hazırladığı bütün albomları bir şüarla tanıdırdı.

3 iyun 1991-ci ildə çıxardığı “Yemin Ettim” adlı albomu ilə satış rekordu qıran Kayahan “Yolu sevgidən keçən hər kəslə bir gün bir yerdə görüşərik” şüarı ilə tanınıb. Uşaqlar üçün də mahnılar yazan Kayahan televiziyada uşaq proqramı da hazırlayıb. 30 aprel 1992-ci ildə isə "Odalarda Işıksızım" albomunu çıxarıb.

1993-cü ilin martında Raks Musiqi etiketli "Son Şarkılarım" adını verdiyi albomunda yenə özünə aid olan on mahnı yer alıb. "Sarı Şekerim", "Vazgeçmem", "Aman", "Kardeşiz Senle" kimi mahnıların önə çıxdığı albom da böyük satış əldə edib. Kayahanın iki il sonra 1995-ci ilin yanvarın son günlərində çıxan “Benim Penceremden” adlı albomunun şüarı “Sevənləri ayırmayın, sevənlər ayrılmayın” olub. Albomda böyük uğur qazanan “Allahım Neydi Günahım” mahnısını bir çox sənətçi ifa edib.

Bu albomla birlikdə Kayahan Demet Sağıroğlundan sonra musiqi dünyasını yeni bir istedadla tanış etdi. Bu gənc xanım sənətkarın 1999-cu ildə ailə həyatı qurduğu İpək Tüter idi.

Kayahan, 1996-ci ilin iyul ayında "Canımın Yaprakları" adlı albomunu "Allah heç kimi sevgisiz buraxmasın" şüarıyla bazara çıxardı. “Bir insanın sevgisini itirdiyi an hər şeyini itirər” deyən Kayahan "Sevgisiz heç nə mümkün deyil, hər şeyin başında sevgidir” sözləri ilə sevgiyə nə qədər dəyər verdiyini göstərirdi. Erdal Qızılçay, İsgəndər Paydaş və Tamer Çıray üçlüyünün hazırladığı albomda səkkiz mahnı yer aldı. Albom onun evindəki studiyada “low-fi” texnologiyası istifadə edilərək hazırlanıb. Səkkiz mahnının hamısı konsert formasında yaddaşa köçürülüb və kliplərində konsertlərindəki çıxışlarından istifadə edib.

Kayahan sonrakı il “Emrin Olur” adlı albomunu hazırlayıb. 1999-cu ilin aprelində hazırladığı doqquzuncu, “Beni Azad Et” albomu “Beni Azad Et”, “Yine Şişe Bitecek”, “Her Yerde Aynı” adlı hit mahnılardan ibarət idi. Kayahan ilin çox hissəsini yaşadığı Gömeç qəsəbəsinə bağlılığını yazdığı “Gömeç” mahnısı ilə ifadə edib.

2000-ci il 26 noyabrında “Gönül Sayfam” albomunu bazara çıxaran Kayahan “Sevdaya Mahsus”, “Kağıttan Kayıklarla”, “Söz Güzelim” kimi romantik mahnılardan əlavə albomda “Ölmemmi Lazım”, “Aman Beni Unutma”, “Tek Delikli Kaval”,17 avqust zəlzələsi üçün yazdığı “17 Ağustos”, qızı Aslı Könül üçün bəstələdiyi “Ninni” kimi mahnılar da yer alıb.

17 dekabr 2002-ci ildə Kayahan “Ne Oldu Can” albomunu musiqisevərlərə təqdim edib. Albomda yer alan “Ne Oldu Can”, “Bir Aşk Hikayesi”, “Onsuz Olmuyor” mahnıları uzun müddət dillərdən düşmədi. Satış rekordu qıran Kayahan albomunda Barış Manço üçün yazdığı “Bugün Aslında Bayram” mahnısı ilə musiqiyə, sənətçilərə sahib çıxmağın vacibliyini bir daha vurğulamış oldu.

Sənətkarın ilk böyük mükafatı 1986-cı ildə qatıldığı Aralıq dənizi Musiqi Yarışında "Gecələr" mahnısına görə qazandığı "Altın Portakal" oldu. 1990-ci ildə “Eurovision” mahnı yarışında "Gözlerinin Hapsindeyim" adlı mahnısıyla Türkiyəni təmsil etdi. Son on beş ildə bütün media qurumları tərəfindən hər il bəstəkar, söz yazarı və ifaçı üzrə qoyulan mükafatların hamısına layiq görülüb. 2003-ci ildə “Altın Kelebek Onur” və "Ne Oldu Can" albomunun satışındakı müvəffəqiyyətə görə “Müyap” mükafatı alıb.

O, 2005-ci ildə "Kelebeğin Şansı" və 15 Mart 2007-ci il tarixində isə "Biriciğime" adlı albomları çıxarıb. Həm Türkiyədə, həm də ölkə xaricində çoxlu konsert verən sənətkar 1992-ci il 29 oktyabrda Cümhuriyyət bayramı ilə əlaqədar Ankara Kızılay Meydanında 160 mindən çox tamaşaçıya verdiyi konsertlə tarixə düşdü.

Təbiətə, ətraf mühitə həssaslığı ilə tanınan Kayahan insanların bu mövzuya olan marağını artırmaq məqsədiylə yardım konsertləri verir və könüllü olaraq işlərə qatılırdı.

Şəxsi həyatı

Kayahan 3 dəfə evlənib. O, ilk dəfə 1973-cü ildə Nur xanımla evlənib. Ancaq bu evlilik 17 ildən sonra ayrılıqla nəticələnib. Müğənninin bu evlilikdən hazırda 40 yaşı olan Bəstə adlı qızı var. İkinci dəfə 1990-cı ildə Lalə Yılmazla evlənən müğənninin bu evliliyi də uzun çəkmir və cütlük 1996-cı ildə boşanır. Kayahan 3-cü dəfə 1999-cu ildə özündən 27 yaş kiçik olan İpək Açarla evlənib. 2000-ci ildə bu evlilikdən cütlüyün Aslı Könül adlı qızları dünyaya gəlib. İpək Açar son gününə qədər müğənninin yanında olub.

Xəstəliyi və ölümü

İlk dəfə 1990-cı ildə ağciyər xərçənginə tutulan müğənni 2005-ci ildə ikinci dəfə bu xəstəliklə qarşılaşıb. Həmin müddətdə 4 dəfə əməliyyat olunan və radioterapiya keçəndən sonra yenidən ayağa qalxa bilmişdi. İlk dəfə xərçəngə tutulan zaman “Yemin Etdim”i yazan müğənni uzun illər sonra demişdi: “Yaşanacaq günümüz var imiş. Ölüm cəza deyil, mən elə düşünürəm. Müalicə olundum, dediklərinə görə 6 ay ömrüm qalmışdı. Onların dedikləri vaxtdan 21 il keçdi”.

2014-cü ildə isə 3-cü dəfə narahatlığı artan Kayahan yenidən xəstəlikdən müalicə olunurdu. Martın 23-dən xəstəxanaya yatan Kayahanın müalicəsi martın 25-dən reanimasiyada davam etdirildi. 3 aprel günü səhər saat səkkizdə əbədi olaraq bu dünyadan köçdü. Mərhumun cənazəsi Teşvikiye məscidində qaldırılaraq öz vəsiyyəti ilə Kanlıca Mihrimah Sultan Qəbiristanlığında dəfn edildi.

Qeyd edək ki, bu il fevralın 14-də sevgilililər gününd'Kayahan uzun müddətdir küsülü olduğu müğənni Niluferlə konsert verdi və onlar barışdılar. Kayahan pərəstişkarlarına demişdi: “Mənim haqqım sizə halaldır, siz də haqqınızı halal edin. Xəyal qurun, xəyal qurduğunuz müddətdə yaşayırsız.”

Oxşar xəbərlər

Xəbər lenti

Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020
190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020