news-inner
clock15:19 calendar-gray 19 Mart 2015 view-gray218 dəfə oxunub
view-gray218 dəfə oxunub

Natiq Rəsulzadə: "... Çingiz Abdullayevi güllələmək lazımdır"

"Yazıçılar da oxucular kimi müxtəlifdir. Kimi Fyodor Dostoyevskini, Nizami Gəncəvini oxuyur, kimi də "sarı" mətbuatı oxuyub həzz alır. Təxminən son iyirimi ildə özlüyümdə götür-qoy etmişəm, yazıçı o insandır ki, xeyri şərdən, pisi yaxşıdan ayıra bilir. Bəziləri məhz məşhurlaşmaq üçün yazıçı olmaq istəyirlər. Əlbəttə bu düzgün deyil".

Bunu APA TV-nin efirində yayımlanan "İlqar Rəsul və..." verilişinin qonağı yazıçı, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə deyib.

Müsahibimiz tələbəlik illərindən söhbət açıb. "Bizim vaxtımızda diplomsuz oğlana qız vermirdilər. Həmin vaxt dostum sənədlərini Azərbaycan Texniki Universitetinə vermişdi deyə, mən də həvəslənib həmin universitetdə oxumaq istədim. Qəbul olunandan sonra anladım ki, burada oxumaq mənə maraqlı deyil. Demək olar ki, bütün dərsliklər rus dilində idi. Hətta Azərbaycan bölməsində oxuyan uşaqlar bizim yanımıza gəlirdilər ki, dərslərinin müəyyən bir hissəsini onlara tərcümə edək. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan dilində zəngin dərslik olmamağı problemi hələ də qalmaqdadır. Nə isə. Üçüncü kursda təhsilimi yarımçıq buraxıb, Moskvada - Maksim Qorki adına Ədəbiyyat institutuna qəbul olunmaq üçün sənədlərimi hazırladım. Beləcə, həmin institutun tələbəsi oldum".

Natiq Rəsulzadə rus dilində yazdığına görə onu tənqid edənlərlə bağlı narazılığını dilə gətirib. "İndi bəzi "ağzıgöyçəklər" rus dilində yazan yazıçılarımızı bəyənmir yaxud qınayırlar. Çingiz Abdullayev nəinki Azərbaycanda hətta deyərdim ki, MDB məkanında ən tanınmış yazıçıdan biridir. İndi belə çıxır ki, onu rus dilində yazdığına görə güllələmək lazımdır?! Bizi rus dilində oxumaq çətindirsə, Azərbaycan dilinə tərcümə etsinlər. Xarici yazıçıların əsərləri də tərcümə olunur. Ona görə də hesab edirəm ki, bu, çətin məsələ deyil. Əslində düşünürəm ki, bizdə Kafkanı, Folkneri tərcümə edə biləcək səviyyədə tərcüməçi yoxdur. Hələ də anlamıram ki, onların əsərlərini necə tərcümə ediblər. Bu problemin də başlıca səbəbi bizdə lap əvvəldən tərcümə məktəbinin olmamağıdır. Ona görə də hazırda bizdə tərcümə sahəsində çatışmazlıqlar var. Təbii ki, tərcümə mərkəzi bu sahədə işlər görməyə cəhd edir, yəqin getdikcə bəzi problemlər həllini tapacaq".

Öz yaradıcılığına münasibət bildirən Natiq Rəsulzadə əslində arzuladığı kimi yaza bilmədiyini də etiraf edib. "Həmişə öz yaradıcılığıma tənqidçi gözü ilə baxıram. Çox az əsərlərim var ki, onlardan təxminən doxsan faiz razıyam. Həmin əsərlər on beş ildə yazdıqlarımdır. 1970-ci illərdə yazdığım bir neçə əsərim də var ki, onlar çox böyük səs-küy yaratdı. Halbuki o dövrdə məşhur olmaq çətin idi. Çünki senzura vardı. Məsələn, erotikadan, Bakı milyonçularından və başqa bir çox mövzulardan yaza bilməzdik. Təsəvvür edin ki, bu qədər mövzu məhdudiyyətinin içində yenə də maraq doğuran əsərlər yaza bildim...

İndi ədəbiyyatda mövzu azadlığı var. Amma yazıçı dərk etməlidir ki, istər erotika, istər dedektiv, fantastika və digər mövzularda yazmağın da bir həddi var. Ölçü hissi mütləqdir. Bu hiss istedadın əsas amilidir. Heydər Əliyev mənim "Gecə süvarisi" əsərimi oxuyub İmran Qasımova demişdi ki, "bu əsərdə tənqid olunacaq bir məsələ görmədim. Yazıçı hər şeyi düz yazıb. Doğrudan da əsərdə yazıldığı kimi hazırda ölkədə bu nöqsanlar mövcuddur". Beləcə, Heydər Əliyevin rəyi məni sözün əsl mənasında xilas etdi. Çünki o əsərə görə məni Mərkəzi Komitədə, DTK-da, DİN-də möhkəm tənqid edirdilər. Heç kim çap etmirdi məni həmin ərəfədə".

news-inner-user

18107 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Qocalar evində yaşayan aktrisa vəfat etdi
13:45 06 Mart 2021
Tez öləcəyini bildiyi üçün evlənməyən aktyorumuz - Maraqlı faktlar
12:30 06 Mart 2021
Berlin Film Festivalının qalibləri açıqlandı
11:13 06 Mart 2021
Xalq rəssamı haqqında tədbir keçirilib
10:12 06 Mart 2021
Kişilərə qarşı terror törədən feministlər – Sevda Sultanova yazır...
09:01 06 Mart 2021
“Baku” jurnalı “Yandeks dzen” platformasında təqdim olunur
18:55 05 Mart 2021
Qadınlar Gününə həsr olunmuş sərgi keçiriləcək
18:01 05 Mart 2021
Qadına görə özünü yandıran məşhur meyxanaçı - Məşədibaba Elçini niyə öldürmüşdü? - Video
17:09 05 Mart 2021
“Oyaq gözəl” tamaşası onlayn nümayiş ediləcək
16:22 05 Mart 2021
Yanlış tanıdığımız Amerika – Cavid Ramazanov yazır
15:30 05 Mart 2021
Qodar kinodan gedir
14:40 05 Mart 2021
Türkiyəli yazıçı vəfat etdi
13:50 05 Mart 2021
Dahi şairin çap olunmamış şeiri tapıldı
13:01 05 Mart 2021
Ona qarşı “vnimatelni” olmadılar - Yaşar Nurinin fəxri ada həsrət qalan atası - Maraqlı faktlar
12:30 05 Mart 2021
Nənəsi şal örtən, qızı şort geyinən dostum – Şərif Ağayar yazır...
11:44 05 Mart 2021
Lal deyil, amma ömrü boyu danışmır...
11:01 05 Mart 2021
Berlin Film Festivalında Azərbaycan düzəlişi
10:14 05 Mart 2021
Erməni generalını boğan şəhid haqqında roman - İlk hissə
09:00 05 Mart 2021
Acından kirpikləri tökülən, evlənməkdən qorxan, mənzilində yiyəsiz ölən Əməkdar artist
21:00 04 Mart 2021
O, ölümə qaçdığının fərqində deyildi – Cavanşir Yusifli yazır…
18:11 04 Mart 2021