Bətnimdə körpələrin matəmi - Sevinc Çılğından YENİ ŞEİR

Bətnimdə körpələrin matəmi - <span style="color:red;">Sevinc Çılğından YENİ ŞEİR
12 mart 2015
# 14:34

Kulis Sevinc Çılğının yeni şeirini təqdim edir.

İndi inandığım şeylərin yalan olduğuna inandırıram özümü

Günəşin gecələr, ayın gündüzlər göründüyü fəsildəyəm

Yolları yağış

Döngələri kölgələr gizlədir

Və mən

İnandığım şeylərin yalan olduğuna inandırıram özümü...

Bir dostum vardı

Savaşda güllələnmədi

Qəzada ölmədi

Nə uzun sürən xəstəlik

Nə əcəl aldı canını

Ayrılıqdan can verdi

Bütün ömrünü bir dəli sevdaya bağışladı

Və mən

İndi

İnandığım şeylərin yalan olduğuna inandırıram özümü...

Bir evim olsun istədim

Pəncərələrindən bulud ötən

Bacası tüstülü

Kandarında küçüklər oynaşan

Gecələr aya

Gündüzlər günəşə baxan çiçəkləri xəyal etdim bağçamda

Nə günəş doğdu

Nə ay

Nə bir küçük süləndi kandarımda

Bacamın tüstüsü olmadı buludlara qarışa

Nə də özüm bir evə sığdım...

Və mən indi

İnandığım şeylərin yalan olduğuna inandırıram özümü...

Qulaqlarımda

Bir dostun ölüm marşını vıyıldayır küləklər

Bətnimdə yarım qalan körpələrin matəmi...

Dizlərimi qarnıma sıxıb

Aksak ritmlərdə yırğalanan ruhuma

İnandığım şeylərin yalan olduğunu pıçıldayıram

Və mən indi

Bir dostun ölüm yuxusunda

Göydən düşən almaları qoxlayıram

# 2155 dəfə oxunub

Oxşar xəbərlər

Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

12:00 24 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər