Qadın xəyanətinin ən qorxunc nümunəsi

Qadın xəyanətinin ən qorxunc nümunəsi
26 fevral 2015
# 21:00

Gərək sevəndə eləsini sevəsən ki, sonra o səmimi hislərə görə başına döyməyəsən. Düzdür, doğrudur və tamamilə zaddır. Zaddır, yəni ki, bu sevgidir, riyaziyyat deyil. Deməli, “gərək sevəndə...” məsələsi dünyagörmüş nənələrin “yaxşı oğlana ərə getmək” nağıllarından qəti fərqlənmir. Hardan bilmək olar axı?

O qədər acı nümunələr var göz önündə...

Məsələn, SSRİ-nin romantik vaxtlarında sevgiylə ailə quran, qoşa göyərçinlər kimi növbəyə durub mənzil alan, problemsiz-qayğısız ailə həyatı yaşayıb gözəl-göyçək qız övladı dünyaya gətirən iki nəfərin xoşbəxtliyinə kişinin bir qəzadan sonra şikəst qalması qənim kəsildi. Kişinin ayağı kəsilmədi, sadəcə əsayla gəzməli oldu.

Amma bu əsa qadının gözünə necə girdisə, sevgi də uçdu, ailə müqəddəsliyi də. 11 yaşlı balaca qızcığazı atasıyla baş-başa buraxdı, özü isə başqasına qoşulub qaçdı. Bax, belə... Həmin kişini qadın xəyanəti daha da şikəst elədi. İndi böyüyüb 27-28 yaşına çatmış gənc qız həm iflic vəziyyətinə düşmüş atasına baxmaqla, həm də işləyib çörəkpulu qazanmaqla məşğuldur. Ərə gedəsi vaxtında....

Həyat budur, inanın, bir sözcük də uydurub-bəzəmədim. Kim bilir, bəlkə həmin xanım bu yazıdan xəbər tutacaq, onun faciəsi ilə “like” qazandığımı düşünüb söyəcək də... Bəlkə gözləri yaşarar da... Amma yenə də, məni bağışlamayacaq.

Ən çox ona görə bağışlamayacaq ki, ətrafdakı hər kəsin ondan üz döndərdiyi vaxtda mən həddən artıq səmimi görünməyə, dəstək olmağa çalışdım. Bəlkə də, 500 dəfə əl uzatdım... Amma həmişə də əlim havada qaldı. Məğrurluq olan yerdə heç də hər şey düzgün anlaşılmır axı... Sandı ki, yazığım gəlir.

O vaxtdan çox keçib. Ara-sıra rastlaşırıq. Gözlər gündən-günə öz çuxurunda batdıqca, bəbəklərdə daha hündür bir dağ ucalır. Sanki qızcığazın dərdləri onun gözlərinə qalanır, Həbəşzəncinin kəllə təpələri kimi baxanı dəhşətə gətirir.

Bəli, kimsənin köməyinə ehtiyacı yoxdur. Atası da son günlərini yaşayır. Bir gün o xanım tamamilə tək qalacaq. Həyatındakı yeganə kişini basdırandan sonra, bütün dünya onun üçün yadlaşacaq. Bu dünyanın təbiəti bir ata evi, bir də ata qəbri olacaq sadəcə.... Əlil ruhla hara qədər gedə bilərsə gedər.

Qadınların yaxşı kişidən əvvəl yaxşı qadına ehtiyacı var... Məhz qadındır başqa qadını xoşbəxt edən, həyatda istiqamət verən, səhv yollardan qoruyan, dəyərlər aşılayan.... Məhv edən də qadındır.

Feminizmə dəxli yox idi bu yazının... Qadın olmaq gözəldir. Sadəcə qadın olmaq!

# 2076 dəfə oxunub

Oxşar xəbərlər

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

12:13 23 mart 2026
Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

11:40 23 mart 2026
"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..."  - Novruz bayramı ədəbiyyatda

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..." - Novruz bayramı ədəbiyyatda

12:00 21 mart 2026
"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

16:00 19 mart 2026
"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

15:00 18 mart 2026
"Mən səni sevirəm azadlıq qədər..."  - Südabə Ağabalayeva

"Mən səni sevirəm azadlıq qədər..." - Südabə Ağabalayeva

10:00 18 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər