news-inner
clock14:51 calendar-gray 26 Fevral 2015 view-gray93 dəfə oxunub
view-gray93 dəfə oxunub

“ Onların şəklini qoyanda söyüş yazırlar”

Kulis.Az “Hörümçək adam” layihəsində “Azərbaycanın ən böyük fotoarxiv kataloqu” səhifəsinin adminlərindən biri, fotoqraf Əziz Elxanoğlu ilə müsahibəni təqdim edir.

- Zəhmət olmasa səhifə haqqında məlumat verərdin.

- Məndə bu ideya çoxdan yaranmışdı. Bir dostumuz mənə 500-dən çox tarixi foto vermişdi. Sonra bir dəfə xaricdə təlimdə olanda dedilər ki, çalışın köhnə fotoları paylaşın, istifadə edin. Mən də bu sayt barədə düşündüm. 2010-cu ildə artıq sayt açdım. 2001-ci ildə isə topladığım şəkilləri artıq test variantda yayımladım.

- Fotoları elektron şəkildə verirlər?

- Əksər fotoları elektron verirlər. Amma elələri də olur ki, lentdə olur. Məndə olan fotoların 100 mindən artığı skan olunmalıdır.

- Fotoları redaktə edirsiz?

- Əlbəttə köhnə fotoların üzərində xətt, cızıqlar olur. Onları redaktə edirik, rəng çalarını düzəldib sonra səhifəyə qoyuruq. Bir az həcmini kiçildirik. Fotoları qoyanda bəzən Facebookda bizə irad tuturlar ki, bunun tarixini qoy. Biz də əlimizdə şəkilin nə vaxt, harda çəkilməsi barədə məlumat olanda paylaşırıq. Düzdür fotonu çəkən adamın kimliyi çox vaxt naməlum qalır. Çünki bilmirik.

- Fotoları necə əldə edirsən?

- Mən bir layihə ilə əlaqədar rayonlara səfərə çıxmışdım. Orda bu barədə məlumat verib şəkil istəyirdim. Bəziləri mənə göndərdi. İçərisində repressiyaya məruz qalan insanların da fotoları vardı. Mən də bu fotoları tarixçilərə göndərirdim ki, baxsınlar dəqiqləşdirsinlər. Bəlkə heç şəkildəkilər azərbaycanlılar deyil?

- Səhifənizdə yəhudi ailəsinin fotoları var. Bunları hardan əldə etmisiz?

- Bunları əsasən xaricdən əldə edirik. Amma erməni –müsəlman müharibəsindən bəhs edən fotolar var ki, bunları mənə tarixçi Ədalət Tahirzadə verib.

- 1918-ci il 31 Mart qırğınının fotolarıdır?

- Deyəsən o fotolardı. Bu tarixi fotoları bir adamdan almırıq. Həm də fotoları götürəndə onları sistemləşdirməliyik.

- Fotolarınız digər resurslar tərəfindən istifadə olunur?

- Saytlar, televiziyalar bəzən onlara tarixi fotolar lazım olanda müraciət edirlər. Burda da çox vaxt istinad problemi ortaya çıxır. Onda görə də bəzən üstünə şəffaf loqo qoyuruq. Saytda 10 minə yaxın foto var. Xarici saytlar da bizim fotolara müraciət edirlər. Misal üçün Moskva, Sankt-Peterburq arxivlərindən yazırlar ki, filan fotonu istəyirik.

Azərbaycanda bu cür sayt yox idi. Foto bankını ilk dəfə biz yaratmışıq. Məsələn, Ermənistanda Baku.am adlı sayt vardı.

- O saytı görmüşəm. Bakı ilə bağlı məlumatlar qoyurlar.

- Orda əsəsən əvvəllər Bakıda yaşamış ermənilər barədə məlumatlar olur. Bizdə 1870-1890-lara aid fotolar var.

- Erməni fotolarıdı?

- Aralarında ermənilər də var. Tutalım bir erməni iş adamıdır. Adı da üstünə yazılıb.

- Onu hardan əldə eləmisiz?

- Onu bizə tarixçilər verib.

- Fotolarınız içində ən qədimi neçənci ilə aiddir?

- 1870-ci ilin fotosu olmalıdır.

- Mövzusu nədir?

- İnqilabdan əvvəl bizdən xaricə gedən tələbələr var idi. Səhv etmirəmsə onlarla bağlı olmalı idi. Onu da deyim ki, bizdə xaricdə təhsil almış tələbə fotoları çoxdur. Tələbə fotolarını sistemləşdirmişik, 1918-ci ilə kimi xaricdə təhsil almış tələbələrin fotoları artıq bizdə var.

- Bu cür kateqoriyalarla bölgü aparmısız? Tutalım kulinariyaya aid, Azərbaycan ailəsi, Bakının panoraması və sair.

- Tələbə fotolarını sistemləşdirmişik. Misal üçün, Fransada oxumuş tələbələri, Ukraynada oxumuş tələbələri ayrı-ayrı kateqoriyalaşdırırıq. İndi də fotolardakı adamları təyin eləməklə məşğuluq. Əslində bizim işimiz bu deyil. Bizim işimiz cəmiyyətlə araşdırmaçı tarixçilər arasında körpü yaratmaqdır.

- Səhifədə bəyənmə nə qədərdi?

- Təqribən 26 mindir. Amma izləyicilərin aktivliyini nəzərə alsaq 10 min-11 min arasıdır. Biz layka çox üstünlük vermirik, bizim üçün əsas göstərici şəkli nə qədər adamın görməsidir.

- Hansı fotolar daha çox baxılır?

- Ən çox Bakıya aid olan fotolar baxılır. Bakının təxminən 40-80-ci illər arası fotolarını qoyanda daha çox adamda maraq yaranır.

- Daha qədim fotoları, misal üçün inqilaba qədərki dövrə aid olan fotoları qoyanda baxmırlar?

- Daha qədim fotolara o qədər baxmırlar. Bir də biz fotoları qoyanda analizlər aparırıq ki, hansı fotolara hansı yaş qrupları baxır. Bundan başqa fotoları zamanlamayla təqdim edirik, əlamətdar günləri nəzərə alırıq. Misal üçün sabah (bu gün-red.) Xocalı faciəsi ilə əlaqədar Xalid Əsgərovun fotolarını təqdim edəcəyik. Məsələn 20 Yanvarla bağlı dəfn prosesinin fotolarını qoymuşduq. O fotolar bu vaxta qədər heç yerdə paylanmamışdı.

- Bakının hansısa məkanın müxtəlif illərdə çəkilmiş fotolarının analizini aparırsınızmı?

- Müəyyən tarixi fotoları əsasında gedib hansısa yerləri eyni rakursdan çəkmişəm. Sonra həmin şəkilləri yanaşı verirdim. Misal üçün Bakı Şəhər İcra Hakimiyyəti binasının 100 il əvvəlki fotosu ilə indikini yanaşı verirdim.

- İnternetdə bir ara belə fotolar gəzirdi.

- Onu mən başlatmışdım. Məndən sonra belə etməyə başladılar. Əslində bu cür fotoları çəkmək çətindir. Çünki indiki fotoaparatların obyektivi daha çox yer götürür. Ona görə də köhnə ilə yeni fotonu eyniləşdirməkdə problemlər yaranır. Ümumiyyətlə, bizim insanlar daha çox Bakının fotolarına üstünlük verirlər. Başqa şəhərlərə o qədər diqqət etmirlər. Naxçıvanın, İrəvanın, Şəkinin fotolarını qoymuşuq, o qədər diqqət olmayıb.

Bir də işğal olunmuş rayonlardan Şuşaya diqqət çoxdur. Şuşanın fotolarını paylaşanda xeyli adam baxır. Bir də bir foto var idi. Avtobusun üstünə “Ağdam-Qarabağ” yazılıb. Ağdama gedən avtobusdur. Qabağında da bir şofer dayanıb siqaret çəkir.

- Bu fotoda bir mesaj da var.

- Hə. Yəni biz yenə o yerlərə qayıdacağıq. Bu fotoya inanılmaz dərəcədə reaksiya olmuşdu. 30 minə yaxın insan görmüşdü. Bir də Nobel qardaşlarının Bakıda gördüyü işlər də baxılan fotolardır. Özü də Nobel qardaşları ilə bağlı fotolara xaricdə də maraq çoxdur. Bakıdakı trolleybus, tramvay fotoları maraqla qarşılanır.

- Fotoların altında müzakirələr də gedir?

- Hə gedir. Xüsusən bu tramvay-trolleybus fotoları müzakirə olunur. Camaat bu nəqliyyat vasitələrinin yığışdırılmasından şikayətlənir.

- Orhan Pamukun “Məsumiyyət muzeyi”ndə Kamal köhnə foto atelyeləri gəzib heç kəsə lazım olmayan, yığılıb qalmış fotoları özünə götürürmüş. Siz də Bakının köhnə fotoqraflarından belə fotolar alıb yığırsız?

- Hə fotoqraflara müraciət etmişəm. Əksəriyyət imtina eləyib. Arxivlərində saxlayırlar, heç kəsə də göstərmirlər. Deyirlər özüm üçün çəkmişəm.

- Niyə saxlayırlar? Artıq foto sahəsi o qədər müasirləşib ki, onları bundan sonra nəyə istifadə edəcəklər?

- Doğrudur. Məndə bir xeyli foto var. Bəzi fotoqraflardan yığıb saxlamışam.

- Onların içində maraqlı detallar var?

- Hələ dəqiq bilmirəm. Çünki əvvəlcə onları dijitala keçirib sonra baxmaq lazımdır.

- Bəs Azərbaycanda foto çəkmiş xarici fotoqraflarla əlaqə saxlayırsız?

- Bəli onlarla danışıb əlaqə yaradıram. Nə vaxtsa Azərbaycanda çəkdikləri fotoları onlardan xahiş edirəm. Əksəriyyəti böyük ölçüdə yox, kiçik ölçüdə verməyə razıdırlar.

- Böyük ölçüdə niyə vermirlər?

- Çünki bu fotolar artıq “Reyters”, “Frans Press” və başqa agentliklərə satılıb. Böyük ölçüdə istəyirəmsə gərək agentliklərdən alım. Buna da mənim pulum çatmaz.

- Elə fotolar var ki, sırf Azərbaycan məişəti, həyat tərzi ilə bağlıdır. Ona bir daha rast gəlməyəcəyik.

- Sentyabrda bir foto paylaşmışdıq. Evdir. Süfrə arxasında oturmuş kişi qəzet oxuyur. Qadın da çay süzür. Təqribən belə bir foto idi. Xatırlamıram kimindir. Mən də o fotonu “Azərbaycanlı ziyalı ailəsi” başlığı ilə paylaşmışdım. O şəklin altına yazırdılar ki, bu varlı ailədir, ziyalı ailə belə olmur, bunlar çox varlıdırlar filan.

- Fotoları səhifəyə ən çox günün hansı vaxtı qoyanda reaksiya olur?

- Baxılma səhər yaxşı olur, bir də axşamlar. Bir də möcüzədir nədir bilmirəm. Heç özüm də sirrini aça bilməmişəm. Həftənin dördüncü gündən beşinci günə keçən gecə baxış sayı çox yüksək olur. Bu vaxt qoyulan fotoların hamısına böyük kütlə baxır. Mistikadır nədir, bilmirəm. Dəfələrlə test eləmişəm. Yenə eyni şey çıxıb.

- Bakının, Azərbaycanın bu qədər fotosu var səndə… Onların içində erotik, nudist fotolar varmı?

- Xarici fotoqraflarda Bakı çimərliklərinin fotoları var. Hiss olunur ki, insanlar da bu fotoları daha sərbəst çəkdiriblər. Qadınlar o fotolarda çox rahat düşüblər. İndi mümkün deyil.

- Bir də bu tip fotolar olur. Misirdə XX əsrin əvvəllərində fahişələr. Tunisdə XX əsrin əvvəllərində fahişələr. Bizdə XX əsrin əvvəllərinin fotoları arasında fahişə şəkillərinə rast gəlmək olur?

- İnternet resurslarında belə fotolara rast gəlmək olur. Amma çox azdır. Nədən az qoyulduğu bilinmir. Ola bilsin ki, o vaxt gələn xarici fotoqraflar çəkiblər, amma yayımlamayıblar.

- Bəs çılpaq qadın foto çəkən olub?

- Birinə rast gəlmişdim, amma keyfiyyətsiz idi. Səhv eləmirəmsə 1940-ci ilə aid foto idi. Təəssüf ki, həcmi olduqca balaca idi. O fotonu gərək Rusiyaya göndərək ki, orda böyütsünlər. Bizdə o cür cihazlar yoxdur. Əminəm ki, belə fotolar çoxdur. Təəssüf ki, üzə çıxmır.

- Azərbaycanın tanınmış, tarixi şəxslərinin bu vaxta qədər üzə çıxmamış qeyri-adi fotoları var?

- Yox. Elə fotolar demək olar ki, yoxdur. Sizə bir söz deyim. Bizim tarixi şəxsiyyətlərdən ən ox tənqid olunanı Nəriman Nərimanovdur. Nərimanovun şəklini nə vaxt qoymuşuqsa altına girib söyüb, təhqir edirlər. O söyüşləri çıxarmağa məcburuq. Anarın fotosunu qoyanda da altına təhqir, söyüş yazırlar. Biz də məcbur qalıb o istifadəçiləri bloka qoyuruq.

- Sonra kimlər olub?

- Üzeyir Hacıbəyova qarşı da bir ara belə davranırdılar. Ən çox da Bağırov söyülür.

- Bəs Rəsulzadə?

- Onu da təhqir etmişdilər. Baxırsan əllərində tutarlı səbəbləri yoxdur, elə söyməyi bilirlər.

news-inner-user
Mirmehdi Ağaoğlu

542 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Muğam Mərkəzində “Otello”
14:11 15 Oktyabr 2019
Mimehdi Ağaoğlu: “Kərbəladan roman yazmaq istəyirəm, qorxuram dindarlar məni öldürər”
13:37 15 Oktyabr 2019
Mənzil alanlara kitab hədiyyə olunacaq
12:45 15 Oktyabr 2019
Çarəsiz gecə - Orxan Fikrətoğludan yeni hekayə
12:01 15 Oktyabr 2019
Söz oynadanlar – Elşən Mehdi yazır...
11:32 15 Oktyabr 2019
Kamal Abdullanın romanı çap olunub
10:53 15 Oktyabr 2019
Aktrisa evində ölü tapıldı
10:35 15 Oktyabr 2019
Həmyerlimizin əsəri beynəlxalq festivalda
10:00 15 Oktyabr 2019
Müşfiq Dilbəri ilk dəfə harda gördü, necə sevdi?
08:54 15 Oktyabr 2019
Bukerin iki qalibi oldu
01:05 15 Oktyabr 2019
Bu zarafat ağrını-acını boğa bilməzdi – Milan Kundera yazır...
21:01 14 Oktyabr 2019
Məmməd Arazın xatirəsi anılıb
19:08 14 Oktyabr 2019
Azərbaycana oğurluğa gələn avropalılar – Mehman Qaraxanoğlu yazır...
18:30 14 Oktyabr 2019
Qəmin bacısı yox, dərdin qardaşı – Hafiz Hacxalılın şeirləri
17:42 14 Oktyabr 2019
Xalq artisti əməliyyat olunub
17:07 14 Oktyabr 2019
Kulisin əməkdaşları mükafatlandırıldı
16:21 14 Oktyabr 2019
Alim-filoloq: “Nəsiminin bu portreti haqda fikir bildirin...” – Foto
15:51 14 Oktyabr 2019
Türkiyədə azərbaycanlı rəssamın sərgisi keçirilib
15:04 14 Oktyabr 2019
Qaçırtdığı qızı qəzada itirən oğlan – Yeni hekayə
14:48 14 Oktyabr 2019
Sevgi məktublarını xanımından gizləyən Xalq şairi
14:31 14 Oktyabr 2019