Peyğəmbərə hörmətsizlik rejissora baha başa gəldi

Peyğəmbərə hörmətsizlik rejissora baha başa gəldi
25 fevral 2015
# 12:09

Rusiyanın Novosibirsk Prokurorluğu rejissor Timofey Kulyabin barədə şəhər rəhbəri Tixonun müraciəti əsasında inzibati qayda pozuntusu ittihamı ilə iş açıb.

Kulyabin bir müddət bundan əvvəl yerli teatrda Rixard Vaqnerin “Tanqeyzer” operasının müasir versiyada tamaşaya qoyub.

Romantik “Tanqeyzer” operasının premyerası 2014-cü ilin dekabrında baş tutub. Rejissor tamaşadakı hadisələri müasir dövrə gətirib. Əsas qəhrəman “Veneranın mağarası” adlı filmi yenicə bitirmiş kinorejissor Henrik Tanqeyzerdir. Hadisələrin inkişafından tamaşaçı anlayır ki, film guya İsa Məsihin Veneranın mağarasında yaşadığı və cismani həzlər keçirdiyi vaxtlarından, həyatının ilk illərindən bəhs edir.

Colta.ru saytındakı resenziyada yazılana görə, tamaşada “Tanqeyzer” filminin plakat afişası da gözə dəyib. Bu plakatda Məsihin çarmıxdakı kanonik fiquru qadın ayaqlarının arasında yerləşdirilib. Bundan başqa tamaşada filmin bu yerlərinin “çəkilişi” də yer alıb.

Kulyabini “dini simvollara düşünülmüş şəkildə hörmətsizlik etdiyinə görə” 3 mindən 5 min rubla qədər cərimə və ya 120 saat icbari iş gözləyə bilər.

“Tanqeyzer” Rixard Vaqnerin 5-ci operasıdır. İlk dəfə 1845-ci ildə Drezdendə ifa olunub. Sonra müəllif tərəfindən bir neçə dəfə dəyişdirilib. Operanın qəhrəmanı mifik Veneranın mağarasında kef içində həyat keçirən, sonra reallığa qayıdan cəngavərdir.

# 1605 dəfə oxunub

Oxşar xəbərlər

"Bil ki, gorum çatlayar onda" - Səməd Vurğun Yusif Səmədoğluna nə vəsiyyət etmişdi?

"Bil ki, gorum çatlayar onda" - Səməd Vurğun Yusif Səmədoğluna nə vəsiyyət etmişdi?

15:00 9 sentyabr 2025
"Anamdan əmdiyim süd geri qayıtdı" - Həmid Herisçi Anara şeir həsr etdi

"Anamdan əmdiyim süd geri qayıtdı" - Həmid Herisçi Anara şeir həsr etdi

11:26 9 sentyabr 2025
Təcrid, qaranlıq, dəmir barmaqlıqlar... - Həbsxanada yazılan əsərlər

Təcrid, qaranlıq, dəmir barmaqlıqlar... - Həbsxanada yazılan əsərlər

09:00 9 sentyabr 2025
Üzeyir Hacıbəylinin ölümündə günahkar Bülbül və Niyazi idi? - Tarixi faktlar

Üzeyir Hacıbəylinin ölümündə günahkar Bülbül və Niyazi idi? - Tarixi faktlar

12:00 8 sentyabr 2025
Təhlükəli ipucları - Faruk Ulayın hekayəsi

Təhlükəli ipucları - Faruk Ulayın hekayəsi

15:00 7 sentyabr 2025
Öpüşümlə dərərəm barmaqlarını bir-bir – Emin Pirinin şeirləri

Öpüşümlə dərərəm barmaqlarını bir-bir – Emin Pirinin şeirləri

13:22 7 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər