news-inner
clock12:07 calendar-gray 23 Fevral 2015 view-gray230 dəfə oxunub
view-gray230 dəfə oxunub

“Əli və Nino” filminin yaradıcı heyəti mətbuat konfransı keçirib - FOTOSESSİYA

Heydər Əliyev Mərkəzində “Əli və Nino” romanı əsasında çəkiləcək eyni adlı filmlə bağlı mətbuat konfransı keçirilib. APA -nın məlumatına görə, mətbuat konfransında Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin icraçı prodüseri Leyla Əliyeva, rejissoru Asif Kapadia, ssenari müəllifi Kristofer Hempton, Əli rolunun ifaçısı Adam Bakri, Nino obrazını canlandıran Maria Valverde və başqaları iştirak edib.

Leyla Əliyeva “Əli və Nino” romanı əsasında film çəkilməsindən məmnun olduğunu bildirib: “Mən “Əli və Nino” əsərini dəfələrlə oxumuşam və onu ilk dəfə oxuyanda hiss etdiyim həyəcan indiyədək xatirimdədir. XX əsrin əvvəlində yazılmış bu kitab Azərbaycanın o dövrdəki insanlarını, məkanlarını aydın şəkildə təsvir edir. O, bu gün – 100 il sonra da rezonans doğuran sevgi hekayəsini canlandırır. Çox şadam ki, film məhz Bakının küçələrində, İçərişəhərdə, Opera və Balet Teatrında, Qobustanda, Xınalıq dağlarında – kitabda təsvir olunan yerlərdə çəkiləcək. Mən bu istedadlı aktyorları və çəkiliş heyətini Bakıda salamlamaqdan məmnunam. Əminəm ki, onların köməyi ilə biz bu unudulmaz hekayəni canlandıra biləcəyik”.

Leyla Əliyeva əlavə edib ki, filmdə mübarizənin ölkəmiz üçün nə qədər vacib olduğu nümayiş etdiriləcək, eyni zamanda tamaşaçılar məhəbbət hekayəsinin şahidi olacaqlar: “Niyə məhz bu kitab? Düşünürəm ki, bu kitab əsas etibarilə Azərbaycanın müstəqilliyinin nə qədər vacib olmasını əks etdirir. İkinci səbəb də sözsüz ki, bu, çox gözəl, epik bir məhəbbət hekayəsidir”.

Filmin rejissoru Asif Kapadia APA -nın sualına cavabında bildirib ki, filmin Azərbaycan və dünya tamaşaçısı arasında uğur qazanması üçün əlindən gələni edəcək: “Biz hamımız çalışırıq ki, bu, uğurlu layihə olsun. Filmin uğuru lazım olan elementlərin yerində olması ilə bağlıdır. Bu əsərdə gözəl sevgi hekayəti var. Eyni zamanda istedadlı heyət seçilib, uğurlu aktyorlar işə cəlb olunub. Gözəl məkan və mənzərəni də bura əlavə etsək, demək, gələcək uğurdan danışmağa dəyər”.

“Əli və Nino”nun ssenari müəllifi Kristofer Hempton romanda olduğu kimi, filmdə də Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin əksini tapacağını vurğulayıb: “Bu, mənim üçün çox maraqlı kitab oldu. Əlbəttə ki, mürəkkəb məqamları vardı və bu mürəkkəbliyinə görə də mən razılaşdım. Biz həmkarım Asiflə çalışdıq ki, əsərə sadiq qalaq. Çalışaq ki, filmi məhz orijinala yaxın çəkək. Filmdə sözsüz ki, Azərbaycanın o dövrdə müstəqillik uğrunda mübarizəsini də əks etdirməyə çalışacağıq. Düşünürəm ki, məhz o dövrdə neft bumu və bu gün ölkənin inkişafı bu əsərin daha aktual film olması üçün şərait yaradır”.

Əli obrazının ifaçısı Adam Bakri artıq Azərbaycan dilini öyrənməyə başladığını deyib: “Bir neçə aydır ki, biz buradayıq. Düşünürəm ki, layihənin sonunda ölkəni tərk etmək bizim üçün çox çətin olacaq. Biz artıq bu ölkəyə öyrəşmişik. Mən artıq Azərbaycan dilini öyrənməyə başlamışam”.

Nino obrazını canlandıracaq Maria Valverde “Əli və Nino” əsərinə olan sevgisindən danışıb. O, əsərin ekranlaşdırıldıqdan sonra da hamı tərəfindən seviləcəyinə ümidvar olduğunu bildirib: “Mənim üçün Nino obrazını canlandırmaq çox böyük bir şərəfdir. Mən kitabı oxudum və çox xoşuma gəldi. Düşünürəm ki, bu rolu uğurla ifa etməyim çox mühüm bir layihənin reallaşması olacaq. Artıq uzun müddətdir ki, Adam Bakri və Asif Kapaida ilə bir yerdə çalışırıq. İşimiz çox məhsuldardır. Ümid edirəm, mən bu kitabı sevdiyim kimi, ekranlaşdırıldıqdan sonra filmi ikiqat olaraq tamaşaçılar sevəcəklər”.

Filmdə Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Assad Buab, Numan Akar və Xalid Ərgənç də rol alacaqlar.

Ekran əsərinin quruluşçu rəssamı Karlos Konti, quruluşçu operatoru Gökhan Tiryaki, kostyum dizayneri Mişel Klepton, redaktoru Aleksandr Bernerdir.

Qeyd edək ki, Qurban Səidin “Əli və Nino” romanı XX əsrin orijinal əsərlərindən biri hesab olunur. İlk dəfə 1937-ci ildə alman dilində çap olunmuş əsər 33 dilə tərcümə olunub, 100 dəfədən çox nəşr edilib.

news-inner-user

20023 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Oğlundan imtina edən, işə pijamada gedən, iki dəfə dəfn olunan azərbaycanlı alim
13:59 25 Sentyabr 2021
Yazıçı "Qanun" nəşriyyatını qanunsuzluqda ittiham etdi: "Bu hadisə Şahbaz Xuduoğlunun adına ləkə salır"
13:12 25 Sentyabr 2021
“Traviata” operası nümayiş olundu
12:09 25 Sentyabr 2021
Azərbaycan beynəlxalq kitab yarmarkasında iştirak edir
10:55 25 Sentyabr 2021
Sevginin intihara apardığı qadın
09:00 25 Sentyabr 2021
“Yusif Vəzir Çəmənzəminli və Şumer qaynaqları” kitabı çapdan çıxıb
18:07 24 Sentyabr 2021
Teatr və kinoteatrlar açılır - Qərar
17:53 24 Sentyabr 2021
Yağış düşdü sahildəki daşlara - Musa Yaqubdan seçmə şeirlər
17:30 24 Sentyabr 2021
Fərid Hüseynin yeni kitabı çap olundu
16:49 24 Sentyabr 2021
“Səs Azərbaycan” başlayır: Münsiflər kim olacaq? - Foto
16:05 24 Sentyabr 2021
Akademikin yeni kitabı təqdim olundu
15:20 24 Sentyabr 2021
Dükanlara borclu qalan Xalq artistimiz: O, yerişini də itirmək üzrədir...
14:30 24 Sentyabr 2021
Yazıçımızın kitabı Sankt-Peterburqda çıxdı
13:45 24 Sentyabr 2021
Qızları güldürməkçün sənin kimi xaç çəkərdik - Azərbaycanlı şair Roma Papasına şeir yazdı
13:01 24 Sentyabr 2021
Rusdilli olmaq başqa, rus dilini bilmək başqa: Özünə hörmət etməyən kimlərdir?
12:15 24 Sentyabr 2021
Ana dilini bilməyən nankorlara - Günün şeiri
11:38 24 Sentyabr 2021
Musa Yaqub xanımının məzarı üstündə şeir oxuyur - Video
11:01 24 Sentyabr 2021
Qızı ilə rusca danışan Elgiz
10:30 24 Sentyabr 2021
İbrahim Tatlısəs 12 il sonra konsert verdi - Video
10:02 24 Sentyabr 2021
Qərb ölkələrini fəth edən Azərbaycan mahnısı - Onu necə lağa qoydular?
09:01 24 Sentyabr 2021