Kaş bütün qadınlarımız yataqda döyülə

Kaş bütün qadınlarımız yataqda döyülə
17 fevral 2015
# 16:18

Bu həftə “Bozun əlli çaları” filmi bütün dünya ilə eyni zamanda Azərbaycanda da nümayişə girdi. Fevralın 14-ü bir çox cütlük həmin filmi izləməyə getdi. Film E. L. Ceymsin eyni adlı romanı əsasında çəkilib. Filmin dünyada və Azərbaycanda bu qədər səs salmasının səbəbi erotikanın bol olmasıdır. Film sosial şəbəkələrdə də müzakirə olunur. Bəziləri filmi hətta “pornoqrafiya” adlandırır, əlbəttə bunlar fərqi bilməyənlərdi. Bu iki janr arasında fərq çoxdu.


Filmlərin bizim həyatımıza təsiri çoxdur. “Fantomas” filmi dəbdə olanda atam yeniyetmə idi. Danışır ki, bu filmdən sonra bir necə oğurluq hadisəsi olmuş və cinayət yerində “Fantomas” imzalı kağızlar tapılmışdı.

Uşaqlığımız hind filmləriylə keçib. “Cimi, gitaranı tut” kimi sözlər çoxumuzun leksikonuna daxil olmuşdu. Məsələn “İssız adam” filmindən sonra oğlanlar sevgililərindən ayrılanda “Sən məndən daha yaxşısına layiqsən” deyirdi. “Kaybedenler klübü” filmindən sonra isə filmdəki fəlsəfi sitatlar dilimizə düşdü. “Mandıra filosofu” filmindən sonra kəndə köçüb təbiətin qoynunda yaşamaq istəyənlər də vardı. Bir dostum dedi ki, belə filmlərdə hər zaman fəsil yay olur. Məsələn, bu filmi Diyarbakırda, qış mövsümündə təsəvvür edirsiz? Yox?

Sözsüz ki “Bozun əlli çaları” filmi də bizə təsir edəcək. Amma necə? Bir xanım yazmışdı ki, getməyin o filmə, tərbiyəsiz filmdi. Xanımın tərbiyəsiz deyə adlandırdığı bir qadın və bir kişinin arasında yaranan seksual istəyin təzahürüdür. İki insanın qarşılıqlı şəkildə seksual münasibətdə olması niyə tərbiyəsizlik olsun ki?!


Bir Azərbaycanlı ailə filmdən nə öyrənə bilər? Bu filmin köməyi ilə seksual həyatlarına necə rəng qata bilərlər? Elementar səbəblərlə döyülən Azərbaycan qadını seks zamanı da döyülmək istəyərmi? Bütün ömrü boyu kişi cinsinə itaət edilən qadın onsuz seks zamanı da itaətkarlıq edəcək.

Azərbaycanlı kişi "Bozun əlli çaları" filminə nişanlısı və ya həyat yoldaşı ilə getsə də ordakı erotik səhnələrdə baş verənləri məşuqəsinə tətbiq edəcək. Çünki seksdə “zapadlo” var. Həyat yoldaşıyla seksdə fantaziyalara yol vermək olmaz, “zapadlo”du. Amma fahişə, ya da məşuqəylə olar. Uşaqlıqdan beyninə seksin pis bir şey olması yeridilən qadın da buna normal baxır. Həvəsini öldürüb yenə ailəsinə dönəcək deyə təsəlli verir özünə.

Orqazmın ancaq pozğun qadınlara aid bir şey olduğunu düşünən kişilər seksdən sonra arxasını çevirib xoruldayaraq yatacaq. Azərbaycanlı ər arvadın yataq otağında nə kişi hökmrandı, nə də ki, qadın. Bir hökmran var, mentalitet!

Seks sözü bizdə qıcıq yaradır, o ki qaldı seksual tərbiyəyə. Azərbaycan mentalitetini yerə-göyə sığdırmayanlar nədənsə rus qadınlarına meyllidirlər. Niyə?

Təzə ailə qurmuş cavan bir qadınla həkimə növbə gözləyərkən aramızda söhbət yarandı. Ara isindikdən sonra qadın dedi ki, ərim gündə 3 dəfə olur mənlə, sanki mən pozğunam, bilsəm ərə gəlməzdim.


Bu qızlar ərə getməyi evcilik oyunu bilirlər? Bu oğlanlar evlənməyin ancaq seksual istəyi təmin etmək üçün olduğunu düşünür? Əlbəttə döyülməyən bir qadın üçün seks zamanı prosesi rəngləndirmək adına yumşaq yerinə vurulan bir-iki şillə, kişinin qalstukuyla əllərinin bağlanması ekzotik gəlir, o bundan həzz alır. Əlbəttə qadınların kişiylə eyni hüquqda olduğunu düşünən kişiyə yataqda dominant olmaq həzz verir. Bu çalarlar sado-mazoxist həyata yüngülcə rəng qatır. Amma yeməyi duzlu bişirdiyinə görə döyülən qadının, doğulduğu andan mənəvi və fiziki zorakılığa məruz qalan qadının seksdə həzz almaq ən son düşünəcəyi şeydi. Mehriban Xanlarovanın “Bəli, bizi döymək lazımdır” sözünü eşidən kişi də əməkdar artistimizin sözünü yerə salmır, sağ olsun.

Kaş bütün qadınlarımız yataqda “döyülə”...

# 3012 dəfə oxunub

Oxşar xəbərlər

Parisdə son tanqo və gizli ayinlər – Ən yaxşı 5 erotik film

Parisdə son tanqo və gizli ayinlər – Ən yaxşı 5 erotik film

10:20 25 iyul 2026
Nizami Kino Mərkəzində “29 imza…” sənədli filminin təqdimatı olacaq

Nizami Kino Mərkəzində “29 imza…” sənədli filminin təqdimatı olacaq

18:00 24 iyul 2026
Tom Holland yeni filmində məşhur rəqqası canlandıracaq

Tom Holland yeni filmində məşhur rəqqası canlandıracaq

17:20 24 iyul 2026
Azərbaycan filmi “Qızıl Mimoza” mükafatı  uğrunda mübarizə aparacaq

Azərbaycan filmi “Qızıl Mimoza” mükafatı uğrunda mübarizə aparacaq

13:00 24 iyul 2026
“Kapitan və Xəzər dənizi”  sənədli filmi beynəlxalq festivalda

“Kapitan və Xəzər dənizi” sənədli filmi beynəlxalq festivalda

12:00 24 iyul 2026
Venesiya Film Festivalının proqramı açıqlandı

Venesiya Film Festivalının proqramı açıqlandı

11:00 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər