writer1

Ömər Xəyyam

Məqalə sayı

47
clock13:30 calendar-gray 12 Fevral 2015 view-gray1755 dəfə oxunub
view-gray1755 dəfə oxunub

Fahişənin 25 dəqiqəsi...

Sağ əliylə oğlan tifilin əlindən tutub, sol əliylə qız uşağının. Yaşları 6-dan yuxarı deyil. Çiynində nimdaş “kitay malı” çanta, yaz geyimli bir gəlin - çox arıq.

Kürəyinin fonunda Milli Bankın qızılı parıltısı, üzü “28 moll” tərəfə... Dayanacaqda durmuşam, ağlımda ağılagəlməz fikirlər.

Bu dəhşətdi!

“Mən də avtobus alacam,”

“Aynişan, avtobus yavaş gedir, CİP alacam mən, uçurdacam eee”

Qulaqlarıma elə bil kimsə quş lələyi saldı, birdən-birə diksindim.

Anaları telefonda danışırdı kimləsə:

“Qurban olum, eşiydə qalmasınlar, soyuxdu”

Ağlayırdı, sağ əlini gördüm, bənövşəyi rəngdəydi. Hə, bənövşəyi.

Qeyri-ixtiyari siqaret yandırdım...

5 dəqiqə sonra...

Üzünü göyə tutub , ağzını açıb-yumurdu. Yalvarırdı, hə, yalvarırdı, mimikalarından hiss edirdim.

Özümdən asılı olmadı, başımı qaldırdım yuxarı – onun baxdığı səmtə. Baxışlarım göydələnə dəyib özümə qayıtdı.

10 dəqiqə sonra...

“Allah haqqı öldürəcəm özümü, yetimlərinə yiyə dur, alo, alo, a-l- ooo...”

Uşaqlar səkinin üstündə, məndən iki metr uzaqda, nəsə oynayırdılar.

Boğuq it zingiltisinə oxşayan növbəti səsə qulaq şahidi oluram:

“Qəhbə demə anama, mən qəhbəyəm e... çöllərdə qalmışam, allah bəlanı versin, kordu da allah, görmür”

Telefonu cibinə qoydu, əllərini iki dəfə döşlərinə çırpdı.

a) Əri başqa qadına görə atıb çölə ailəsini

b) Borcu var, “pul qazanmağa” vadar edir

c) Əyyaşın biridi , içib yenə

25 dəqiqə sonra...

Yağış yerə paxıllıq eləyirmiş kimi, çisəyir...

Göz yaşları, uşaqların pak gülüşləri...

Çantasından başqa telefon çıxardı - bayaqkı telefondan bahalı, yenilərdən:

“Hardasan Əli, zibildəyəm e... mən, batdım mən. Rafiq telefonu istədi, vermədim, səssizə qoymamışam zibili, tutdu telefonu. İt balası kimi döydü. Hə? Yox, parolun vermədim, aça bilmədi, qovub e... evdən məni. Sən də sil feyzbuku, tapar e birdən. Şəkilləri də sil sən canı. Hə? Yox, olar da məynəndi, “28-də”yəm, “mol” tərəfdə, allahaqqqı yoxdu, qəpiyim yoxdu quranhaqqı, Əli, dəlisən, mamagilə də deyib e, gəl də, nolar, allahhaqqı öldürəcəm özümü. Nə? Alo, alo, Əli! Alo...”

a) Rafiq diqqət göstərməyib, qadın məcbur olub;

b) Yataqda problemli biridi, qadın bu səbəbdən məşuq tapıb;

c) Ərinin maddi durumunun lazımi imkanlara cavab verməməsi.

Birdən telefonuma mesaj gəldi - çoxdan danışdığım ərli qadın üç gün öncə verdiyim suala cavab yazıb: “O hələ mənim saçlarımı oxşamayıb (((“.

Telefonla danışa-danışa ticarət mərkəzinin yanıyla gedirdi, uşaqlar da arxasınca...

a)

b)

c)

....

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Falçı ona cavan öləcəyini söyləmişdi – Zərdüşt Şəfinin kədərli həyatı
21:00 03 Avqust 2021
Milli Qəhrəman haqqında sənədli film çəkilib
19:00 03 Avqust 2021
Anar Kərimov Yunus Əmrə İnstitutunun nümayəndə heyətini qəbul edib
18:41 03 Avqust 2021
İki dil bilmək uşaqların nitqinə ziyandırmı?
18:21 03 Avqust 2021
Dünya bir pəncərədir - Rasim Nəbioğlu yazır
17:42 03 Avqust 2021
Eyni səngərdə döyüşən ata-oğul, ərinin tabutuna girən qadın, əkiz qardaşların əkiz məzarı - 44 günlük müharibədən 44 qeyri-adi fakt
17:01 03 Avqust 2021
Aktrisanın adına saxta profil açıldı
16:34 03 Avqust 2021
Yeni sədr hər kəsi əməkdaşlığa çağırdı
15:45 03 Avqust 2021
Rus qadını evinə qonaq çağırdı, ərini içirtdi... – Xəyanət haqqında hekayə
15:01 03 Avqust 2021
Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək
14:15 03 Avqust 2021
Nazirlik rəsmisi: “Kinostudiyaya ən müasir avadanlıqlar almışıq”
13:30 03 Avqust 2021
Bir bax, başın üstə günəş doğulur – Ramiz Rövşən Şuşaya şeir oxudu - Video
12:45 03 Avqust 2021
Allaha inanmadı, 16 yaşlı qızla evləndi, oğlunun ölümündə özünü günahkar bildi - Xalq şairindən 10 maraqlı fakt
12:01 03 Avqust 2021
Öz ölümünü yazan şair - Günün şeiri
11:30 03 Avqust 2021
Qələbədən yazmaq çox çətindir
11:01 03 Avqust 2021
“Orxan Pamukun evi inanılmaz dərəcədə geniş idi” – Söhbət
10:30 03 Avqust 2021
Deyirsən, anamın yerində ayrı arvadla mazaqlaşsın? – Yeni hekayə
09:01 03 Avqust 2021
Açıq havada Kino Günü keçirildi - Fotolar
08:49 03 Avqust 2021
Azərbaycanlı şair vəfat etdi
08:08 03 Avqust 2021
"Qapalı olan həyatımın qapılarını indi açıram..." - Fəxrəddin Manafovla yubiley müsahibəsi
21:00 02 Avqust 2021