“Nəbatiyə sığınmaq vicdansızlıq deyilmi?”

“Nəbatiyə sığınmaq vicdansızlıq deyilmi?”
3 fevral 2015
# 14:09

“Cavanşir Yusiflinin Nəbatiyə sığınaraq özü-özünü inkar edir. Bəs bu vicdansızlıq olmurmu?” Bu sözləri Kulis.Az-a açıqlamasında tənqidçi İradə Musayeva deyib.

Cavanşir Yusiflinin "Qorxut uşağını Salam əmiynən, yaxud ədəbiyyat xəstələri" məqaləsinə münasibət bildirən xanım tənqidçi daha sonra əlavə edib: “Cavanşir Yusifli yazısında deyir ki, Mirzə Cəlilə, Sabirə sığışmaq vicdansızlığın yeni növüdür. Amma özü bir qədər yuxarıda o Nəbatiyə sığınır. Necə başa düşək? Nəbatiyə sığınmaq vicdan, Mirzə Cəlilə, Sabirə sığınmaq vicdansızlıqdı?”

Cavanşir Yusifli İradə Musayevənin “misra birlikləri” ifadəsinə irad tutaraq ona ironiya edib: misra birlikləri, yox bir qəbilə birlikləri. Xanım tənqidçi bu ifadənin mənasını belə açıqlayıb: “Sərbəst şeirdə nə beyt, nə də bənd var. Beyt fikir evi olan iki misradır. Bənd isə dörd, beş və daha çox misralardan ibarətdir. Sərbəst şeirdə isə nə beyt deyə bilərik, nə də bənd. Səlim Babullaoğlunun o şeiri fraqmentlərdən ibarət olduğuna görə sərbəst şeir üçün ən yaxşı ifadə forması misra birlikləridir”.

Cavanşir Yusiflinin bu məqalə ilə gündəmə gəlmək istədiyini vurğulayan tənqidçi “Bu günümüzün şeiri” adlı iki hissəli məqaləsi olduğunu, orda Salam Sarvanın şeirləri barədə də yazdığını deyib: “Salam gözəl şairdi. Cavanşir Yusifli “şeir deyil, əndrabadi şeydir” demək yerinə o şeiri peşəkar tənqidçi kimi, etik-estetik normalar çərçivəsində tənqid etsəydi yaxşı olardı. “Əndrabadi” demək sıravi oxucu yanaşmasıdır”.

# 2554 dəfə oxunub

Oxşar xəbərlər

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər