Şəhidlərin sevgi məktubları

Şəhidlərin sevgi məktubları
3 fevral 2015
# 11:17

Kulis.az gənc yazar Nahid Hacıyevin “Qarabağ savaşının sevgi məktubları” vizual hekayəsini təqdim edir.

C-nın məktubu

Bu hekayə, Qarabağ döyüşündə həlak olmuş əsgərlərin nakam qalmış sevgilərinə həsr olunur.

1993-cü il

Sübh azanından 1 saat sonra.

Füzuli.

Birinci həmlədən yarım saat əvvəl:

“Hücum” əmrini eşidən kimi, torpaq altından çıxan topa qarışqalara bənzəyən əsgərlərin düşmən postunu tutmaqları 45 dəqiqə çəkdi. Nəfəsi təngidi. Neçə düşmən öldürdüyünü saya da bilmədi. Gözünü yumub, avtomatını bayraq kimi sağa-sola yellədi. Birinci həmlədən sonra on beş dəqiqə fasilə verildi.

İkinci həmlədən on beş dəqiqə əvvəl:

Komandirim hücum əmrindən sonra məktubu qatlayıb kitelinin arasında gizlətdi.

Düşmən onu uzaqdan, gizləndiyi ağacın arxasından gördü. Onu avtomatını çiynini sıxaraq qışqıra-qışırq irəli doğru qaçdığını snayperinin böyüdücüsündən seyr edirdi. Qatil barmağı tətiyi arxaya dartıb C-nı yerə yıxmaq istədiyi zaman, topların mərmisi ətrafı dumana bürüdü.

Üçüncü həmlədən iyirmi dəqiqə əvvəl:

Üçüncü həmlə uğurlu olsaydı, yamacdakı “2393” nömrəli düşmən postu ələ keçəcəkdi. Ancaq yamacdakı postdan otuz funt kənarda pusqu qurmuş düşmən yaxşı silahlanmışdı. Mərmilərin səsi komandirin səsini havada batırırdı. Ərazini tanımayan əsgərlər düşmən gülləsinə asanlıqla tuş gəlirdi. Saat yarımdan sonra üçüncü həmlə uğursuzluqla yekunlaşdı. Mərmilərin səsi sükuta qərq olanda C-nı rus tankının beş metrliyində tapdılar. Tankı kimin partlatdığı məlum deyildi, ancaq C-nı ayağında yüngül yaralanmışdı.

Dördüncü həmlədən bir saat əvvəl:

Sonuncu həmlə.

Dördüncü həmlə həlledici olacaqdı. Bu hücum sonuncu, “2393”cü düşmən postunu tutacaqdı. Bu plan uğurla başa çatsaydı bütün əsgərlər hissə-hissə, on günük evlərinə gedəcəkdilər – komandir söz vermişdi. Və ani olaraq “Hücum” əmri səsləndi. Saat yarım gedən qanlı döyüşdə çoxlu itkilər oldu. Dördüncü həmlə uğurla nəticələnənə qədər, beş yüz əsgərin cəmi iki yüz onu sağ qalmışdı. Cəmi iki yüz on nəfər.

Günorta yeməyindən 2 saat sonra.

Aşağı Seyidəhmədli kəndi.

Komandir qərargahı.

Qələbədən 2 saat sonra;

Komandirin əmri ilə şəhid olmuş əsgərlərin məktubları masanın üzərində toplanmışdı. Bu həmin məktublar idi ki, komandir döyüşdən əvvəl əsgərləri başına yığıb uzun nitq söyləmişdi. Ataya, anaya, sevgiliyə məktub yazmaq, ölməmək üçün hər şey etmələrini, ümid qazanmalarını istəmişdi. İndi masanın üstünə toplanmış yüzlərlə məktuba baxaraq kədərlənir. A-dan Z-yə qədər müxtəlif adlara yazılmış məktublar.

Komandir tək qalmaq istədiyini söyləyib zabitlərin də çadırdan çıxmasını istədi. Masaya yaxınlaşıb məktubları gözdən keçirdi.

“Əzizim Aysel...”, “Əziz anam”, “Canım qızım”, “Əzizim Toma...”

# 3723 dəfə oxunub

Oxşar xəbərlər

Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

14:00 17 sentyabr 2026
"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi  - Riçard Brotiqan kim idi?

"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi - Riçard Brotiqan kim idi?

16:00 16 sentyabr 2026
"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

15:30 16 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər