Vaqif Səmədoğlunun məzarına qoyulan bir cüt ayaqqabı - FOTOLAR

Vaqif Səmədoğlunun məzarına qoyulan bir cüt ayaqqabı - <span style="color:red;">FOTOLAR
29 yanvar 2015
# 16:34

Xalq şairi Vaqif Səmədoğlunun dəfn mərasimində maraqlı hadisə yaşanıb. APA-nın məlumatına görə, şairin oxucularından biri, gənc xanım V. Səmədoğlunun məzarı üstünə bir cüt ayaqqabı qoyub.

Ayaqqabının yanındakı kağızda isə əlyazma ilə Vaqif Səmədoğlunun bu misraları yazılıb:

“Məzarıma

nə başdaşı qoyun,

nə heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın

geyib getsin...”

Oxucunun sevimli şairinə jesti vida mərasimində iştirak edənləri təsirləndirib, şairin həyat yoldaşı Nüşabə Vəkilova isə “bu, əsl oxucu sevgisidir” deyib.

Qeyd edək ki, V. Səmədoğlu dünən səhər saatlarında dünyasını dəyişib. O, I Fəxri Xiyabanda dəfn olunub.

# 2875 dəfə oxunub

Oxşar xəbərlər

Motsartı fəth edən "Mehtər marşı", qəhvə və aypara çörək...  - Vyana türklərdən nələri öyrənmişdi?

Motsartı fəth edən "Mehtər marşı", qəhvə və aypara çörək... - Vyana türklərdən nələri öyrənmişdi?

12:00 17 noyabr 2026
“Ölsəm, məni bir-iki gün saxlayın, birdən dirildim” – Gülşən Qurbanovanın başına nələr gəlmişdi?

“Ölsəm, məni bir-iki gün saxlayın, birdən dirildim” – Gülşən Qurbanovanın başına nələr gəlmişdi?

10:00 17 noyabr 2026
Ölüm ayağında Sakit okeana qaçan yazıçı - Yerli əhalinin ona verdiyi sirli ad nə idi?

Ölüm ayağında Sakit okeana qaçan yazıçı - Yerli əhalinin ona verdiyi sirli ad nə idi?

16:00 15 noyabr 2026
"Amerika modernizminin anası"nın səhrada tapdığı sirr - "Qarğalı kanyon"

"Amerika modernizminin anası"nın səhrada tapdığı sirr - "Qarğalı kanyon"

13:45 15 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
Bağırov onu kabinetinə çağırıb dedi ki... - Məşədi İbadı oynayan Əliağa Ağayev niyə Fəxri Xiyabanda dəfn olunmadı?

Bağırov onu kabinetinə çağırıb dedi ki... - Məşədi İbadı oynayan Əliağa Ağayev niyə Fəxri Xiyabanda dəfn olunmadı?

10:00 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər