Son ümid

Son ümid
27 yanvar 2015
# 17:54

APA TV-də “Son ümid” sənədli filminin istehsalatı başa çatıb. Filmin süjet xətti Bakının Sabunçu rayonunda yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alan insanların həyat hekayələri əsasında qurulub. Müalicəsi başa çatmış bu insanların cəmiyyətə yenidən adaptasiyasını əngəlləyən çətinliklər qəhrəmanların dili ilə tamaşaçıya çatdırılır. Onlar sağalsalar belə ailələri tərəfindən qəbul edilməyən, ömürləri taleyin hökmünə buraxılan, lakin son ümidləri üzülməyən insanlardır.

Qəhrəmanların başına gələnlər, onların həyatın müxtəlif dövrlərində üzləşdikləri çətinliklərə reaksiyaları həkim-psixiatrın şərhləri ilə əsaslandırılır və izah olunur. Ömrünün bir hissəsini həkim psixiatrların nəzarəti altında müalicəyə sərf edən bu insanların son ümid yeri cəmiyyətin onlara qeyri-adekvat münasibətinin dəyişməsidir. Yalnız belə olan təqdirdə bu pasiyentlərin yenidən cəmiyyətə qazandırılması, ailələri tərəfindən qəbul edilməsi mümkün olacaq.

Filmdə sosiallaşma prosesində cəmiyyətin bütün tərəflərinin iştirakının vacibliyi ideyası ön plana çıxarılır, insanları cəmiyyətə qazandırmağın birtərəfli proses olmadığı, bu işdə hər bir vətəndaşın üzərinə sosial məsuliyyət düşdüyü təlqin edilir. 35 dəqiqəlik sənədli filmin ssenari müəllifi Almaz Qasımova, rejissoru Əli Hüseynovdur.

# 854 dəfə oxunub

Oxşar xəbərlər

Ateistlər deyir, fırlanır, imamlar deyir, yox SORĞU

Ateistlər deyir, fırlanır, imamlar deyir, yox SORĞU

15:45 20 fevral 2015
Xanlar Əhmədov: “O boyda Bulvarda bir dənə heykəl yoxdur”

Xanlar Əhmədov: “O boyda Bulvarda bir dənə heykəl yoxdur”

17:35 17 fevral 2015
Tofiq Ağababayev:"Bakının açarı Brejnevdə getdi"

Tofiq Ağababayev:"Bakının açarı Brejnevdə getdi"

14:10 16 fevral 2015
Bir gecəlik qadının sirləri

Bir gecəlik qadının sirləri

13:21 13 fevral 2015
Nəyin kəsilməyini heç istəmirsiz?-küçə sorğusu

Nəyin kəsilməyini heç istəmirsiz?-küçə sorğusu

18:52 2 fevral 2015
Bakıda seks sorğusu

Bakıda seks sorğusu

11:16 29 yanvar 2015
# # #