writer1

Ömər Xəyyam

Məqalə sayı

47
clock15:45 calendar-gray 26 Yanvar 2015 view-gray480 dəfə oxunub
view-gray480 dəfə oxunub

Zaurlar, elgizlər, mikayıllar

Ağıllının biri deyib ki, televiziya öyrədə, maarifləndirə, hətta həvəsləndirə bilər, ancaq o vaxta qədər ki, insanlar ondan müvafiq surətdə istifadə edə bilsinlər. Əks halda naqil və lampalardan ibarət qutudur.

Televiziya təsvirin və səsin müəyyən məsafəyə ötürülməsi, qəbulu üçün rabitə sistemidir. Di gəl ki, bu sistem bizdə ölüb, ağlayanı yoxdu. Təsvir ötürülür, səs də gəlir, amma və lakin... Bu qədər düşük, cılız, xaraktersiz “manıs” hər gün “evinizə gəlir”, hər gün “qulağınıza girir”. Narahat olmursunuz?

Ölkənin ən reytinqli TV proqramları siyahısında birinci “zaurlardı”. Bir psixoz yaranıb: "Telekanallar səviyyəsizdi, baxmıram". Ay qardaş, ay bacı, mən baxmıram, sən baxmırsan, kim baxır e... bəs?! Televiziyada, ekonomikada olduğu kimi, belə bir zad var - “supply/demand” (ehtiyac və bazara çıxarılan). Bu iki tərəf bir- birini tarazlaşdırır. Baxılmırsa, “veriliş tutmayıb”. “Tutmayıbsa”, siyahıdan çıxır və çıxmalıdır. “Zaurlar” davam edirsə, deməli, baxılır. Proqramlara səviyyəsiz demək, “Tamaşaçı səviyyəsizdi” deməkdi, dolayı yolla.

“Azərbaycanın şəxsi heyətinə salam" - deyib, bir qrup beyinsiz "ağsaqqal və ağbirçəkləri" studiyaya yığıb, məntiqsiz mövzularla səhər tezdən “maarifləndirən”, Manaf Ağayevi oxudub təqaüdçüləri ağladan, dəngüş zaurlar, elgizlər, mikayıllar, nicatlar, ilqarlar baxmaq istədiklərimizi göstərirlər bizə. Hə, onlar elə bizik, biz də onlarıq. Onlar dedim, yadıma şou proqramlar düşdü. Külqabı beyinli, içi zibil “manıslar”ın az qala alt paltarlarını da xəbər eləyən maqazin verilişlərinə kimlər baxır? Reytinqi verən də bizik, ağız- burun əyən də.

Televiziya dördüncü hakimiyyətdi! Bu hakimiyyətin mənbəyi xalqdı. Sükanı zaurların, ilqarların əlində olan hakimiyyət gələcək nəslin uçurumudu! Jurnalistikadan anlayışı olmayan bir sürü qoyunu qabağına qatıb zirvələrə qaldıran xalqımı gələcək nəsil adından şiddətlə qınayıram.

Efirdə gördüyümüz bütün aparıcılar, bütün mövzular elə bizik!

Gənclərin Türkiyəyə, Rusiyaya yönəlməsində başlıca səbəb televiziyadı!

Keçən ay Həmid Herisçinin müəllifi və aparıcısı olduğu “Şəxsiyyət vəsiqəsi” (ANS) verilişində idim. Mövzu, “Ətağa kimdir? İnananlar, inanmayanlar” idi. Veriliş ərzində studiyadakı tamaşaçılar mənə də əl çalırdılar, Hacı Fuada da. Sözüm onda yox. Mən deyim, siz təsəvvür eləyin:

Verilişin sonu. Mövzuya uyğun olaraq xeyli sayda qara və ağ şarlar gətirildi studiyaya, iki şüşə qutu da əlavə. Ki, inananlar ağ , inanmayanlar qara şarları atsınlar o qutuya. Təbii, qara şarlar axıra kimi eyni sayda qaldı. Buna da sözüm yoxdu. Hörmətlər!

Tamaşaçılar ağ şarları öpüb, alınlarına vurub, ehmalca, “Ətağa ovcuymuş kimi” qutuya qoyurdular...

Gəlin, televiziyada nümayiş etdirilən banal, düşük, səviyyəsiz TV proqramlarına yox deyək!

Senzura tələb edək!

Gəlin, gələcək adından vicdan məhkəməsinə çağıraq televiziyaları!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Falçı ona cavan öləcəyini söyləmişdi – Zərdüşt Şəfinin kədərli həyatı
21:00 03 Avqust 2021
Milli Qəhrəman haqqında sənədli film çəkilib
19:00 03 Avqust 2021
Anar Kərimov Yunus Əmrə İnstitutunun nümayəndə heyətini qəbul edib
18:41 03 Avqust 2021
İki dil bilmək uşaqların nitqinə ziyandırmı?
18:21 03 Avqust 2021
Dünya bir pəncərədir - Rasim Nəbioğlu yazır
17:42 03 Avqust 2021
Eyni səngərdə döyüşən ata-oğul, ərinin tabutuna girən qadın, əkiz qardaşların əkiz məzarı - 44 günlük müharibədən 44 qeyri-adi fakt
17:01 03 Avqust 2021
Aktrisanın adına saxta profil açıldı
16:34 03 Avqust 2021
Yeni sədr hər kəsi əməkdaşlığa çağırdı
15:45 03 Avqust 2021
Rus qadını evinə qonaq çağırdı, ərini içirtdi... – Xəyanət haqqında hekayə
15:01 03 Avqust 2021
Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək
14:15 03 Avqust 2021
Nazirlik rəsmisi: “Kinostudiyaya ən müasir avadanlıqlar almışıq”
13:30 03 Avqust 2021
Bir bax, başın üstə günəş doğulur – Ramiz Rövşən Şuşaya şeir oxudu - Video
12:45 03 Avqust 2021
Allaha inanmadı, 16 yaşlı qızla evləndi, oğlunun ölümündə özünü günahkar bildi - Xalq şairindən 10 maraqlı fakt
12:01 03 Avqust 2021
Öz ölümünü yazan şair - Günün şeiri
11:30 03 Avqust 2021
Qələbədən yazmaq çox çətindir
11:01 03 Avqust 2021
“Orxan Pamukun evi inanılmaz dərəcədə geniş idi” – Söhbət
10:30 03 Avqust 2021
Deyirsən, anamın yerində ayrı arvadla mazaqlaşsın? – Yeni hekayə
09:01 03 Avqust 2021
Açıq havada Kino Günü keçirildi - Fotolar
08:49 03 Avqust 2021
Azərbaycanlı şair vəfat etdi
08:08 03 Avqust 2021
"Qapalı olan həyatımın qapılarını indi açıram..." - Fəxrəddin Manafovla yubiley müsahibəsi
21:00 02 Avqust 2021