AYB-də molla süfrəsi

AYB-də molla süfrəsi
24 yanvar 2015
# 12:29

Bu günlərdə jurnalist dostum Elmin Nuri məndən müsahibə alarkən, niyə AYB-yə yox, AYO-ya üzv olmağımın səbəbini soruşmuşdu.

Əlüstü cavab vermişdim ki, niyə də yox? AYO-ya dəstək olmaq istədim. Lakin görürəm ki, mənim dəstəyimlə, mənim istəyimlə çox ciddi dəyişiklik olan deyil. Məncə, AYO-dakı yorğunluq AYB-dəkindən çoxdur. Çünki hamımızın başı qarışıb çörəkpulu qazanmağa. Digər tərəfdə, daha çox süstlük nəzərə çarpır. Süstlük və yorğunluq başqa anlayışlardır. Belə deməyimə baxmayın, AYB-nin rəhbərliyində, sıravi üzvlər arasında da hörmət etdiyim və dəyər verdiyim insanlar çoxdur. Qulu Ağsəs və Xəyal Rzayla da aram yaxşıdır. Mən ümumi ruhdan danışıram.

Həmin gün Ayxan Ayvazın AYB-dən ona olunan təzyiqlərlə bağlı “Yeni Müsavat”a verdiyi müsahibə yayıldı. Anar ittiham olundu, daha sonra Rəşad Məcid mətbuata çıxdı, Ayxanı kimlərinsə içirtdiyini dedi. “Kimlərinsə” sözünün ünvanı da məlum oldu: Şərif Ağayar...

Bəli, AYO ədəbi proseslərə ciddi təsir etmək imkanına malik deyil, amma bu təsir imkanlarını AYB-də də görə bilmirik. Təəssüflər, min təəssüflər olsun.

AYB-yə özüm üzv olmaq istəmişəm. AYO-dan əvvəl seçimim ora idi. Hətta bəzi AYB-çi dostlarım dəstək də vəd etmişdi. Səbəb bu idi: mən gəncəm, enerjiliyəm, ədəbiyyatda iddialarım var və AYB-nin imkanlarından yararlana bilərəm. Ən azından, prezident təqaüdü alan, amma ədəbiyyatda ciddi imzası olmayan, yüngülvari də tanınmayan gənclər bu təqaüdü alıb nuş eləyirlər... İllər boyu görürük.

Sonra fikrim qəfil dəyişdi. Bunda AYB-nin son qurultayının da rolu oldu. Xüsusən də, Anarı dəstəkləməyi şərəf-ləyaqət məsələsinə çevirənlərin sözləri məni “duyğulandırdı”. Amma azacıq ümidim qalmışdı, onu da Rəşad Məcidin “Azadlıq” radiosunda dediyi sözlər öldürdü. Təsadüfən qarşıma çıxan videoda (stenoqram da yerləşdirilib) Rəşad Məcid deyir: “Nə qədər gənc şairə öz cibimdən qonaqlıq vermişəm, onlara təqaüd vermişəm”... STOP!

“Prezident təqaüdü” ifadəsi ilə “təqaüd verdim” iddiası arasındakı leksik-semantik əlaqəni tapın...

Bəli, artıq şərhə ehtiyac yoxdur.

Rəşad Məcid də, Fikrət Qoca da, Anar da böyük ədib ola bilərlər, kitabları bütün dünyada 100 min tirajlarla çap oluna da bilər....

Əgər Azərbaycanda gənc yazarlar 500 nüsxə kitabını çap etmək üçün nəşriyyatların qapısında boynubükük durursa, bunun babalını kimin boynuna yazaq?

Sabah Rəşad Məcidin “Rüfətə qonaqlıq verdim, təqaüd verdim” sözlərini eşitmək mənim üçün ölüm olardı.

AYO-AYB söhbəti etmək fikrim yox idi, çünki Azərbaycan reallığında heç bir ədəbi təşkilatın perspektivi yoxdur. “Tək əldən səs çıxmaz” deyənlər başını divara-daşa döyür. Təşkilatsız da çox iş görmək olar. Əsas odur, kölgədə qalmayasan, səndən də ailənin ehtiyaclarına görə sui-istifadə etməsinlər...

Şərif Ağayar da öz gənc dostu Ayxan Ayvaza heç nə vermir: nə qonaqlıq, nə təqaüd, nə 25 min manat pul, nə də qara bir daxma... Yaxşı, problem nədir? İnsanları BÖYÜK HƏQİQƏTdən uzaq salan nədir?

AYB-nin qonaqlıqları adətən spirtsiz olur, hətta çörək kəsəndə bismillah deyir, bu ruzi-bərəkətin davamlı olması üçün Uca Yaradana bol-bol dualar edirlər. Arada-bir içsələr də, “zakuska”nı ancaq halal kolbasayla edirlər...

Ayxan kimi “xainlər” isə qaçıb gedirlər “onları içirdən” Şərif Ağayar kimi “ədəbiyyat düşmənləri”nin yanına...

# 974 dəfə oxunub

Oxşar xəbərlər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5  məşhur əsər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5 məşhur əsər

13:30 3 iyun 2026
"Bu cür hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır" - Hekayə müzakirəsi

"Bu cür hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır" - Hekayə müzakirəsi

12:00 3 iyun 2026
Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

15:00 2 iyun 2026
Azərbaycan ədəbiyyatının canlı əfsanəsi - Əli Zərbəlinin yeni hekayəsi

Azərbaycan ədəbiyyatının canlı əfsanəsi - Əli Zərbəlinin yeni hekayəsi

10:00 2 iyun 2026
“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

12:00 1 iyun 2026
Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

17:00 30 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər