Azərbaycan muzeyi Ginnesin Rekordlar Kitabında

Azərbaycan muzeyi Ginnesin Rekordlar Kitabında
22 yanvar 2015
# 10:33

“İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən, dünyada ilk özəl Miniatür Kitab Muzeyi miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, muzeydəki 38 şüşə vitrində dünyanın 66 ölkəsində nəşr edilən 5600-dən çox miniatür kitab sərgilənir.

Burada ən nadir eksponatlar Yaponiyanın Tokio şəhərindəki “Toppan” nəşriyyatında buraxılan dörd mikrokitab və Almaniyada hazırlanan dörd mikrokitabdır.

Muzeyin Ginnesin Rekordlar Kitabına daxil edilməsinə nail olmaq üçün yarım ildən artıq gərgin işləmək lazım gəlib. Muzeyin Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün sifariş 2014-cü ilin birinci yarısında təqdim edilib.

2015-ci il yanvarın 21-də Ginnesin Rekordlar Kitabının rekordlar üzrə menecerlər komandasından alınan məlumata görə, muzeyin sifarişi qəbul edilib və o, miniatür kitabların dünyada ən böyük kolleksiyası hesab olunub. Yaxın vaxtlarda muzeyin təsisçisi və yaradıcısı Zərifə Salahovaya “Guinness World Records” sertifikatı təqdim ediləcək.

Qeyd edək ki, bundan əvvəl miniatür kitabların ən böyük kolleksiyası Nikuncu R.Vaqadinin kolleksiyası hesab edilirdi. Bu şəxs 258 adda müxtəlif miniatür kitab toplamağa müvəffəq olub.

# 3045 dəfə oxunub

Oxşar xəbərlər

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

11:40 3 noyabr 2026
“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

09:30 3 noyabr 2026
Ceyn Ostinin məşhur romanı yenidən ekranlaşdırılır:  Elizabet Bennet və mister Darsi kim olacaq?

Ceyn Ostinin məşhur romanı yenidən ekranlaşdırılır: Elizabet Bennet və mister Darsi kim olacaq?

13:30 2 noyabr 2026
“Harri Potter” serialında yeni aktyorlar məlum oldu: Sehrli papağı kim səsləndirəcək?

“Harri Potter” serialında yeni aktyorlar məlum oldu: Sehrli papağı kim səsləndirəcək?

13:00 2 noyabr 2026
Avropa animasiyasının ən yaxşıları seçildi: “Living Large” və “Dog Alone” fərqləndi

Avropa animasiyasının ən yaxşıları seçildi: “Living Large” və “Dog Alone” fərqləndi

11:00 2 noyabr 2026
Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi

Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi

16:40 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər