Anarın müşavirindən gənc yazara sərt cavab MƏTN

Anarın müşavirindən gənc yazara sərt cavab <span style="color:red;">MƏTN
21 yanvar 2015
# 14:45

“Ayxan Ayvazın məlum müraciətini özünün yazmaması haqqında dedikləri ağ yalandır. Ayxanın şəxsən özü iki dəfə mənim yanımda olub, ərizəni də özü yazıb”.

Bu sözləri Kulis.az-a verdiyi açıqlamada Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müşaviri, qurumun Mənzil Komissiyasının rəhbəri Rauf Aslanov deyib.

Rauf Aslanov bildirib ki, Ayxan Ayvazın atası, yazıçı Eyvaz Əlləzoğlunun adı AYB-nin mənzil siyahısında olub. Lakin o, dünyasını dəyişəndən sonra avtomatik olaraq ev növbəsindən çıxarılıb: “Biz Ayxanın AYB üzvü olduğunu, həm atası, həm də anasının rəhmətə getdiyini, bacısı və qardaşı ilə birlikdə yataqxanada qaldığını nəzərə alıb, onun adını atasının əvəzinə ev siyahısına daxil etdik. İstefa verdiyini bəyan edəndən sonra mən onu birliyə dəvət elədim və dedim ki, əgər, doğrudan da, AYB üzvlüyündən çıxırsa, nizamnaməyə uyğun olaraq rəsmi ərizə ilə bizə müraciət eləsin və vəsiqəsini təhvil versin. Amma onu da xatırlatdım ki, birliyin üzvü olmayacağın təqdirdə, biz səni evlə təmin edə bilməyəcəyik. O, bunun müqabilində bildirdi ki, AYB üzvlüyündə qalır. Mən dedim ki, əgər Birlikdən çıxmaq istəmirsə, katibliyə rəsmi müraciət etsin və bəyanatını geri götürsün. Bildirdim ki, yazacağı müraciət “Ədəbiyyat qəzeti”ndə dərc olunacaq. Çünki biz bütün informativ xarakterli məsələləri bir qayda olaraq həftəlik qəzetimiz olan bu orqanımızda dərc edirik. Ayxan dedi ki, müraciəti yazaram və yazdı da. Biz də o müraciəti sözügedən qəzetdə dərc etdik.

Ayxan Ayvaz iki dəfə təqaüd almış yeganə şəxsdir. Bu, müstəsna qayğı onun maddi durumunun çətinliyi nəzərə alaraq göstərilib. Əvəzində isə o, bütün bu yaxşılıqları unutdu və evin pulunu aldığı günün sabahısı bizi ittiham edən açıqlamalar verdi. O, öz dostları arasında nüfuzunu tamamilə itirdiyindən belə addımlar atır, bunu başa düşürük, amma belə qəhrəman oğlandırsa, ona göstərilən qayğı və hörmətə adekvat cavab versin”.

AYB rəsmisi daha sonra deyib: “Ayxan Ayvaz özünü elə göstərir ki, AYB-ni qətiyyən qəbul eləmir. Bəs, onda niyə AYB Mənzil Komssiyasının bütün iclaslarında canla-başla iştirak edir və hər dəfə komissiyanın çıxardığı qərarlara səs verir və bunu öz imzası ilə təsdiq edirdi? Onun imzaladığı protokollar AYB-nin arxivində durur. Məlumdur ki, o, ya pulu, ya da dostları arasındakı nüfuzunu seçməliydi. O zaman pul üstün gəldi, indi isə nüfuzunu bərpa etmək istəyir.

Ən nəhayət, Ayxan deyir ki, “Anar Azərbaycanda ən qorxulu adamdır”. Əgər elə olsaydı, hələ bir-iki hekayəsi dərc olunan gənc bir yazar onun haqqında belə qeyri-etik bəyanatla çıxış edə bilməzdi. Kimin qəzeti bağlanır, kim televiziya, yaxud nazirlikdən işdən çıxarılırsa, səbəbini öz əməllərində axtarmaqdansa, Anar müəllimdə axtarır. Əksinə, Anar müəllim kimin çətinliyi varsa, həmişə imkanı çərçivəsində ona yardım edib, iş imkanı yaradıb”.

# 2186 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər