Bu filmə görə körpəsini itirdi – QALMAQALLI FİLMLƏR

Bu filmə görə körpəsini itirdi – <span style="color:red;">QALMAQALLI FİLMLƏR
17 yanvar 2015
# 09:30

“Ən qalmaqallı filmlər” layihəsində Tod Brouninqin “Eybəcərlər” filmini təqdim edirik.

Amerika rejissoru Tod Brouninq (1880-1962) qorxu janrının əsasını qoyanlardan biridir.

Səyyar sirkdən bəhs edən “Naməlum” (1927) qorxu filmi onun ən təsirli ekran işlərindən sayılır. Xüsusən də aktyor oyununun ustalığına görə mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir.

İrland yazıçısı Brem Stokerin eyni adlı “Drakula” romanı əsasında (1931) çəkdiyi qorxu filmini mütəxəssislər ən inanılmaz sevgi hekayəti adlandırıb.

Amma filmi maliyyələşdirən studiya rejissordan onu ixtisar etməyi, dinamikləşdirməyi tələb edib. Nəticədə filmdən bir neçə vacib səhnə çıxarılıb.

“Drakula”nın kommersiya uğuru qazanması sonradan bu mövzuda çəkilmiş digər filmlərin (“Drakulanın qızı”, “Deakulanın evi” və s. ) də uğuruna təsir göstərir.

Bu film eyni zamanda “Universal” studiyasında klassik qorxu filmləri seriyasının əsasını qoydu.

“Vampirin əlaməti” (1935) mistik trilleri müəmmalı qətllərdən danışır. Filmin Parisdə nümayişi zamanı kinoteatrlardan biri belə reklam yaymışdı ki, “Bu filmə gecəyarı boş zalda baxmağa cəsarəti çatan adamı mükafat gözləyir”.

Qalmaqallı filmlər layihəsində rejissorun yaradıcılığının ən əhəmiyyətli filmi sayılan və eyni zamanda öz dövründə kommersiya baxımından iflasa uğrayan “Eybəcərlər” (1931) dramının təqdim edirik.

Səyyar sirk truppasında normal insanlarla yanaşı fiziki inkişafdan qalmış aktyorlar da çalışır. Gözəl gimnast qadın Kleopatra təsadüfən öyrənir ki, onu sevən liliput Hansa qohumundan böyük miras qalıb. O, mirası ələ keçirmək üçün özünü Hansa aşiq olmuş kimi göstərir. Və onu sevgilisi karlik Fridadan ayırır. Qadın fiziki qüsurlu adamlara rişxəndlə yanaşır, toydan sonra Hansı zəhərləmək istəyir. Bunu bilən, truppanın başqa fiziki qüsurları olan üzvləri Kleopatranı eybəcər hala salırlar. Tamaşaçı finalda nitqdən məhrum və çox eybəcər, toyuğa bənzəyən qadın görür.

Qorxu elementlərinin də olduğu film dünya kino tarixində ən qeyri-adı fiziki qüsurlu aktyorların oynadığı filmdir. Mahiyyətcə, film humanist, əxlaqidir.

“Eybəcərlər” Amerika yazıçısı Tom Robbinsin qısa hekayəsinin sərbəst yozumudur. Ssenari üzərində bir neçə nəfər beş ay ərzində işləyib.

Broununiq kastinqə Amerikada fəaliyyət göstərən bütün - fiziki qüsurları olan səyyar sirkçiləri dəvət etmişdi. Onların çoxu həqiqi adı ilə iştirak edib.

“Eybəcərlər”in xronometrajı 90 dəqiqə olsa da, test baxışı zamanı studiya rejissordan filmin yenidən montajını tələb etdi. Nəticədə film 64 dəqiqə oldu. Çünki test baxışda iştirak edən tamaşaçılardan biri studiyanı məhkəmə ilə hədələyib. O, bildirib ki, bu filmdən sonra o, bətnindəki körpəsini itirib.

Amerika publikası rejissorun təklif etdiyi bu açıqlığa hazır deyildi. Ona görə film iflas oldu, uzun illər arxivdə qaldı. Bundan başqa çox ölkədə qadağan edildi.

1961-ci ildə film yenidən ekranlara çıxarıldı və kult statusu aldı.

Film hələ də Amerikanın bir neçə ştatında qadağan olunub.

Bu film 1960-cı illərdə nonkonformist mədəni cərəyanlara böyük təsir elədi. Məsələn, müasir foto sənətinin klassiklərindən biri Diana Arbusa ciddi təsir göstərdi. Arbus da əsasən fiziki qüsurlu adamları çəkirdi. Rejissor Devid Linç isə “Fil adam”ı (1980) bu filmin təsiri ilə çəkib.

Maraqlı faktlar

***

Studiya fiziki qüsurlu aktyorlara kafedə yeməyi qadağan eləmişdi. Başqa pavilyonlarda çəkilən həssas aktrisalara pis təsir etdiyinə görə.

***

Toyuq insan obrazını aktyor, rejissor, qrim və xüsusi effektlər üzrə usta, Brouninqin 11 filmində çəkilmiş Lon Çeyn hazırlayıb.

***

Filmdə çəkilən real obrazlardan biri Randianın əli və ayağı yoxdur, yalnız gövdəsi var. Onu tırtıl-insan, gövdə-insan adlandırırdılar. Deyilənə görə, çəkiliş vaxtı onun qaranlıq künclərdə gizlənərək başqalarını qorxutmaq kimi adəti vardı.

# 2682 dəfə oxunub

Oxşar xəbərlər

Vicdansız, yaraşıqlı və təhlükəli - Dünya kinosunun ən uğurlu "şər" obrazı

Vicdansız, yaraşıqlı və təhlükəli - Dünya kinosunun ən uğurlu "şər" obrazı

18:46 2 mart 2026
“Tilov”  serialının yaradıcı heyəti ilə görüş

“Tilov” serialının yaradıcı heyəti ilə görüş

15:40 2 mart 2026
Nuri Bilge Ceylanın yeni filmində baş rolu o oynayacaq

Nuri Bilge Ceylanın yeni filmində baş rolu o oynayacaq

11:30 2 mart 2026
“Paramount” “Warner Bros.”u 110 milyard dollara alır

“Paramount” “Warner Bros.”u 110 milyard dollara alır

10:45 2 mart 2026
“Bir səfərin izi ilə - ABŞ”  filminin təqdimatı oldu

“Bir səfərin izi ilə - ABŞ” filminin təqdimatı oldu

15:21 28 fevral 2026
“Scream 7”nin premyerasında boykot

“Scream 7”nin premyerasında boykot

12:38 28 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər