news-inner
clock12:14 calendar-gray 16 Yanvar 2015 view-gray129 dəfə oxunub
view-gray129 dəfə oxunub

Ateist dinşünas

Tələbə vaxtı bir dinşünaslıq müəllimimiz vardı. Bu yaşlı qadın bizə qədər, yəni, ömrünün çox hissəsini elə həmin fakültədə elmi ateizmdən dərs demişdi. Bizim gəncliyimiz belə maraqlı hadisələrlə zəngindi. Keçid dövrünün keçidlərində yuvarlan-yuvarlana bu günlərə gəlmişik. Əslində, müəlliməmiz “ayıblı ayıbını bilsə, başına palaz bürüyər” aforizminə əməl etsəydi, heç bir narazılıq yaranmayacaqdı, amma o, özünü dinşünaslıq elminin banisi hesab edirdi. Məşhur “Pir” hekayəsində yalandan pir uydurub sonra ona and içən obraz kimi özü də əməlli-başlı dinşünas olduğuna, deyəsən, inanırdı.

İslam dininin tarixi ilə bağlı problemim yox idi. Amma bu qadının sovet dövründə dinimizə duyduğu gizli rəğbət yalanlarına inanacaq qədər axmaq deyildim. Yaxşı bilirdim ki, o, uzun illər elmi ateizmdən dərs deyəndə daha səmimi olub, o vaxt da tələbələrin anasını beləcə ağladıb. Sadəcə bu qadında vəziyyətə ildırım sürətilə uyğunlaşan buqələmun xisləti vardı. Bunu pərdələmək istəyi də məni qıcıqlandırırdı.

Bizim bir- birimizə antipatiyamız qarşılıqlıydı. Bir dəfə necə oldusa, hansısa xəlifənin üstündə sözümüz çəp gəldi, müəllimə məni təhqir edib auditoriyadan qovdu. “Pişiyin könlü samanlıqdaydı...” misalı bir daha o otağa qayıtmadım. Müəllimə ultimatum yollamışdı ki, gəlib üzr istəsə, ona qiymət yazacam. Uşaqların xahiş-minnətinə baxmayaraq, zaçota getmədim. Məsələ isə belə həll olundu ki, dekan müavini dinşünaslıq müəllimini de-yure başa saldı ki, mən şairəyəm, deməli, Allah adamıyam və mənə dindən avtomatik zaçot düşür. Bayaq da dedim, sirli doxsanıncı illərdən danışıram, ötən əsrdən. Onda hələ həyat romantikadan tamamilə məhrum deyildi. Onda şairlərə din adına lotuluq edənlərdən daha çox qiymət verilirdi.

O qadın mənim həyatımda ilk buqələmundu, qəfildən dindara çevrilmiş ilk ateist. Sonra ətrafımda bu tipli hadisələr daha çox cərəyan etməyə başaldı. Sağımda bir tamada qəflətən yas mollasına çevrildi. Solumda uzaq qohumumuz olan meşşan, rusdilli bir ailənin qadınları birdən-birə hicaba büründü. Kimsə qızını ərə vermək üçün qapandı, kimsə ərinin işə düzəlməsi üçün dua etsin deyə, kiril əlifbasıyla yazılmış ərəb sözlərini əzbərləyib namaza başladı.

Bax bizim nəslin dinlə təması belə zarafatyana yarandı. Amma sən demə, görəcəkli günlərimiz qabaqdaymış. Əvvəlcə buqələmunlar, saxtakarlar, dəbpərəstlər, xeyirgüdənlər, küyə düşənlər, zəif iradəlilər başladığı bu proses get-gedə daha çox kütləviləşməyə başladı. Artıq ətrafımızdakı ağlına, savadına inandıqlarımız da yavaş-yavaş yoluxdular. Yadıma “Ölülər” əsərindən Kefli İsgəndərlə atasının dialoqu düşür:

-Yaxşı, bir saatlığa tutaq ki, mən dəli olmuşam, bəs Mir Bağır Ağa ki, alim adamdı, o da dəli olub?

-Yox, Mir Bağır Ağa dəli deyil, ancaq eşşəkdi.

-Kəs səsini, namərbut. Bəs teleqrafçı Heydər Ağa niyə inanır, elədə o da dəli olub?

-Yox, dəli olmayıb.O da o səbəbə inanır ki, qulaqları çox uzundur.

-Hə, elədə dünyada səndən başqa hamı dəlidi, hamı eşşəkdi, bircə sən ağıllısan.

Və həqiqətən indi, meydandakı tək-tək adamların necə tək qaldığını düşünəndə, bütün bu prosesin gözümüzün qabağında, bir ömrün içində baş verdiyinə inanmaq olmur. Bir vaxtlar dinşünaslıq müəlliminə fors edən mən indi öz tələbələrimə Nəsimini, Axundzadəni keçə bilmirəm. İndi mənim şagirdlərim Almas Yıldırımın “Sənsiz neynim, Allahı mən, dini mən” misralarına görə mənə fors edirlər. Çünki indiki nəsil bu mənada mənim dinşünaslıq müəllimimdən – o dövrün yalançı dindarlarından daha ciddi təhlükədir. Nəinki, müəlliminin “Fətəli, sən də riyakarmı, olmaq istəyirsən?” sualıyla həyatını dəyişən, əksinə, öz müəllimlərinə təsir edib onların həyatını dəyişən qüvvə. İndi o müəllimlər o şagirdlərə imam Əlinin həyatından esse yazdırırlar. Və hər iki tərəf xoşbəxtdir.

...Bir dəfə məktəbin bufetində tarix müəlliməsiylə ədəbiyyat müəlliməsinin söhbətini eşitdim. Tarix müəlliməsi iddia edirdi ki, əgər evdə kişi qonağı yoxdusa, namaz qılan qadının səsi eşidilə bilər. Ədəbiyyat müəlliməsi isə başını yolub tökürdü ki, xeyr, heç bir vəchlə o bədbəxt qadının namaz qılarkən səsi gəlməməlidir.

O qədər müzakirə getdi ki, sifariş elədiyim yorğunluq qəhvəsi zəhərimə döndü, sid-ürəkdən xəbər aldım ki, indi siz biriniz Axundovu, o biriniz də Babəki necə tədris edirsiniz? Ədəbiyyat müəllimi də cani-dildən nə cavab versə yaxşıdı:

-Demə, demə, vallah, hər Axundovu keçəndə min dəfə “əstəğfurullah”- deyirəm.

Bu da bu. Sitatın sonu. Bundan sonranı yazmağa, necə deyərlər, əlimdə qələm də acizdi. Nöşün ki, burdan o tərəfə fikirlərim qarışır, heç özümə də aydın deyil.

news-inner-user
Səhər Əhməd

175 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

"Yuğ"da yenə "Vəsvəsə" olacaq
18:00 07 Dekabr 2019
Müdirinin katibəsi ilə evlənən kişi - İkinci Mahmudun hekayəsi
17:00 07 Dekabr 2019
İngiltərə Elif Şafakın bu romanını ilin ən yaxşısı elan etdi
16:00 07 Dekabr 2019
Məşhur aktyor sətəlcəmdən dünyasını dəyişdi
15:00 07 Dekabr 2019
Tanınmış şairin qızı Qüdsdə konsert verdi - Foto
14:01 07 Dekabr 2019
Azərbaycanlı naşir: “Kitablarımız Fransanın 70 min kitab mağazasında satılacaq” – Müsahibə
13:28 07 Dekabr 2019
Əlil aktyorların iştirakı ilə "Solğun çiçəklər" nümayiş olundu - Foto
12:30 07 Dekabr 2019
Azərbaycanlı dramaturq 65 yaşında vəfat etdi
12:00 07 Dekabr 2019
Ermitaj Muzeyi Çingiz xan daş kitabəsini Monqolustana hədiyyə etdi
11:20 07 Dekabr 2019
"Bu şəhərdə" 200 minlik "Şabaş"ı təqdim etdi - Foto
10:40 07 Dekabr 2019
"Qaranlıqdan reportaj" təqdim olunacaq
10:00 07 Dekabr 2019
Arvadbaz, dəlisov, qadın düşkünü... - Yeni layihə
09:00 07 Dekabr 2019
Cəmi 1 saata həyatınız dəyişə bilər
21:00 06 Dekabr 2019
"Mələk" filmi nümayiş olunacaq
18:53 06 Dekabr 2019
"Audio Kitab" layihəsində Nəsiminin qəzəlləri səsləndirilib
18:20 06 Dekabr 2019
Bütün dualara əngəldi İsa - Rəşad Nağı şeirlərini oxuyur - Video
17:46 06 Dekabr 2019
Məktəbli qızın oğurlanmasından bəhs edən roman çap olunub
17:21 06 Dekabr 2019
“Sözlər və nəsnələr” kitabı təqdim edildi - Fotolar
16:51 06 Dekabr 2019
Kənan Hacı ABŞ-ın nüfuzlu mükafatını qazanıb
16:20 06 Dekabr 2019
Nizami Gəncəvinin türk dilində nəşr olunan "Xəmsə"si təqdim olundu - Foto
15:37 06 Dekabr 2019