6 yaşında ərə verilən qızın - ACI HEKAYƏTİ

6 yaşında ərə verilən qızın - <span style="color:red;">ACI HEKAYƏTİ
15 yanvar 2015
# 09:00

İnkişaf etməkdə olan ölkələrin bir çoxunda qız uşaqları hələ həddi-buluğa çatmamış ərə verilir. Dünyada 15-19 yaş aralığında olan hər 5 qızdan biri erkən yaşda evləndirilir. Azərbaycanda da azyaşlı qızların ərə verilməsi hallarına rast gəlinir.

Kulis.az mövzu ilə bağlı bir neçə faktı diqqətinizə çatdırır.

1. Hindistanda qız uşaqlarının 47 faizi 18 yaşından tez evlənir. Əhali sayını düşünsək, görün nə böyük rəqəm alınır.

2. Uşaq evlilikləri eyni zamanda iqtisadi problemdir. Əhalinin sadəcə yarısı təhsil almaq imkanına malikdir.

3. Oğlanlar da eyni formada-erkən yaşda evlənməyə məcbur edilir. Amma buna qızlarda olduğu qədər çox rast gəlinmir. Fotoda gördüyünüz Rajani və ərə getdiyi xanımı, uşaqlıq dövrlərini keçənə qədər valideynlərinin yanında yaşayacaqlar.

4. Banqladeşdə uşaq yaşında evlilik qadağan olunsa da, erkən evlilitə dünyada ən çox bu ölkədə rast gəlinir. Burada qadınların sadəcə 29.3 faizi oxuyub-yazmağı bacarır.

5. BMT-nin Uşaq Hüquqları Konvensiyasına görə uşaqlıq dövrü 18 yaşa kimidir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də uşaqların evlilikləri qadağan edilib. Əsl problem isə odur ki, burda yaş limiti göstərilməyib.

6. 16 yaşlı gəlin Surita. Evlənəcəyi kişinin kəndinə aparılarkən fəryad edir.

7. “Onu görəndə qaçıb gizlənmək istəyirdim. Ona nifrət edirdim” – evliliyinin ilk illərindən danışan Tahani belə deyir. Evlənəndə əri 25 yaşında, özü isə 6 yaşındaymış.

8. 2010-cu ildə Əfqanıstanın Səhiyyə Nazirliyinin açıqladığı rəqəmlərə görə 20-24 yaş arası dünyasını dəyişən qadınların ölüm səbəbi hamiləlik olub. Hər iki saatda bir qadının bu səbəbdən öldüyü bildirilir.

9. Dünya üzrə gündə təxminən 39 min qız uşağı erkən yaşda gəlin olur.

10. Hələ 9 yaşında olanda 30 yaşlı kişilə ərə verilən Nujood Ali işgəncə və təcavüzə dözməyərək ögey anasının köməyi ilə qaçaraq məhkəməyə gedib. Boşanmaq istədiyini deyən bu balaca qızı məhkəməni təəccübləndirib. Qadın vəkillərdən biri işi öz üzərinə götürüb və onları boşayıblar.

11. 1985-ci ildə Efiyopiyada orta evlilik yaşı 15 idi. 30 il ərzində aparılmış islahatlar, qanunların dəyişdirilməsi, təhsil səviyyəsinin artması nəticəsində orta evlilik yaşı 19-a qalxıb.

12. Tanzaniya ənənələrinə görə yaşlı və varlı qadınlar pulla özlərindən balaca qızları satın alıb “həyat yoldaşı” elan edə bilirlər. Sonra həmin varlı qadınların seçdiyi kişilər tərəfindən bu qızlar hamilə qalırlar. Doğulan uşaq isə həmin zəngin qadının olur.

13. Kaliforniyalı 13 yaşlı gənc qız Cessi Bender 2001-ci ilin fevral ayında evdən qaçıb və FBİ tərəfindən axtarılmağa başlanılıb. Əmisinin evində gizlənən Cessinin onu Pakistana aparıb ögey atası ilə evləndirmək istəyən anasından qaçdığı bəlli olub.

# 5136 dəfə oxunub

Oxşar xəbərlər

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

18:17 1 iyul 2026
Dərin gölün vampirləri - Vüsal Bağırlının  hekayəsi

Dərin gölün vampirləri - Vüsal Bağırlının hekayəsi

10:00 30 iyun 2026
Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

17:00 29 iyun 2026
Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

15:00 29 iyun 2026
"Dünya başdan-başa nə imiş dedin?" - Əli Kərimin şeirləri

"Dünya başdan-başa nə imiş dedin?" - Əli Kərimin şeirləri

12:00 29 iyun 2026
Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

14:00 27 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər