Çingiz Hüseynov: “Karikaturaçılar əslində islamı qoruyurlar”

Çingiz Hüseynov: “Karikaturaçılar əslində islamı qoruyurlar”
13 yanvar 2015
# 16:33

“Fransadakı faciə dünyanı sarsıtdı. Günahsız jurnalistlərin dəhşətli qətli, imanlı müsəlmanların hislərini guya alçaldan, peyğəmbərin təhqir olunduğu karikaturalar haqqında son günlər çox danışılır, uzun müddət danışılacaq”.

Bunu Kulis.Az-a verdiyi açıqlamada yazıçı Çingiz Hüseynov Parisdəki “Charlie Hebdo” satirik jurnalının redaksiyasına edilmiş silahlı basqını şərh edərkən deyib.

Çingiz Hüseynov bildirib ki, karikaturalar qərəzli deyil: “Mən bəzi karikaturaları görmüşəm və hesab edirəm, hətta buna əminəm ki, onlar qərəz deyil, onlar təhqir deyil. Əksinə, bir janr kimi, satiranın bir qolu kimi bəşəri bədii düşüncənin yetkinliyini göstərir. Amansızcasına öldürülən jurnalistlərin, yalançı müsəlman olan terrorçular tərəfindən insan şüuruna yeridilən və islam, Quran, Allahın adına yapışdırılan ölüm fəlsəfəsinə normal və karikatura janrına uyğun kəskin şəkildə reaksiyasını nümayiş etdirirlər.

Əgər düzgünlüklə, ədalətlə və obyektiv şəkildə düşünsək, bu karikaturalar nə haqqındadır?”

Görkəmli yazıçı söyləyib ki, onlar əksər halda sülhsevər, həqiqi islamın əsl məğzini, mahiyyətini təhrif və təhqir edən, tapdalayan terrorçulardan qoruyurlar: “Bunu isə nə dünyaya şər yayan və müsəlmanlardan ibarət aldanmış cahil kütlələr, nə də qara camaatın etirazlarından qorxan, özünü itirmiş ölkələrin səlahiyyətli strukturları dərk edirlər. Bu da bəşəri demokratiyanın dərin və hərtərəfli krizisindən xəbər verir!...

Bəli, karikaturaları görmüşəm, etiraz dalğasına səbəb olan ikisi bunlardır: birincisi, Məhəmmədin başında bomba ilə təsviridir. Bu karikaturanın sosial mənası odur ki, onun başına bombanı məhz terrorçular qoyublar! Bu, müsəlmanların böyük əksəriyyətinin bildiyi və qəbul etdiyi peyğəmbər deyil, bu, dünyaya təhrif olunmuş islamı, Quranı nümayiş etdirən məhz terrorçuların peyğəmbəridir! Zamanı həssaslıqla qavrayan incəsənət məhz bunu, islamın gerçək düşmənlərini göstərir!

Ya da ikinci karikaturaya baxaq. Burada Məhəmməd qarşısında qara nöqtələrdən ibarət uzun növbənin durduğu cənnət qapılarının kandarında dayanıb. Bu nöqtələr qondarma şəhidləri, yəni öz cinayətkar başçıları tərəfindən aldadılmış adi qatilləri təcəssüm etdirir. Növbədəkilər cənnətə düşməyə tələsir, Məhəmmədsə onlara deyir: “Sizə burada yer yoxdur!” Mən isə karikaturaçıların əvəzinə, davamını deyirəm: “Yeriniz cəhənnəmdir! Odlu cəhənnəm! Çünki siz Allahı təhqir edən cinayətkarlar, canilərsiniz!...”

Bəşəri demokratiya isə geri çəkildi! Üzr istəməyə başladı! Karikaturaçıları cəzalandırmağa tələsdi! İnsan haqları və sairə boş-boş sözlər: cinayətkarlarla onlara yad olan qanun dilində danışmağın nə xeyri? Öz acizliyini, gücsüzlüyünü, zəifliyini nümayiş etdirdi, bununla da terrorçuları daha da aqressivləşdirdi!...

Odur ki, kökündə sülhsevərlik dayanan islamla terrorçu-“şəhidlərin” dünyaya ölüm və dağıntı gətirən yalançı islam arasında bərabərlik işarəsi qoymaq lazım deyil, bu yanlış, bizi uçuruma gətirən yoldur”.

# 2292 dəfə oxunub

Oxşar xəbərlər

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər