Yaponiyada uşaq pornoqrafiyası - ARAŞDIRMA

Yaponiyada uşaq pornoqrafiyası - ARAŞDIRMA
13 yanvar 2015
# 11:45

BBC-nin müxbiri Ceyms Fletçer yapon kütləvi mədəniyyətinin əsas hissələrindən biri, uşaq pornoqrafiyasını yayan komikslərdən yazıb.

Kulis.az bu yazını ixtisarla təqdim edir.

Dünyada “manqa” adı ilə tanınan yapon komikslərinin uzun tarixçəsi var.

Bu bədii məhsulların populyarlığı onların erotik və hətta pornoqrafik xarakterə malik olmasındadır. Bəs Yaponiyada bunu niyə qadağan eləmirlər?

Tokioda manqa janrında olan komikslərin sərgisi açılıb. Bu janrın pərəstişkarlarının əksəriyyəti kişilərdir, onlar sərgidə satışa çıxarılan jurnal və bukletləri nəzərdən keçirir.

Divarlarda asılan plakatlarda təsvir olunan qızcığazlar yarıçılpaqdır və ideal bədən ölçüləri var. Sərginin təşkilatçılarından biri Hayd "Bu zal tamamilə seksə həsr olunub" deyə izah edir.

Biz çılpaq sinəli qızcığazların komiksi qarşısında dayanırıq. Mənim baxışıma görə onların hər ikisinin 12 yaşı var. Hərçənd, rəsmlərdə onlar böyüklərə aid işlərlə məşğuldurlar.

В зале выставки Sunshine Creations

Başqa ölkələrdə bunu ədəbsiz və əxlaqsız sayardılar, amma Yaponiyada münasibət başqadır.

“Hamı bilir ki, uşaqların seksual istismarı yaxşı deyil” - Hayd deyir, amma uşaqlarla bağlı seksual fantaziya təsvirləri Yaponiyada qadağan deyil.

Onun açıqlığı məni heyrətləndirir. Sonra Hayd məni “Lolita kompleksi” mənasını verən "Lolikon" neologizmi ilə tanış edir. “Lolikon” yeniyetmə uşaqların iştirakı ilə seksual mövzulara həsr olunan manqa janrının qollarından biridir. Bu cür təsvirlərdə insest, zorakılıq və başqa tabular qoyulmuş süjetlər ola bilər. Hərçənd, Hayd özü yuxarı siniflərdə oxuyanların sevgi münasibətləri haqda komikslərə üstünlük verir.

O, etiraf edir ki, Lolikon hobbilərindən biridir və seksual qızcığazlar haqda fantaziyaları sevir.

Mən onda bizim yaxınlığımızda dayanan arvadının buna necə münasibət bəsləməsini soruşuram. O deyir: “Düşünürəm ki, o bunda problem görmür, çünki, o da bir-birilə sekslə məşğul olan oğlan rəsmlərini sevir”.

Bu cür komikslər yapon manqalarının kiçik bir sahəsidir. Və bu, hər il nəşriyyatlara 3,6 milyard dollara başa gəlir.

2014-cü ildə Yaponiya parlamenti seksual zorakılığa məruz qalmış uşaqların fotolarının saxlanılmasını qadağan edib.

Афиша в жанре манга

Bu təsvirlərin yayılması və istehsalı 1999-cu ildən qadağan olunub.

Bu qanunun müzakirəsi zamanı yetkinik yaşına çatmayan uşaqların seksual rəsmlərinin manqalarda da qadağan olunması haqda çağırışlar səsləndi. Amma uzun müddətli mübahisələrdən sonra parlament bunu dəstəkləmədi. Qərar Yaponiyada və ölkədən kənarda fəaliyyət göstərən uşaq haqları təşkilatlarının ittihamına səbəb oldu.

Yaponiyada yeniyetmələr arasında seks qəbul edilir və kütləvi mədəniyyət çərçivəsində qalır.

Yapon qanunvericiliyi manqa janrının milyonlarla istehlakçısını qanundan kənara qoymaq istəmir.

Janrı sevənlər deyir ki, onlar sadəcə, zərərsiz fantaziyalardan zövq alırlar. Haydın dediyi kimi, rəsmlərin yaranmasında real uşaqlar iştirak eləmir, ona görə hansısa seksual istismardan danışmaq olmaz.

Amma fantaziya ilə reallıq arasında sərhəd həmişəmi dəqiq cızılır?

Игрушки манга

Tokionun Akihabara rayonu manqa janrının vətəni sayılır, burda çox mərtəbəli dükanların hər küncündə istənilən mövzuda komikslər satılır.

Dükanlarda yetkinik yaşına çatmayanların zorlanması kimi başlıqlarla manqaların asanlıqla tapılacağı bölmələr var.

Satıcı Tomo deyir ki, manqa istehlakçıları daim nəsə yenilik axtarır, yetkinlik yaşına çatmayan qızlardan ehtiraslanırlar.

Məhz bu, erotik manqaya qadağanın tərəfdarlarını narahat edir. Onların fikrincə, manqa janrına həvəs qadınlara qeyri-sağlam münasibəti normallaşdırır və seksual zəmində cinayətləri artırır.

Yapon qadınları düşünür ki, problem ciddidir. Onlar komikslərdə pornoqrafiyaya gözlərini yuman cəmiyyətin əksini görürlər.

Əksər reklamlardan seksual “lolitalar” boylanır.

Qızlar üçün “Böyük şəhərdə seks” kimi tipli kitabların müəllifi olan yazıçı Lili – öz uşaqlığından danışır: “Məktəbli olanda yapon kişiləri bizə sataşır, corab və alt paltarlarımızı pul müqabilində almağı təklif edirdilər. Bu, iyrənc və pozğunluqdur. Yeniyetmələrin seksuallığı qarşısında pərəstiş kişilərin zəifliyinə əsaslanır, onlar güclü qadınlardan yorulublar və zəiflər üzərində hakim olmaq istəyirlər. Ölkədə işləri pis gedən çoxlu biznesmen var və onlar manqanın köməyi ilə fantaziyalara dalırlar. Beləliklə depressiyadan çıxırlar. Bütün bunlar iyrəncdir, istərdim ki, Yaponiya təhlükəli fantaziyalara son qoysun”.

Дан Канемицу

Uşaq haqlarının müdafiəçisi Dan Kanemisu deyir:

"Manqada tənqidə məruz qalan çox şey var. Amma haqqım yoxdur ki, insanlara nəyi düşünüb-düşünməməyi diktə edim. Əgər bu, insan haqlarına toxunmursa, onu elə fantaziya dünyasında saxlamaq daha yaxşı deyilmi”?

Uşaq haqlarının müdafiəçisi Kazuna Kanahiri məni Akihabar rayonunun dar küçələri ilə aparır. O, komikslərdən daha ciddi olan problemi göstərmək istəyir. Biz dar pilləkənlə otağa giririk, yuxarı rəflər disklərlə doludur. Kazuna disklərdən birini götürür, diskin üzərində beş yaşlı qızın bikində təsviri var. “Gənc idol” seriyasından olan belə disklər 1999-cu ildə uşaq pornoqrafiyasına qadağan qoyulandan sonra yayıldı.

Kanahiri deyir: "Bunları satmağa davam edənləri cəzalandırmaq lazımdır, bu məhsulun qadağan olunması üçün polis ölçü götürmür. Düşünürəm ki, onlar yox olmalıdır. 2020-ci ildə Yaponiyada Olimpiya oyunları keçiriləcək, Biz Yaponiyanı dünyanın əxlaqsızlıq vətəni hesab etmədiyi ölkəyə çevirməliyik”.

# 2631 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
# # #