writer1

Ömər Xəyyam

Məqalə sayı

42
clock15:01 calendar-gray 05 Yanvar 2015 view-gray324 dəfə oxunub
view-gray324 dəfə oxunub

Türkcə sevmək məcburiyyəti

Dünən işə gələndə (parkın adını özüm yazmadım ki, min cür söz qoşacaqlar) təsadüfən bir doğma sima gördüm. Sağ əlində bir tifili oğlan, sol əlində yenə bir oğlan uşağı, amma yaşca böyük... Dilimi dişlədim vallah.

Həmin Mədinəydi. Həmin də deyirəm, əslində həminki deyildi. Kökəlib, bədəni hər iki tərəfdən “tökülüb”. Bircə gözləri o gözlərdir. Xeyli dərdləşdik, kövrəldim düzü. Hər şeyin üstündən keçirəm, başqadı məqsədim. Deməli, keçmiş sinif yoldaşımla rastlaşıram ki, sevdiyim olub. Ordan-burdan söhbət eləyirik, məlum olur ki, qəssabdı həyat yoldaşı. Hər gün içir, düşür bunun üstünə, urvatdan salır qızı. Hə, dəqiq bilirəm ki, indi bəzi sənətin keşiyində duran oxucular dodaqlarını əyirlər. Dodaq dedim, yadıma düşdü, mən o qızı xalına görə sevmişdim, hə, dodağında xalı vardı... Deyir ki, zəqqumlanıb gəlmişdi, nə təhər vurdusa, dodağım cırıldı, xalımı itirdim. Məsələnin sonrası sizlik deyil.

Yaxın oturun, ikicə məsələni müzakirə eləyək. Ər arvadını döyər də, söyər də, lap lazım gəlsə öldürər də. Ağzında arvad deyirsən e... Kim ki, arvaddı o, döyüləcək də, əziləcək də! Evlənmək başqa, arvad almaq başqa. Alırsan, olur şəxsi mal, döy nə qədər istəsən! Bizim qadınlar daha çox arvad olmağa meyillidi. Ona görə belədi ki, kişilərimiz evlənəndən sonra sadəcə ata və ər ola bilirlər. Yenə məqsədim bu deyil. Kim döyür, kim söyür.

Uzun müddətdi evli olan, nişanlı olan, virtual məhəbbət yaşayan dostlarımı izləyirəm. Konkret türkcə sevirlər, türkcə dalaşırlar, türkcə küsürlər. Təxmini belə olur da “aşkım”, “sana küsüm”, “heyatım”, “biricik”, “git yaa”, “yapmaa” və s. Biri desin, evli olduğu qadını necə oxşayıb, o biri də nişanlısını. Görəcəksiniz ki, düz deyirəm. Görməsəniz də düz deyirəm. Gələk bizim dilə. “Azz, arvad”, “kopakqızı” və s. Yaxşı yadıma düşdü, bizdə “Sevgilim” sadəcə şərab markasıdı. Niyə gənclər türkcəyə qaçırlar? Elə anlayışlar var ki, bizim dildə onların adı yoxdu. Allahı ərəbcə tanıdığımız kimi, münasibətləri də türkcə qururuq. Amma, arvadı azərbaycanca döyürük. Bu məsələyə ağsaqqallar bir izahat verər, görək niyə türkcə gedir bütün cütləşmələr? Gəlmişkən bir sual da verim. Mən deyim siz təsəvvürünüzdə canlandırın “olayı”. Qadın özünü təqdim edir, “Filankəs xanım”, ya da biri sənə mesaj yazır, nömrəni tanımırsan və geri yığırsan:

- Alo, kimdi?

- Filankəs müəllim.

Məlum olur ki, işlədiyin yerdən vəzifəli biridir. Adlarının sonuna xanım, müəllim kimi statuslar artırmaqda məqsəd nədir? Bunu elə-belə dedim e... ciddiyə almayın. Nə qədər ki, bayram günündən yeməklər qalıb, deməli, hələ də bayramdır.

Təbrik!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Tbilisidə Nəriman Nərimanovun kitabı təqdim olundu - Foto
15:28 10 Aprel 2021
Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021
Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər
13:34 10 Aprel 2021
Göy üzünü Tanrı bilərdik - Fəxri Müslümdən şeirlər
12:21 10 Aprel 2021
Sizə həsəd aparıram - Fransada yaşayan azərbaycanlı yazıçı yazır
11:22 10 Aprel 2021
Məşhur repçi narkotikdən öldü
10:10 10 Aprel 2021
Psixoloq Elnur Rüstəmov: “Müharibə bizi koronavirusa yoluxmağa qoymadı” – Müsahibə
09:01 10 Aprel 2021
“Fəryad”ın çəkilişində ona sui-qəsd təşkil etmişdilər – Ceyhun Mirzəyevdən maraqlı faktlar
21:01 09 Aprel 2021
Azərbaycanlı rəqqas Rusiyada fəxri ada layiq görüldü
18:46 09 Aprel 2021
Xanım İsmayılqızı yeni kitabından danışdı
18:02 09 Aprel 2021
Flora Kərimovanın ürəyi dayanıb? - Açıqlama
17:21 09 Aprel 2021
Hamı şeirlərini əzbər bilir, amma heç kəs tanımır – Sözü özündən məşhur şairimiz
16:37 09 Aprel 2021
13 yaşlı Selcandan yeni hekayə
15:49 09 Aprel 2021
Məşhur aktrisa vəfat etdi
15:04 09 Aprel 2021
Xalq rəssamı: "Atam əsir düşəndə Almaniyada Rəsulzadə ilə görüşüb" – Müsahibə
14:17 09 Aprel 2021
Siyavuş Novruzovun axtardığı söz – Sərdar Amin yazır...
12:38 09 Aprel 2021
Trampın köməkçisi dörd milyonluq kitab yazacaq – Müqavilə bağlanıb
12:01 09 Aprel 2021
Xalq artisti xəstəxanaya yerləşdirilib
11:18 09 Aprel 2021
Pulun çaşdırdığı Əlixan Rəcəbov
11:04 09 Aprel 2021
Günün şeiri: Leş
10:30 09 Aprel 2021