Uşaqların anaları ilə sevişən Şaxta Baba

Uşaqların anaları ilə sevişən Şaxta Baba
4 yanvar 2020
# 17:59

Yeni il filmləri deyəndə ağlınıza ancaq “Evdə tək” gəlirsə, demək başqa filmlər izləmək vaxtınız çoxdan gəlib.

Kulis.az Milad bayramında izləyəcəyiniz ən yaxşı 10 filmi təqdim edir:

“Pis Şaxta baba” (2003)

(“Bad Santa”)

Heç də bütün Şaxta Babalar eyni cür faydalı deyil, onların arasında əyyaşlar, əxlaqsızlar və cinayətkarlar da var. Baş rolunu Bill Bob Torntonun oynadığı “Pis Şaxta Baba” filmində belə bir adam ticarət mərkəzində Şaxta Baba işinə düzəlir. O, hamıya kobudluq edir, uşaqları qorxudur, onların anası ilə sevişir, gecələr mağazaların kassasını soyur. Amma Yeni il bayramında, belə pis oğlanlar da dəyişilə bilər...

“Bu möhtəşəm həyatdır” (1946)

(“It's a Wonderful Life”)

Amerikan kinosunun klassikası sayılan film 1970-ci illərdə hər bayram ABŞ kanallarına göstərilirdi. Bütün dövrlərin ən reytinqli filmi sayılır. Hətta 2004-cü ildə BBC “Oskar” almayan ən yaxşı filmlərin siyahısını hazırlayanda bu film ikinci yerə çıxmışdı.

“Bu ki yeni il möcüzəsidir” (2014)

(“A Merry Friggin' Christmas”)

Robin Uilyasmın sonuncu rollarından biri. Ər-arvad yeni il bayramını ata evində qeyd etmək qərarına verirlər. Burda isə əcaib insanlar yaşayır. Cütlük evə çatanda hədiyyələri unutduqlarını xatırlayırlar…

“Hugo” (2011)

“Huqo”

Martin Skorsezenin bu macəra filmi xüsusi effektlərlə çəkilmiş ən yaxşı 3D filmlərdəndir. Huqo adlı oğlan atasından qalmış sirli bir mexanizm tapır, onun köməkliyi ilə səyahətə çıxır.

“Hədiyyə əməliyyatı” (2011)

(“Arthur Christmas”)

Heç fikirləşmisiniz ki, Şaxta Baba bütün dünyada eyni vaxtda evlərə necə gedir və yolkanın yanına hədiyyəni necə qoyur? Onda Sara Smit və Berri Kukanın çəkdiyi bu animasiya filmini yeni il ərəfəsində mütləq izləyin.

“Sehrli oyuncaqçı” (2007)

(“Mr. Magorium’s Wonder Emporium”)

243 yaşlı mister Maqorium uzun illərdi ki, oyuncaq mağazasına sahibdir. Bu mağazada oyuncaqlar özləri hərəkət edir. Bir də bu mağazada Mahouni adında qəşəng bir qız işləyir. Maqorium artıq bu sehrli mağazanı kiməsə vəsiyyət etmək istəyir. Bu isə Natali Portmanın canlandırdığı qız olmalıdır...

“Dəlilərin yeni ili” (1994)

(“Mixed Nuts”)

İşi intihara cəhd edən insanları xilas etmək olan baş qəhrəman özü Yeni il ərəfəsində çətin vəziyyətə düşür, işini və sevgilisini itirməyə çox az qalıb... Baş rolu Stiv Martin və Adam Sendlerin oynadığı filmdə Yeni il gecəsi onların başına cinayətdən doğuma qədər başına hər şey gəlir...

“Yeni il tətili” (1989)

“Christmas Vacation”

Klarkın ağlına qəribə ideya gəlir: bütün ailəsini toplayıb Yeni ili amerikan ənənələri ilə etmək, təbii yolka ağacını gətirib bəzəmək, evin üstünü minlərlə işıq lampası ilə bəzəmək, hindtoyuğu bişirmək... Amma heç də hər şey səsləndiyi kimi gözəl olmur, Qrisould ailəsi Yeni ilə yanmış yolka, partlamış hindtoyuğu və daha bir neçə “bədbəxt” təsadüflərlə girir...

“Yerləri dəyişmək” (1983)

“Trading places”

Image result for “Trading places” film"

Varlı, uğurlu biznesmen Luis Uintropun həyatı müdirləri - Dyuk qardaşlarının qəribə mərcindən sonra tamamilə dəyişir. Dyuk qardaşları kompaniyanı idarə etmək üçün biznesmen olmağa ehtiyac olmadığını və küçədən keçən birinin də bunu bacaracağını deyirlər. Və belə də edirlər, gedib küçədən keçən bir dilənçini gətirib şirkətə rəhbər edirlər və Luisi olduqca çətin sınaq qarşısında qoyurlar...

“34-cü küçədə möcüzə” (1994)

“Miracle on 34th Street”

Image result for “Miracle on 34th Street” film"

Syuzan Santanın möcüzəsinə inanmasa da, hər bir uşaq kimi ona məktub yazır və ürəyindəki arzunun həyata keçməsini istəyir. Öz evlərində atası, balaca qardaşı və anası ilə xoşbəxt olmaq istəyən Syuzan “Koul” univermağında rastlaşdığı Santadan sonra arzularının gerçəkləşəcəyinə inanır...

# 8145 dəfə oxunub

Oxşar xəbərlər

"Kamera sadəcə göz deyil, o, ruhun pəncərəsidir” – Bela Tarrın aforizmləri

"Kamera sadəcə göz deyil, o, ruhun pəncərəsidir” – Bela Tarrın aforizmləri

18:40 21 iyul 2026
"Titanik"in çəkilişləri zamanı 50 nəfər narkotikdən zəhərlənib - Billi Zeyn açıqladı

"Titanik"in çəkilişləri zamanı 50 nəfər narkotikdən zəhərlənib - Billi Zeyn açıqladı

17:00 21 iyul 2026
“Cənnətin iqamətgahı”  filminin treyleri hazırdır

“Cənnətin iqamətgahı” filminin treyleri hazırdır

15:30 21 iyul 2026
Kazım Koyuncu haqqında çəkilən filmdə Cem Yılmaz surprizi

Kazım Koyuncu haqqında çəkilən filmdə Cem Yılmaz surprizi

14:40 21 iyul 2026
Cem Yılmazdan yeni foto - "GORA 4 GORA"NIN çəkilişlərİ davam edir

Cem Yılmazdan yeni foto - "GORA 4 GORA"NIN çəkilişlərİ davam edir

13:30 21 iyul 2026
"Harri Potter" serialında nələr olacaq? - Operator açıqladı

"Harri Potter" serialında nələr olacaq? - Operator açıqladı

18:40 20 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər