"Axınla aşağı"nın təqdimatı oldu-FOTOLAR

"Axınla aşağı"nın təqdimatı oldu-<span style="color:red;">FOTOLAR
19 dekabr 2014
# 23:36

Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə lentə alınan “Axınla aşağı” bədii filminin təqdimatı keçirilib.


APA-nın məlumatına görə, filmin təqdimatından əvvəl C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov və Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxovun iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransda 2014-cü ildə çəkilən filmlər və nəzərdə tutulan yeni layihələr haqqında məlumat verilib.

Təqdimat mərasimində Müşfiq Hətəmov bildirib ki, kino sahəsində gənc rejissorların ərsəyə gətirdiyi filmlər beynəlxalq festivallarda uğur qazanıb. Filmin rejissoru Asif Rüstəmov və başqaları çəkiliş prosesindən danışıblar.

Sonra film nümayiş olunub. Psixoloji ailə dramının quruluşçu rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar rol alıb.

# 3436 dəfə oxunub

Oxşar xəbərlər

"Namazov" filminin treyleri yayımlandı

"Namazov" filminin treyleri yayımlandı

17:35 7 sentyabr 2026
Türkiyə kinosunun məğlubedilməz qəhrəmanı – Cüneyt Arkının 5 məşhur rolu

Türkiyə kinosunun məğlubedilməz qəhrəmanı – Cüneyt Arkının 5 məşhur rolu

17:00 7 sentyabr 2026
“44” bədii filminin premyerası baş tutacaq

“44” bədii filminin premyerası baş tutacaq

15:33 7 sentyabr 2026
Məşhur aktrisa boykot edildiyini açıqladı – Səbəb

Məşhur aktrisa boykot edildiyini açıqladı – Səbəb

14:30 7 sentyabr 2026
“IV Divar” serialı tamaşaçılara təqdim olunacaq

“IV Divar” serialı tamaşaçılara təqdim olunacaq

14:00 7 sentyabr 2026
Ridli Skott kassada uğursuzluq yaşadı

Ridli Skott kassada uğursuzluq yaşadı

13:45 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər