Rəhman Əlizadə üçün DUA

Rəhman Əlizadə üçün DUA
18 dekabr 2014
# 17:04

Cəmilə Allahverdiyevanın məqaləsi

Kulis.Az A.Şaiq adına Kukla Teatrının aparıcı səhnə ustası Cəmilə Allahverdiyevanın məqaləsini təqdim edir.

…İndi, bu saat… bu dəqiqə…

Cumardım mən ağırlıqda,

Mən boyda “daxmamın” içərisinə…

Qapı-pəncərəmi bağlar,

Pərdəni azca aralı saxlar.., –

Göy üzünü görməsəm ürəyim partlar, sıxılar deyə…

Hə, üzümü ovcuma alıb, nəfəsimi tutar…

Beləcə saniyələr azalar…

Hə, əlbəttə azalar…

Üzüntümün səssizlikdə, sükutda, nəhayət, – süqutunda

Boğulan ah-zarını

Çəkərdim ciyərimə…

…Dərd məni udunca

Mən onu udardım…

Gözlərim göy üzünə dikili donardım…

…İlahi rəhmətinə sığınar,

Sığınar,

Ürəyimin döyüntüsü yayılar vücuduma, canıma…

Barmaqlarımdan OVCUMA…

Ovcumda tutub saxladığım zamana…

***

Adları olan şeylərin hamısı var və mövcuddur. Dünyada elə şeylər var və mövcuddur ki, onları görmədiyimizdən, duymadığımızdan hələlik onların adları yoxdur. Onlar əsl şairlərin şeirlərinə dönür (Rəhman Əlizadə).

***

…Allah göy üzünü bəlkə ümid, güman yeri yaratdı – ola ki, yerdə daralıb sıxılarsan, getməyə daxma, qısılmağa künc, danışmağa kəlmə tapmazsan… – üzünü göy üzünə tutar, ciyər dolusu nəfəs alarsan, toxtayarsan bəlkə…

Uşaqkən yetim qalana, valideynlərindən birini itirənə – atan, yaxud anan göy üzünə çəkildi, göydədir, ordan baxır, səni görür, səni izləyir - deyə məsəl də çəkirlər ki, ürəyi qubar bağlamasın…

…Mən nə məsəl çəkə, nə də qayğıma qala bilirəm, ünsiyyətsizlikdən, yalqızlığımdan, yadırğamışam, çaş-baş qalmışam… Nə düşündüyümü, nə dediyimi bilmirəm…

…Göy üzü kimisən ƏLİZADƏ, – günəşli, tutqun, dalğın, ümid yeri, güman yeri, əsl şairin ilahi şeiri kimisən…

…Yağan yağışda, əsən mehdə, küləkdəsən, külək sənsən ƏLİZADƏ, tər qərənfillər qoxusunda, daşa dönmüş sükut içərisində SİRR kimi dolaşansan… Ovcumda tutduğum ürək döyüntüsündə… Teatr... İş otağı, – səssizlik… Saatın kəfgirinin tıqqıltısında, irəliləyən saniyələrin gətirdiyi şaşqın zamanların sonunda, – “ÖLÜM” adında yerdəsən… Hökmən yetişəcək “GƏLƏCƏK” sənsən… Gələcəkdəsən ƏLİZADƏ…

...”Bərəkət” imişsən, “bərəkətdə” imişsən ƏLİZADƏ…

Kimsələrin çatmadığına çatdığın, görənlərin görmədiyini gördüyün, adları olmayan mövcudları duyduğun üçün QƏRİB oldun bu dünyada… Qəribsədin, kövrəldin… Göy üzünə çəkildin… Göy üzü kimisən, ƏLİZADƏ…

***

Allahdan savayı hər şey, hər şey, ötəri görüntüdür. Hər şey, hətta Misir ehramları da ötəridir. Əbədi var olan, gözə görünməyən, həmişə görünən Allahdır – təəssüf ki, insanlar onu görmürlər (Rəhman Əlizadə).

***

…Hər gecə gözlərimdə pəncərə…

Pəncərədən baxan imiş gözlərim…

Ulduzlar, ay…

Bünövrədən parlar imiş qaranlığın sinəsində…

Bunun fərqində imiş gözlərim…

Ən iri, – yarpaqları gömülmüş çılpaq ağacım...

Boğazı qəhərlənmiş...

Üşümüş...

Budaqlarında yerdəki ağırlığım...

Asılılığım…

Dua eləyərmiş

Gözlərimdəki pəncərənin göz aydınlığı üçün…

Hiss edərmiş ürəyim…

Külək – səssizcə, bəzən də hay-harayla alıb ağuşuna

Ağacımın duasını, –

İsti-isti, fərəhlə dağlara... buludlara...

Sabahlara daşımaqçın əsərmiş…

O da məni sevərmiş…

Nə həssasmış küləyim!

Və... ilıq... fərəhli yaş parlayarmış gözlərimin aynasında…

Kövrək imiş gözlərim…

…Beləcə yuyunarmış

Sabahım da...

Zamanım da...

Yerdəki ağırlığım...

Asılılığım da…

Yaşıl gözlü rəfiqəmin nəfəsində, səsində…

…Bundan sonra… yalnız, – DUA üçün yaşamağa dəyərmiş…

Şükürlü imiş sözlərim…

***

…Nə yaxşı ki, 1947-ci ilin dekabr ayının bu günü doğuldun... Var oldun... Mövcud oldun... Mənim üçün “Göy üzü”... “Gələcək”... “Dua”... sən oldun, ƏLİZADƏ!

Göy üzü kimisən …

# 2106 dəfə oxunub

Oxşar xəbərlər

Kino Agentliyinin seçmədiyi layihənin rejissoru: “Onlar bizdən daha yaxşı bilirlər?”

Kino Agentliyinin seçmədiyi layihənin rejissoru: “Onlar bizdən daha yaxşı bilirlər?”

18:48 17 noyabr 2025
Kino sənətini kim məhv etdi? – Martin Skorsezenin essesi

Kino sənətini kim məhv etdi? – Martin Skorsezenin essesi

16:04 17 noyabr 2025
Məşhur müğənni aktrisalığa başlayır

Məşhur müğənni aktrisalığa başlayır

10:12 14 noyabr 2025
Kinoya pul ayrılması üçün nə edək?

Kinoya pul ayrılması üçün nə edək?

13:30 13 noyabr 2025
Kinoçəkənlərimiz niyə təlaşlanıb?

Kinoçəkənlərimiz niyə təlaşlanıb?

15:24 12 noyabr 2025
"Boş yer"in  təqdimatı keçirildi

"Boş yer"in təqdimatı keçirildi

16:15 11 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər