Nəriman Əbdülrəhmanlının romanı Türkiyədə nəşr olunub

Nəriman Əbdülrəhmanlının romanı Türkiyədə nəşr olunub
15 dekabr 2014
# 15:12

Yazıçı Nəriman Əbdülrəhmanlının “Könül elçisi, yaxud Oruc bəy Bayat – Xuan de Persianın hekayəti” romanı Türkiyədə, İstanbulun nüfuzlu “İz Yayınçılıq” nəşriyyatında çapdan çıxıb.

Müəllifin görkəmli yazıçı Kamal Abdullaya ithaf etdiyi bu tarixi bestselleri Anadolu türkcəsinə Gəthi Gədikli çevirib.

Kitabın naşiri Mehmet Kahraman, redaktoru Hamdi Akyoldur.

Roman Səfəvi hökmdarı I Şah Abbasın 1599-1601-ci illərdə Moskva çarlığına və Avropa ölkələrinə göndərdiyi səfarətin, səfarətin birinci katibi, zəmanəsinin gözəl təhsil almış adamlarından olan döyüşçü, şair, rəssam, Qərbdə Don Xuan de Persia kimi tanınan Oruç bəy Bayatın təlatümlərlə dolu taleyindən bəhs edir.

Həqiqətən birnəfəsə oxunan əsərdə siyasi qaşıdurmalar, xəyanətlər, qətllər, fırıldaqlarla yanaşı gözəl eşq macəraları da var.

Nəriman Əbdülrəhmanlı digər əsərlərinin də “İz yayınçılıq” nəşriyyatında nəşr olunması ilə bağlı müqavilə imzalayıb.

# 3594 dəfə oxunub

Oxşar xəbərlər

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər