writer1

Fuad Cəfərov

Məqalə sayı

50
clock12:52 calendar-gray 11 Dekabr 2014 view-gray210 dəfə oxunub
view-gray210 dəfə oxunub

Nəvə qatili, gəlin qatili, oğul qatili

Dünən televiziyada kurs açılması xəbərinə baxıb yatmışdım. Kursda nənə və babalara nəvələrə necə baxmağı öyrədəcəklər. Səhəri isə Bakıda 40 yaşlı qadının gəlinini və 6 aylıq nəvəsini öldürməsi xəbəri ilə açdım. Qətlin gəlinlə qayınananın mübahisəsi zəminində baş verdiyi məlum olub. Əslində qadın bir nəsli öldürmüşdü. Nənə öz oğlunu da öldürmüşdü.

Bu qadın digər nənələr kimi həmin uşaq anadan olanda Doğum Evinə getmişdi, hətta nəvəsini görmək üçün tibb bacısının cibinə pul da qoymuşdu. Balacanı evə gətirəndə qonşuların xeyir-duasına “Allah köməyiniz olsun” demişdi. Körpənin adından narazı qalmışdı. Uşağın adının Emiliya qoyulmasına görə oğlu ilə mübahisə də etmişdi. Nənə öz anasının adını qoymaq istəmişdi. Amma oğul ad qoymaqda israrlı idi. Anası “neynək, təki sağ salamat olsun” demişdi.

İndi o körpənin atasının üzündəkiifadəni çəkməyə bir rəssam tapa bilərsiniz? Səhər öz telefonundan həyat yoldaşı ilə qızının birgə keyfiyyətli şəklini tapıb, fotostudiyada onu böyütdürməyə gedəndə, neçə siqaret onun acısını azaldacaq?

Həmin adam öz ailəsi ilə birgə anasını da dəfn edəcək. Dəfn mərasimindən sonra istintaqa çağıracaqlar, istintaq bitəndən sonra dostların sualları. Məsələ bir az yaddan çıxandan sonra məhkəmə olacaq. Məhkəmə keçirilən gün bu oğlan işdən necə icazə alıb gedəcək? Müdirinə “anamın məhkəməsinə gedirəm, mənə icazə ver” cümləsini deyə biləcəkmi?

Ata hönkürtü ilə ekspertə “qızımı yarmayın” deyəcək. Amma nə fayda, qanun bunu tələb edir, əziz dost,səbirli ol.

Ananı sən seçməmisən.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“O videoda Səfurə xanımın kürəyi qan içindədir” – Məlahət Abbasova dəhşətli faktlar açıqladı – Geniş müsahibə
09:01 26 İyul 2021
Rəsulzadə haqda kitabın təqdimatı olub
15:28 25 İyul 2021
Üzeyir Hacıbəylini tanımayan Xalq artisti: Onu kim “Toylar kralı” etdi?
12:53 25 İyul 2021
Şukşinin hekayəsi: "Barmaqsız" – Dilimizdə ilk dəfə
10:30 25 İyul 2021
Xalq artisti vəfat edib
18:42 24 İyul 2021
Istanbulda Beynəlxalq Qısametrajlı Film Festivalı keçiriləcək
17:18 24 İyul 2021
Göy üzü ərşə qalxan əzablarla doludu – Salam Sarvandan şeirlər
16:30 24 İyul 2021
Mədəniyyət naziri Reza Deqati ilə görüşüb
15:27 24 İyul 2021
Həmid Piriyevin yeni kitabı çıxdı
14:45 24 İyul 2021
Mədəniyyət Nazirliyi Televiziya kanalları ilə iclas keçirib
13:41 24 İyul 2021
Onu repressiyadan Mirzə İbrahimov xilas etdi – Abdulla Şaiq haqqında maraqlı faktlar
12:30 24 İyul 2021
Azərbaycanlı gənc müğənni qəflətən öldü - Foto
11:32 24 İyul 2021
Dünyanın ən gözəl yarımçığı - Nihat Pir yazır...
10:31 24 İyul 2021
100 dilə tərcümə olundu, bəstəkarı həbs edildi, adına muzey açıldı – “Cücələrim”in qeyri-adi taleyi
09:00 24 İyul 2021
Azyaşlı qızla evlənən, toyda adam vuran, səsini qorumayan “urus balası” - Sabir Mirzəyevdən maraqlı faktlar
21:00 23 İyul 2021
“Cırtdan” tamaşası onlayn göstəriləcək
19:00 23 İyul 2021
Milli Mətbuat Günü viktorinasının qalibi bilindi
18:30 23 İyul 2021
Aktrisa “Sənətkar” medalına layiq görüldü
17:30 23 İyul 2021
Köhnə məhəbbətin qız tanışları...
16:40 23 İyul 2021
Burda ölə bilməyənlər basdırılıb – Orxan Yaşarın şeirləri
16:01 23 İyul 2021