Məşhur gürcü jurnalı Günel Mövluda həsr olundu

Məşhur gürcü jurnalı Günel Mövluda həsr olundu
11 dekabr 2014
# 11:13

Gürcüstanda çap olunan “Axali Saundje” (Yeni Xəzinə) dərgisinin noyabr sayı xarici qonaq yazar olaraq Günel Mövluda, yerili yazar olaraqsa Lola Smnishviliyə həsr olunub.

Dərginin redaktoru Shota İotashvili deyir ki, son zamanlar Gürcüstanda Azərbaycan ədəbiyyatına böyük maraq var, mütəmadi olaraq Azərbaycan ədəbiyyatı gürcü dilinə çevrilir.

İotashvili bildirir ki, təqribən bir il əvvəl gürcücə buraxılan “Azərbaycan ədəbiyyatı antologiyası”nın da redaktoru olub və gürcülər Səlim Babullaoğlunu, Məqsəd Nuru, Seymur Baycanı, Günel Mövludu tanıyırlar.

Dərgidə Günel Mövludun tərcüməçi Aida Tağıyeva tərəfindən gürcü dilinə çevrilmiş şeirləri, dərgiyə müsahibəsi, Seymur Baycan, Əli Əkbər, Emin Millinin Günel Mövlud haqda yazdığı məqalələr gürcü dilinə çevrilərək verilib. /oxu zalı/

# 3334 dəfə oxunub

Oxşar xəbərlər

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər