Qənirə Paşayeva: “Rol oynamaq istəmirəm”

Qənirə Paşayeva: “Rol oynamaq istəmirəm”
11 dekabr 2014
# 09:30

Bu sualları yazıçı Marsel Prust hazırlayıb. O, bu sualları cavabları ilə bir yerdə dəftərə yazaraq dostuna doğum günü hədiyyəsi kimi vermişdi. O zaman Marselin cəmi 13 yaşı vardı. Sonra bu suallara Prust 20 yaşında ikən bir daha cavab yazdı. 7 ildə cavablar çox az dəyişmişdi. Lakin suallar Prustun ölümündən sonra tapıldı və çap edildi. Sualların indiki şəklə salınmasına Bernard Pivot ve Ceyms Lipton yardım edib.


Kulis. az Prustun suallarını millət vəkili Qənirə Paşayevaya ünvanlayıb.

1. Ən sevdiyiniz söz...

- Sevgi.

2. Nifrət etdiyiniz söz...

- Nifrət.

3. Sizi nə həyəcanlandıra bilər?

- Bir uşağın gözündəki bir damcı göz yaşı.


4. Həyəcanınızı nə öldürə bilər ?

- Əgər o həyəcan hər hansı bir problemdən yaranıbsa, o problemin həllini tapmaq.

5. Hansı səsi çox sevirsiniz?

- Azan səsini.

6. Hansı səsə nifrət edirsiniz?

- İçərisində bir insanı aşağılayan, ağrıdan qışqırıq səsinə.

7. Hansı peşə (sənət) ilə məşğul olmaq istərdiniz?

- Mən həyatımda nə ilə məşğul olmaq istəyirəmsə, elə o işlə məşğulam. Zamanım və istedadım olsaydı rəsmlər çəkmək istəyərdim.

8. Hansı fitri istedada sahib olmaq istərdiniz?

- Allah mənə nə veribsə onunla qane olan insanam. Rəsmlə duyğularımı daha yaxşı ifadə etmək istərdim.

9. Özünüz olmasaydınız, kim olmaq istərdiniz?


- Özüm olmaq istərdim. Başqasının rolunu oynamaq istəmirəm.


10. Harada yaşamaq istəyərdiniz?

- Elə burda.

11. Ən böyük çatışmazlığınız nədir?

- Səbirsizlik.

12. Sizin ən çox bəyəndiyiniz pis cəhətiniz hansıdır?

- İnsanları bağışlamaq.

13. Qəhrəmanınız kimdir?


- Kimisə ideallaşdırmıram. Örnək aldığım insanlar var.

14. Çox istifadə etdiyiniz söyüş hansıdır?

- Söyüşdən istifadə etmirəm.

15. Hal-hazırkı əhvalınız (ovqatınız) necədir?

- Çox normal.

16. Həyat fəlsəfənizi hansı şüar ifadə edir?

- İki şey. Bu dünyadan köçəndə yaxşı bir insan köçdü desinlər və sabah düşüncəsində deyil , bu gün düşüncəsində yaşamaq. İnsanlar üçün necə faydalı ola bilərəm.

17. Xoşbəxtlik yuxunuz (xəyalınız) hansıdır?

- İnsanların gözündəki sevinc mənim xoşbəxtliyimdir.

18. Sizcə bədbəxtliyin tərifi nədir?

- İnsanın içərisi sevgi ilə yox, daha çox kinlə dolur. Hər zaman özünün başqalarından daha yuxarıda görür.

19. Necə ölmək istəyərdiniz?

- Qəfil.

20. Ölərkən cənnətə getsəniz, Allahın qapıda sizə nə deməsini istərdiniz?

- Yəqin ki, bu suala Həzrəti Şəmsin cavabını versəm olar. Bir gün Həzrəti Şəms görür ki, bir fanatik din adamı insanları qorxudaraq onlara dini aşılayır. Həzrəti Şəms o adama deyir, qardaşım, Allah sadəcə, bir şeyi soruşacaq: qulum, mən sənin bütün ömrün boyu hər dəqiqəndə yanında idim.

İnanıram ki, Allahım məndən də bunu soruşacaq və deyəcək: mən hər vaxt sənin yanında olmuşam, bütün uğurlarını, xoşbəxtliyini mən sənə verdim, xətalar elədin, bağışladım. Bəs onda sən kimin yanında idin? Həyatımı elə yaşamaq istəyirəm ki, Allahıma “mən sənin yanında idim” deyə bilim.

# 1929 dəfə oxunub

Oxşar xəbərlər

Rus rəssamlığının "Böyük Karl"ı - O, niyə İtaliyaya mühacirət etmişdi?

Rus rəssamlığının "Böyük Karl"ı - O, niyə İtaliyaya mühacirət etmişdi?

15:30 11 iyun 2026
Ömrü sürgündə keçən, Sibirdə quş yumurtası yeyib sağ qalan "xalq düşməni" - Ruhulla Axundov onun həyatını necə məhv etdi?

Ömrü sürgündə keçən, Sibirdə quş yumurtası yeyib sağ qalan "xalq düşməni" - Ruhulla Axundov onun həyatını necə məhv etdi?

12:00 9 iyun 2026
"Bir quşun rəsmini çəkmək üçün..." - Jak Preverin məşhur şeiri haqqında bilinməyənlər

"Bir quşun rəsmini çəkmək üçün..." - Jak Preverin məşhur şeiri haqqında bilinməyənlər

15:20 8 iyun 2026
Mən öz həbsxanamı çəhrayıya boyadım... - Əsəd Qaraqaplanın yeni şeirləri

Mən öz həbsxanamı çəhrayıya boyadım... - Əsəd Qaraqaplanın yeni şeirləri

14:00 7 iyun 2026
"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

10:00 7 iyun 2026
Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

12:00 6 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər