Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qalibləri təltif edildi

Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qalibləri təltif edildi
9 dekabr 2014
# 17:46

Dekabrın 8-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Avrasiya Yazarlar Birliyinin, TÜRKSOY-un, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə reallaşan III Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbiri açan Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu müsabiqənin əhəmiyyətindən danışıb.

Tədbirin Bakıda keçirilməsindən qurur hissi duyduğunu söyləyən Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bütün qalibləri təbrik edib və nazirliyin həmişə belə layihələri dəstəkləməyə hazır olduğunu bildirib. Nazir müavini bildirib ki, bu müsabiqə türk dünyasının birliyinə xidmət edir və burada qardaş ölkələrin mədəniyyəti, ədəbiyyatı, folklor nümunələri, sevinc və kədəri, qarşılaşdıqları problemlər bir daha geniş auditoriyaya çatdırılır.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib ki, təmsil etdiyi qurum hər zaman söz adamlarının, böyük fikir və düşüncə sahiblərinin yubileylərini keçirməyə mühüm əhəmiyyət verir.

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun vurğulayıb ki, bu müsabiqə bizi min illər bundan əvvəl yaşayıb-yaratmış Mahmud Kaşğarlının söylədiyi kimi, mədəni və ədəbi irsə sahib çıxmağa səsləyir.

Mərasimdə Türkiyənin Əskişəhər valisi Güngör Azim Tuna, qardaş ölkənin mədəniyyət və turizm nazirinin yardımçısı Nihat Gül, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar müsabiqənin əhəmiyyətindən danışıb və qalibləri təbrik edib.

Mərasim çərçivəsində Şimali Kiprdən olan yazıçı İsmayıl Bozkurta “Türk dünyasında ilin ədəbiyyat adamı-2014” mükafatı verilib. Mükafatı yazıçıya TÜRKSOY-un baş katibi Düsen Kaseinov təqdim edib.

Sonra müsabiqənin ölkə turunda qalib olmuş azərbaycanlı yazarlar mükafatlandırılıb. Mükafatlar Azərbaycan üzrə birinci yerin qalibi Alpay Azərə Əskişəhər valisi Güngör Azim Tuna, ikinci yerin sahibi Natiq Məmmədliyə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Nihat Gül, III yerə layiq görülən Vəfa Mürsəlqızına isə qardaş ölkənin respublikamızdakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan tərəfindən təqdim olunub.

Müsabiqədə qazaxıstanlı Oraz Nurğali birinci, Rusiya Federasiyasının Tatarıstan Respublikasından Aygül Əhmədğaliyeva ikinci və azərbaycanlı Alpay Azər üçüncü yerləri tutublar. Mükafatları müvafiq olaraq Oraz Nurğaliya Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Aygül Əhmədğaliyevaya TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Alpay Azərə isə Türkiyənin ölkəmizdəki səfiri Alpər Coşkun, müsabiqənin həvəsləndirici mükafatını çuvaş yazıçısı İlya İvanova xalq yazıçısı Anar, yarışmanın xüsusi mükafatını isə Azərbaycandan Türkiyə münsiflər heyətinə yazı göndərən Peykər İbrahimovaya keçən il müsabiqənin birincisi olmuş yazıçı Əjdər Ol təqdim edib.

Sonra müsabiqənin təşkilində xüsusi əməyi olan Azərbaycan Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev, TÜRKSOY-un baş katibi Düsein Kaseinov, Əskişəhər valisi Güngör Əzim Tuna, Yazıçılar Birliyinin sədri Anar, Türkiyənin Azərbaycandakı mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, müsabiqənin Azərbaycan üzrə təşkilatçısı, AYB-nin katibi Rəşad Məcid, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli, Mahnı Teatrının müdiri Kazım Qasımov, Azərbaycan qədim sazlar toplusunun rəhbəri Münis Şərifov, klassik türk musiqisi üzrə sənətçi Çağatay Azkur müsabiqənin təşəkkür diplomları ilə təltif edilib.

Mərasim Azərbaycan və türk sənətçilərini ifasında kosert proqramı ilə yekunlaşıb. /525.az/

III Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qalibləri təltif edilib - <b style="color:red">Fotoreportaj</b>

# 1826 dəfə oxunub

Oxşar xəbərlər

"Mən insanları aldadan  saxtakaram..." – Nobel mükafatçısının hansı məşhur əsərinin əlyazmasını it yemişdi?

"Mən insanları aldadan saxtakaram..." – Nobel mükafatçısının hansı məşhur əsərinin əlyazmasını it yemişdi?

15:00 27 fevral 2026
"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

15:00 26 fevral 2026
Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

12:00 26 fevral 2026
Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

10:00 26 fevral 2026
Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

17:00 25 fevral 2026
"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

12:00 25 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər