news-inner
clock09:15 calendar-gray 21 Noyabr 2014 view-gray4546 dəfə oxunub
view-gray4546 dəfə oxunub

Seksual yox, gözəl olan qadınlar haqda...

Gözəllik... Çox gözəl sözdür, amma hazırda “seksual” sözü qədər çox işlənmir. Əslində “gözəl” sözü seksual olmayan qadınlara demək üçün istifadə edilir. Qadınları təsvir etmək üçün yüzlərlə söz istifadə etmək olar, amma “gözəl” qədər təsirlisi ola bilməz. Gözəl qadın bəlkə də ilk görüşdə sizin diqqətinizi cəlb edən qadın deyil, çünki onun əsl gözəlliyi zamanla ortaya çıxır və sizi ciddi mənada məst edir. Belə qadınlar həqiqətən çox dəyərlidir və onlarla birlikdəsinizsə, özünüzü şanslı hiss etməlisiniz.

Kulis.az qadını “seksual” olmaqdan savayı, həm də gözəl edən 10 təməl xüsusiyyəti təqdim edir.

1. Həyat eşqi, xarici görünüşdən daha çox diqqət cəlb edir

Yaşamaq eşqi ilə alışıb yanan, özünəməxsus həyat həvəsi olan qadından daha gözəli yoxdur. Yaşamaqdan ləzzət alan, həyatı iliklərinə qədər hiss edən qadınlar çox dəyərli və maraqlıdır. Bu tip qadınlarla yatağa girməkdən çox, onlarla söhbət etmək və onları tanımaq istəyir kişilər. Həyat eşqi yolxucudur, belə qadınlarla münasibət sizi də həyata daha sıx bağlanmağa və mübarizə aparmağa həvəsləndirir.

2. Reallığı sizdən gizlətmir

Hər bir qadının bəzənmək haqqı var, bunun pis bir şey olduğunu heç kim deyə bilməz. Fəqət gözəl bir qadın, öz təbii üzünü makiyajın arxasında gizlətməyə ehtiyac duymur. Əgər qarşınızdakı qadın xarakterə sahibdirsə, özünü başqalarına bəyəndirməkdən daha çox, özünü özünə bəyəndirmək və özünə xoş görünmək üçün kosmetikadan istifadə edir. Bu qadınlar bilir ki, sizə gözəl görünmək kimi bir borcu yoxdur, ürəkləri necə istəyərsə, elə də edərlər.

3. Gözəl qadın diqqət cəlb etmək üçün əlavə güc sərf etmir

Gözəl qadın ətrafdakı insanların diqqətini cəlb etmək üçün dəridən-qabıqdan çıxmağa ehtiyac görmür, çünki təbii olaraq zatən diqqət çəkir. Belələrinin özünəinam hissi yüksəkdir və gözəllikləri də elə bundadır. Özünəməxsus sirli havaları var. Danışmaqları, jest və mimikaları da spesifikdir.

4. Necə danışmaq lazım olduğunu yaxşı bilir

Harda, nə cür və nə qədər danışmaq lazım olduğunu bilməyən qadından pisi yoxdur. Fikrini gözəl ifadə etməyi bilən və sözləri ilə diqqəti cəlb edən qadınlar intellektin seksual olduğunun sübutudur. Bəli, intellektual qadın gözəldir və onlarla vaxt keçirmək xoşdur.

5. Kişiyə ehtiyacı olduğunu düşünmür

Kişiyə ehtiyacı olmayan qadın özünə güvənən qadındır və özünəinam gözəlliyin əsas şərtlərindən biridir.

6. Ürəyini sizə açsa da, sirli qalmağı bacarır

Sirli qadın deyəndə, axan sular dayanar. Digər insanlarla olan münasibətlərini özündə saxlayan və yersiz şəkildə bu haqda danışmayan qadın, ətrafdakı insanlar üçün sirli qalır. Bu da onu gözəlləşdirir. Belə qadınla birlikdə olsanız, onun sürprizlərlə dolu olduğunu və hər gün onu daha da çox sevdiyinizi görəcəksiniz.

7. Gözəl qadın eqoist deyil və sizə qayğı göstərir

Bir qadının eqoist olmamağından daha gözəl bir şey varmı? Gözəllik, ətrafındakı digər insanlara da, digər canlılara da əhəmiyyət verən qadınlarda mövcud ola biləcək xüsusiyyətdir.

8. Yeniliyə açıqdır

Gözəl qadın özünü məhdudlaşdırmaz. Yeni fikirlərə, yeni məkanlara və yeni insanlara açıq olar. Kompleksə girib yeniliklərdən çəkinməz.

9. Təmiz ürəyi var

Hər kəsin qabağına mütləq daxilən pis olan qadınlar çıxıb. Amma əsl gözəl qadının ürəyi təmiz olur. Həqiqətən gözəl olan qadın qəşəng düzəldilmiş saçlarından və ya geydiyi qəşəng paltarlarından savayı təmizliyi ilə fərqlənən ruhuyla gözə çarpır.

10. Gözəl qadında ifadəsi mümkün olmayan nəsə var

Gözəl qadında izahı mümkün olmayan bir şey var. Əgər kimsə səndən soruşsa ki, onu niyə bu qədər gözəl hesab edirsən? Bu suala cavab verə bilməzsən. Başqa heç kim görmədiyiniz, yalnız ona xas olan və sizi məst edən o “şey” əslində bu qadını gözəlləşdirən şeydir. O sirli şeyin nə olduğunu heç vaxt bilməyəcəksiniz.

elitedaily.com

Oxşar xəbərlər

Xəbər lenti

Rəngkarlıq Muzeyində gənclər üçün ustad dərsləri davam edir
15:01 23 İyun 2021
Azyaşlı qızla evləndi, arvadı onu yatdığı yerdə tərk elədi, eyvandan yıxılıb öldü – “Arşın mal alan”ın talesiz Soltan bəyi
14:20 23 İyun 2021
Azərbaycan Beynəlxalq Film Festivalında təmsil olunub
13:41 23 İyun 2021
Nazirlik Qarabağdan film çəkmək istəyirsə... – Sevda Sultanova yazır
12:59 23 İyun 2021
"Fəlakət" boşandı
12:49 23 İyun 2021
Fərid Hüseynin kitabı Moldovada çap olunub
12:25 23 İyun 2021
Xanım şairimizin ən gözəl sevgi şeiri – Mətn
11:50 23 İyun 2021
Yaşı keçmiş subay kişilərin qorxuları - Günel Natiq yazır...
11:12 23 İyun 2021
Millət vəkilindən ilginc açıqlama: “Hüseyn Cavidi oxuya bilmədim”
10:38 23 İyun 2021
“Yaxından” adlı sərgi açılıb
10:04 23 İyun 2021
Qənirə Paşayeva: “Vaqif Səmədoğluna dedim, bir də məni belə məclislərə çağırmayın” – Müsahibə
09:01 23 İyun 2021
"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar
21:00 22 İyun 2021
Bakı Musiqi Akademiyasının 100 illiyi qeyd edilib
19:30 22 İyun 2021
Şuşa ilə bağlı yeni qurum yaradıldı
18:47 22 İyun 2021
Dinlə, gör nə deyir bu dəli-dəli...
18:02 22 İyun 2021
Aqşin Yenisey: "Ədəbiyyatımız reanimasiya xəstəsidir" - Müsahibə
17:15 22 İyun 2021
Evində ölü tapılan Çingiz: bu gün dünyasını dəyişən rejissor kimdir?
16:26 22 İyun 2021
Türkiyə növbəti il "Avroviziya"da iştirak edəcəkmi?
15:44 22 İyun 2021
Xətai Akvarel Qalereyasından maraqlı tədbir
15:01 22 İyun 2021
Pandemiya harınlamışlara dərs oldu – Müğənnilər toy sevincini bölüşür
14:10 22 İyun 2021