Aparıcı Mətanət: “Məndə həyəcan heç vaxt ölmür”

Aparıcı Mətanət: “Məndə həyəcan heç vaxt ölmür”
20 noyabr 2014
# 09:30

Bu sualları yazıçı Marsel Prust hazırlayıb. O, bu sualları cavabları ilə bir yerdə dəftərə yazaraq, dostuna doğum günü hədiyyəsi kimi vermişdi. O zaman Marselin cəmi 13 yaşı vardı. Bu suallara Prust 20 yaşında olanda bir daha cavab yazdı. 7 ildə cavablar çox az dəyişmişdi.

Suallar Prustun ölümündən sonra tapıldı və çap edildi. Sualların indiki şəklə salınmasına Bernard Pivot ve Ceyms Lipton yardım edib.

Kulis. az Prustun suallarını hər zaman özünəməxsusluğu ilə seçilən tanınmış aparıcı Mətanət Əliverdiyevaya ünvanlayıb.

1. Ən sevdiyiniz söz?

- Özünüzü qoruyun.

2. Nifrət etdiyiniz söz hansıdır?

- Heç vaxt.

3. Sizi nə həyəcanlandıra bilər?

- Məni çox şey həyəcanlandıra bilər ( gülür).

4. Həyəcanınızı nə öldürə bilər ?

- Məndə həyəcan heç vaxt ölmür.

5. Hansı səsi çox sevirsiniz?

- Körpə səsini.

6. Hansı səsə nifrət edirsiniz?

- Ağızdan boş-boş sözlərlə səslənən səslərə.

7. Hansı peşə (sənət) ilə məşğul olmaq istərdiniz?

- Həkim-ginekoloq.

8. Hansı fitri istedada sahib olmaq istərdiniz?

- Sürətli riyazi hesablamaları aparmaq bacarığına.

9. Özünüz olmasaydınız, kim olmaq istərdiniz?

- Qar qız, “kakraz” sezon başlayır.

10. Harda yaşamaq istəyərdiniz?

- Azərbaycanda.

11. Ən başlıca çatışmazlığınız nədir?

- Səbirsizlik, tez özündən çıxma.

12. Sizin ən çox bəyəndiyiniz pis cəhətiniz hansıdır?

- Pis pisdi də, nəyini bəyənəcəm

13. Qəhrəmanınız kimdir?

- Heç kim.

14. Çox istifadə etdiyiniz söyüş hansıdır?

- Başlasam, siyahı bitməz.

15. Hal-hazırkı əhvalınız (ovqatınız) necədir?

- Əla. Əla. Əla.

16. Həyat fəlsəfənizi hansı şüar ifadə edir?

- Mübariz olmaq.

17. Xoşbəxtlik yuxunuz (xəyalınız) hansıdır?

- Mən yuxu görmürəm.

18. Sizcə bədbəxtliyin tərifi nədir?

- Belə bədbin sualları sevmirəm.

19. Necə ölmək istəyərdiniz?

- Ölsün məni istəməyənlər.

20. Ölərkən cənnətə getsəniz, Allahın qapıda sizə nə deməsini istərdiniz?

- Günahlarımı bağışla...

# 3248 dəfə oxunub

Oxşar xəbərlər

Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

15:00 26 oktyabr 2026
"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

13:00 25 oktyabr 2026
Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

10:00 25 oktyabr 2026
Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

15:00 24 oktyabr 2026
“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

12:00 24 oktyabr 2026
Niyə 30 yaşında yoruluruq? - Krit kahinindən Qrenlandiya köpəkbalığına qədər hamının bildiyi sirr

Niyə 30 yaşında yoruluruq? - Krit kahinindən Qrenlandiya köpəkbalığına qədər hamının bildiyi sirr

15:00 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər