"Filmlərin yubileyinə 5-6 min pul xərclənir"

"Filmlərin yubileyinə 5-6 min pul xərclənir"
18 noyabr 2014
# 13:53

“Sehrli xalat” filminə keçirilən yubileylə bağlı Kulis.az-ın suallarını Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor rəhbəri Yusif Şeyxov cavablandırır.

- Yusif müəllim, filmlərə yubileylərin keçirilməsi nə dərəcədə zəruridir?

- Burada pis nə var axı? Yubiley keçirmək filmi xatırlamaq deməkdir, ona marağı yönəltmək, orda çəkilən aktyorları, filmi çəkən rejissoru anmaq, onların yaradıcılığını gözdən keçirmək deməkdi. Həm də bu, yalnız Azərbaycan praktikası deyil, dünyada da belə təcrübə var.

- Hansı filmlərə yubileylər keçirilir və bunun üçün prioritetlər nələrdir?

- Mən sizə hansı filmlərin yubileylərində iştirak etdiyimi desəm, sizə bu prioritetlər aydın olacaq; mən sadalayım, siz də baxın ki hansı kriteriyalar var: “Sehrli xalat”, “Əhməd haradadır?”, 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filminin 70 illik yubileyində və 1986-ci ildə “O olmasın, bu olsun” filminin yubileyində iştirak etmişəm. Yadımda qalanları dedim. Yəni, belə kino tarixi və mədəniyyətimiz üçün əhəmiyyət daşıyan filmlərə yubileylər keçirilib.

- Bəs bu yubileylər hansı büdcədən qaynaqlanır və neçəyə başa gəlir? Məsələn, “Sehrli xalat” filminə yubiley keçirilməsi üçün nə qədər vəsait xərclənib?

- Yubileylər üçün pul kino tədbirləri keçirilməsi üçün nəzərdə tutulan büdcədən xərclənir. Rəqəmi dəqiq deyə bilmərəm, amma nəyə xərcləndiyini deyə bilərəm: “Sehrli xalat”da əsas məbləğ filmdə baş qəhrəmanı oynayan Azər Qurbanovun ABŞ-dan Bakıya gəlib-getmək xərcləri idi ki, o da gəlmədiyi üçün o pul xərclənmədi, qalan məbləğ də Nizami Kinoteatrının bir seanslıq icarə haqqının ödənilməsinə və bir neçə roliklərin çəkilməsinə nəzərdə tutulmuşdu. Yəni, bir yubileyə formatdan asılı olaraq 700-800 manatdan tutmuş 5-6 min manatadək məbləğ xərclənə bilər. Eləcə də Film Fondundakı tədbirlər də. Film Fondu büdcə təşkilatıdır və onlara tədbirlərin keçirilməsi üçün büdcə nəzərdə tutulub.

- Bundan sonra hansı filmlərə yubiley keçiriləcək?

- Gələn il bizim kult filmlərimizdən olan “Arşın mal alan”ın 70 iliyi keçiriləcək. Ondan bir il sonra “O olmasın bu olsun” filminin yubileyi keçiriləcək. Mən çox istərdim ki, bu iki filmin yubileyi keçirilsin. Amma bu qərarı mən tək qəbul etmirəm. Bilirsiniz, burada məsələ yalnız kinoda, mədəniyyətdə deyil. Bu iki film bizim üçün, bizim millət üçün daha böyük anlam daşıyır. Mən elə bilirəm ki, bu filmlərin yubileyləri keçirməyə dəyər.

# 3947 dəfə oxunub

Oxşar xəbərlər

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

14:00 19 oktyabr 2026
Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

12:00 18 oktyabr 2026
"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

13:00 15 oktyabr 2026
Qalstuk müəllimin susmağı - Alov İnannadan böyüklər üçün nağıl

Qalstuk müəllimin susmağı - Alov İnannadan böyüklər üçün nağıl

12:00 15 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər