Aqşin Yeniseyə

Aqşin Yeniseyə
6 noyabr 2014
# 09:20

Bir göy qübbəsi rəsm et mənə, şair
Səması masmavi olan
Buludlarında şəffaf meyvəli ağacları, bənövşəyi quşları olan göy qübbəsi
Orada bir də hasarsız bağçam olsun mənim.
Öz əlimlə yağmurun başladığı yerdən, yağmur topladığım və yağmurla suladığım çiçəkli bağçam.
Çiçəyindəki ətri vücudumdakı hər zərrəmi məst eyləyən o qoxu...
Hər ləçəyində ayrı bir rəng, ayrı bir ahəng
Məftun ona ulduz, məftun ona Turab
Gecələri dağları seyr edəlim
Dalğaları qayaya çarpan dənizlərə baxıb kövrələlim quşlarla bərabər
Sonra bir tufan gəlsin
Səma gülsün, biz güləlim
Dənizin qoxusunu torpağın ətrini gətirən tufanla əylənəlim
Günəş süfrə qursun bizə
İçkilər də Aydan
Bu gün tufan dinləyəlim...

***

Nə gözəl hissdir ağlamaq heç tanımadığın insanlara,
Dalmaq fikrinin ənginliklərində

Tanımaq libasının altındakı sərsəm, küncə qısılmış, sənə ən vəfalı dost olan, sənin heç tanımadığın boğulan oğlanı

Metro çıxışındakı yuxusuz, tər qoxan dilənçi oğlana salam vermək
Gül uzatmaq balasını diləndirən qadına, nə gözəl hissdir, oğlan

Nə gözəl hissdir daşa baxıb kövrəlmək, rüzgarla rəqs edə bilmək
Yağmura toxunarkən islanmaq

Gecə yarısı bir yalqızla göz-gözə gəlib bir şey danışmadan sakitcə, səbəbsiz gülümsəmək

Birdə sevmək var, oğlan, sevmək
Hamının toxunduğunu, daddığını sevmək
Hər dodaqdan öz kamını almışları sevmək
Sevgidən xəbərsizləri sevmək
Sırf sevginin varlığına inandırmaq üçün

Sevmək nə gözəl hissdir oğlan, sevmək nə gözəldir...

Üzə bilmədiyin halda, bir qış günü dalğalı dənizə dala bilmək,
boğulmaq orda...

Bütün suların sənin qəbrin olmasını gözə alaraq
Buxarlanmaq səmaya, yağmur olub tanımadığın şəhərə yağmaq
Xarabalıqdakı bir çiçəyin ləçəyindəki damcı olmaq necə gözəl hissdir, oğlan...

***

Ağlayan insan rəsmi gördünüzmü heç?
Bir oğlan boş bir divarın qarşısında
Divara baxıb ağlayan oğlan
Nə miskin bir mənzərə

Su verin ona
Susadığından deyil
Suyu qurtarmış ağlamağa

# 1960 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #