III Beynəlxalq Teatr Konfransı başlayır

III Beynəlxalq Teatr Konfransı başlayır
4 noyabr 2014
# 16:08

Dövlət Musiqili Teatrında “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusunda III Beynəlxalq Teatr Konfransına həsr olunan mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, mətbuat konfransında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, Hindistandan Beynəlxalq Uşaq Teatrları Festivalının rəhbəri Ayşa Rau, ABŞ-dan teatr rəssamı İosif Usupov və başqaları iştirak ediblər.

Ə. Vəliyev bildirib ki, ənənə halını alan beynəlxalq tədbir bu il həm qonaqların sayı, həm də müzakirə olunacaq mövzuların əhatə dairəsinə görə fərqlənəcək: “Konfransda 50-dən çox ölkədən 110-a yaxın məşhur teatr, incəsənət xadiminin iştirakı gözlənilir. Beynəlxalq konfrans çərçivəsində tanınmış teatr xadimlərinin iştirakı ilə treninqlər də təşkil olunacaq”.

Beynəlxalq Uşaq Teatrları Festivalının rəhbəri Ayşa Rau qeyd edib ki, tədbirdə iştirak etməkdə məqsədi Azərbaycan teatrı ilə yaxından tanış olmaqdır: “Mənim üçün Azərbaycana gəlmək, belə nüfuzlu tədbirdə iştirak etmək xoşdur. Biz ikitərəfli görüşlər keçirəcəyik və istərdim Azərbaycan teatrları Beynəlxalq Uşaq Teatrları Festivalında iştirak etsinlər”.

Qeyd edək ki, festivalda Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ), Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA), Beynəlxalq Teatr İnstitutu (İTİ), Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatı (OİSTAT), Beynəlxalq Teatr Tədqiqatları Federasiyası (İFTR) kimi təşkilatların baş katibləri və prezidentlərinin, eləcə də plenar iclaslarda müəyyən edilən mövzular üzrə teatr mütəxəssislərin məruzələri dinləniləcək.

# 2837 dəfə oxunub

Oxşar xəbərlər

Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

15:00 26 oktyabr 2026
"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

13:00 25 oktyabr 2026
Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

15:00 24 oktyabr 2026
Son çörək və son şərab - Məşhur rəssamın əsərindəki sirr

Son çörək və son şərab - Məşhur rəssamın əsərindəki sirr

18:40 21 oktyabr 2026
Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?

Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?

16:00 21 oktyabr 2026
"Sən ey xəyanətə, zülmə bir yuva..."  - Əmin Abid Gültəkin rəsmi Moskvanı niyə hədələmişdi?

"Sən ey xəyanətə, zülmə bir yuva..." - Əmin Abid Gültəkin rəsmi Moskvanı niyə hədələmişdi?

12:00 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər