news-inner
clock13:12 calendar-gray 29 Oktyabr 2014 view-gray953 dəfə oxunub
view-gray953 dəfə oxunub

Umberto Eko: “Babil söhbəti”

Kulis.az Nəriman Əbdülrəhmanlının tərcüməsində “Babil söhbəti” hekayəsini təqdim edir.

Dəclə və Fərat arasında, asma bağların kölgəsində, min ildən bir az artıq!

Uruk:

Bu mixi yazım xoşuna gəlirmi? Mənim bu kölə-çap sistemim saat onda bütün Hammurapi kodeksini bitirdi.

Nimvrod:

- Səninki hansındadı ki? Cənnət Vadisindən Apple Nominatordu?

Uruk:

- Sən dəli olmusan? Onları daha, hətta, Tirdəki kölə bazarında tapa bilməzsən. Yox, mənimki Misir kölə-mirzəsi. - Toth 3 Magis-Dos.

- Çox az, gündə bir ovuc duyu sərf eləyir, həm də heroqliflə yaza bilir.

Nimvrod:

- Amma yaddaşında heç nə qalmır ki.

Uruk:

- Əvəzində surətini çıxaran zaman da ölçüyə salır. Daha sonra başqasının üzərində yazması üçün gili götürən, cədvəl düzəldən, onu günün qabağında qurudub ölçüyə salan kölə lazım deyil. O, düzəldir, odda qurudur, dərhal da yazır.

Nimvrod: Amma o, 5,25 Misir dirsəyi uzunluğunda, düz altmış kiloqram çəkisi olan cədvəllərdən istifadə edir. Sən niyə özün üçün yığcam cədvəl tapmırsan?

Uruk:

- Maye büllurun üzərində bir xaldey naxışımı? Volxvlar üçün qəlibdi.

Nimvrod:

Yox, əşşi, əlli yazan kölə-mirzəb, sidonlu Afrika cırtdanı. Bilirsən finikiyalılar necə eləyirlər – hər şeyi misirlilərdən götürürlər, amma sonra kiçildirlər. Bax, dostum Lepton elə sənin dizlərinin üstündə oturub yazır.

Uruk:

- O, donqardı, iyrəncliyə bax.

Nimvrod:

Sənə yalvarıram! Onun kürəyinə tez yazmaq üçün bir şey quraşdırıblar. Qırmancı bircə dəfə şaqqıldadırsan – o da sənə lap Alfa-Beta yazır, görürsən qrafik rejim üçün mətni rejimdən istifadə eləyir, iyirmi bir işarə kifayətdi. Hammurapinin bütün kodeksini sənin üçün bir neçə 3,5 cədvəlində yerləşdirər.

Uruk:

Amma sonra şifrəaçan kölə də almaq lazım gəlir.

Nimvrod:

- Elə şey yoxdu. Bu cırdana şifrəaçan da quraşdırılıb. Qırmançı bir dəfə də şaqqıldadırsan – o, hamısını yazıya köçürür.

Uruk:

- O qrafiklər də cızır?

Nimvrod:

- Nədi, onun müxtəlif rəngi olduğunu görmürsən?

Necə fikirləşirsən, məndən ötrü Qüllənin bütün planlarını kim çəkdi?

Uruk:

- Bəs sən ona inanırsan? Birdən hər şey uçdu?

Nimvrod:

- Heç nə olmaz. Mən onu Pifaqorun və Memphis Lotusun yaddaşına yükləmişəm. Ona planı verib qamçını şaqqıldadırsan – sənin üçün üçölçülü zikkurat çəkir. Misirlilərdə ehramların tikintisi zamanı on minlərlə kölə-mirzələrlə linkləşdirilmiş on komandalı «Moicey» sistemi vardı. Onların interfeysləri çox dostcasınaydılar. Bütün köhnəlmiş dəmirləri Qırmızı dənizə atdılar, hətta, su qabardı.

Uruk:

- Bəs saymaq üçün?

Nimvrod:

- O, bürcü də bilir. Bir anda sənə ulduz falını göstərir və what you see is what you get.

Uruk:

- Bahadı?

Nimvrod:

- Hə, əgər burda almaq istəsən, bütün məhsulun bəs eləməz, bir kisə toxumluq buğdaya alarsan. Əlbəttə, onu yaxşıca yedirmək lazımdı, çünki özün bilirsən, garbage in – garbage out.

Uruk:

- Yaxşı, mənə bir misirli tamamilə bəs eləyir. Amma əgər sənin cırtdanın mənim 3 Megis Dosumla dil tapsa, ona bürcləri öyrətməsinə kömək eləyə bilərsənmi?

Nimvrod:

- Bu, qeyri-qanunidi: alanda zəmanət verməlisən ki, onu yalnız fərdi istifadə üçün alırsan… Hə, yaxşı, onsuz da hamı belə eləyir, gəl onları bir-birinə qoşaq. Ancaq istəmirəm ki, səninkində virus olsun.

Uruk:

- O, öküz kimi sağlamdı. Məni daha çox başqa bir şey qorxudur: hər gün yeni şivələr peyda olur, axırda proqramlar qarışacaq.

Oxşar xəbərlər

Xəbər lenti

Üzülməyin, Hüseynbala müəllim!
13:37 22 Aprel 2021
“Oskar” mərasimində qonaqlar maskasız olacaq
12:57 22 Aprel 2021
Bığına görə töhmət aldı, həbsdən qorxub Gəncədən qaçdı, arvadından sonra evlənmədi – Xalq artistindən maraqlı faktlar
12:30 22 Aprel 2021
Qismətdən yeni kitab sürprizi - Yaxında
11:45 22 Aprel 2021
Hüseynbala Mirələmovla kiçik bir xatirəm və məlum video söhbəti
11:03 22 Aprel 2021
Müharibəyə sevinən qadın
10:30 22 Aprel 2021
Niyə bu gün Azərbaycanda Üzeyir Hacıbəyovlar doğulmur? – Aqşin Yenisey yazır...
09:00 22 Aprel 2021
Düzgün yaşamaq riyakarlıq, düzgün düşünmək axmaqlıqdır – Dahi yazıçıdan aforizmlər
21:00 21 Aprel 2021
Bakı Dövlət Sirki yenidən təşkil olunur
19:00 21 Aprel 2021
Kamal Sunal adına muzey açılacaq
18:38 21 Aprel 2021
Fuentesin kitabı onlayn təqdim olunacaq
18:18 21 Aprel 2021
“Can Azərbaycan” müsabiqəsinin virtual sərgisi açılıb
17:42 21 Aprel 2021
Mənim qadınım, sən varsan deyə... - Çağdaş ərəb şeiri
17:01 21 Aprel 2021
Azərbaycanlı aktyor vəfat etdi
16:13 21 Aprel 2021
Kann film festivalının açılışında bu film nümayiş olunacaq
15:32 21 Aprel 2021
Nazir Anar Kərimov koronavirusa yoluxub
14:42 21 Aprel 2021
Anarla Seymur Baycanın oxşarlığı
14:02 21 Aprel 2021
“Qırmızı papaq” onlayn nümayiş ediləcək
13:17 21 Aprel 2021
Azərbaycanlı filosof qız-oğlan münasibətlərindən roman yazdı
12:30 21 Aprel 2021
Gənclərin qarşısını kəsən Rəşad Dağlı: O, niyə ustad ola bilmir?
11:55 21 Aprel 2021