news-inner
clock15:30 calendar-gray 27 Oktyabr 2014 view-gray1106 dəfə oxunub
view-gray1106 dəfə oxunub

Atasız uşaqların anasına MƏSLƏHƏT

Onu çoxdan tanıyıram. Tanıyıram deyəndə, həyatda heç görüşməmişik, virtual tanışıq. Ancaq bu tanışlıq adi virtual dostluq deyildi. Yaddaşım məni aldatmırsa, o mənə Rusiyada yaşayan azərbaycanlı qadınların həyatdından yazdığım yazıdan sonra müraciət etmişdi.

Rusiyada yaşayırdı. Aramızda uzaq məsafə olsa da, onun sızıltısını hiss edir, boynubüküklüyünü görür, gözlərindəki kədərə üzülürdüm.

Bakıda böyümüşdü. Universiteti bitirmişdi. Ərə gedəndən sonra Rusiyada yaşamalı olmuşdu. Yox, onun yaşamına yaşamaq demək olmazdı. Qaraltısı vardı eləcə.


"Otuz səkkiz kilo qalmışam. Üzülürəm. Günü-gündən əriyib yox oluram. Bu vicdansızın hərəkətləri məni məhv edir. Canımdan bezmişəm. Ölmək istəyirəm. Ancaq övladımı bunların əlində qoyub ölməyi vicdanıma sığışdırmıram."

Evə saat 4-də gələn ərindən, onu qabaqlarında qulluqçu kimi işlədən qaynata-qaynanasından, hər gecə yorğanın altında xısın-xısın ağlayıb tökdüyü göz yaşlarından yazırdı.

Bacardığım qədər ona dəstək olmağa çalışırdım.

Bir müddət yazmadı. Sonra artıq Bakıda olduğunu, atasının onun başına gələnlərdən xəbər tutan kimi bilet pulunu göndərib vətənə qaytardığını yazdı.


Oğlunu da gətirmişdi. Atası ona ev aldı, işə düzəltdi. İndi oğlu ilə yaşayır.

Bu yaxınlarda yenə mənə yazdı. Atasız böyüyən uşaqların, ələlxüsus oğlan uşaqlarının problemindən yazmağımı xahiş edirdi. Evdə, bağçada, məktəbdə yalnız qadınların əhatəsində olan oğlan uşaqlarının gələcəkdə əsl kişi kimi böyütməyin necə mümkün ola biləcəyindən yazmamı istəyirdi.

"Yaz, xahiş edirəm, yaz. Atasız böyümək məcburiyyətində qalan oğlan uşaqlarının analarının necə çətinliklə üzləşdiyindən yaz. Balalarını böyüyəndə əsl kişi kimi görmək istəyən, ancaq bunun üçün nə etmək lazım gəldiyini bilməyən anaların çarəsizliyindən yaz. Bəlkə, heç olmasa, bir kişi bu yazını oxuya, balasının tək böyüməsinə icazə verməyə. Körpəsini qanadının altında böyüdə.
Mən indi nə edim? Balamı necə kişi kimi böyüdüm? Ona atalıq edə bilməyən o biveci necə bağışlayım?"


Sualları çox idi. Uşağının atasını soruşdum. "Rusiyadadır. Borcun içində itib-batır. Mən orada olanda bir qızla yaşayırmış. Ondan uşağı olub, amma ona da atalıq etmir" – dedi.

Sonralar internetdə, psixologiyaya, pedaqogikaya aid oxuduğum kitablarda o xanımın suallarına cavab axtardım. Tapdığım cavabları bölüşməyə çalışacam, bəlkə, kiməsə gərək oldu.

Psixoloqlar bu və ya digər səbəb ucundan oğlunu tək böyütməli olan analara bəzi məsləhətlər verirl:

- Oğlan uşaqları ilə münasibətə ciddi fikir verilməli, onları həddindən artıq əzizləyib "ana uşağı" etməməli, eyni zamanda, nəvazişdən də məhrum etməməlidirlər. 3-4 yaşında olarkən onları çox öpüb sığallasanız da, böyüdükcə bunu yalnız lazım gələndə etmək olar. Yəni, yerli-yersiz 10 yaşlı oğlan uşağının başını sığallayıb üzündən öpmək və bunu da onun dostlarının, yoldaşlarının yanında etmək, elə də yaxşı qarşılanmır.

- İdmanla məşğul olmasına şərait yaratmalı.

- Uşağın kişi qohumlarla ünsiyyətini məhdudlaşdırmamalı, imkan olduqca, onun böyüklərlə futbol oynamağına, hansısa idman yarışlarına, balıq tutmağa getməsinə yardım olunmalıdır.

- Uşaq anaya imkanı daxilində yardım etməlidir. "Sən evin kişisisən" deyib, çəkə bilməyəcəyi yükü onun balaca çiyinlərinə yükləmək düzgün deyil. İllər keçdikcə o kişilərin görə biləcəyi ev işlərində anasına yardım etməlidir, amma bunu tədricən, uşağın yaşını nəzərə alaraq etmək lazımdır.

- Onu dostlarına, böyüdükdən sonra sevdiyi qıza qısqanmayın. Azadlığını çərçivələməyə, bütün əyləncələrdən imtina edərək evdə, sizin yanınızda oturmağa məcbur etməyin.

- Əgər oğlunuz yoldaşları, dostları ilə dava edib, evə gəlibsə, özünüzü təmkinli tutaraq davanın səbəbini araşdırın. Heç nəyi araşdırmadan onun dostları ilə hesablaşmağa qaçmağa tələsməyin. Sonra dostları ona "ana uşağı" deyib gülməsinlər. Eyni zamanda, belə hallarda oğlunuzu həddindən çox əzizləməyin. Konflikt çox ciddidirsə, qohum kişilərdən kömək istəyə bilərsiniz.


- Küçədə 9-10 yaşdan yuxarı oğlan uşaqlarının papağını, şərfini düzəltmək, onu nəyisə geyinməyə, soyunmağa məcbur etmək, üstünə qışqırmaq, alçaldıcı sözlər demək, vurmaq (!) yolverilməzdir.

- Çalışın bütün problemləri, mübahisələri onunla təklikdə həll edəsiniz.

- "Mən sənin həm atanam, həm anan" deməyin. Bunun belə olmadığını uşaq bilir. Ona yaxşı ana olmağınız kifayətdir.


- Oğlunuz sizinlə fəxr etməlidir, özünüzü unutmayın.


- Heç vaxt oğlunuza tək qalmağınızın səbəbi o olduğunu, ona görə çox şeyləri, şəxsi həyatınızı qurban verdiyinizi deməyin. Ona özünü günahkar hiss etməyə şərait yaratmayın.

- Əgər həyatınıza ciddi münasibət qurmaq istədiyiniz daxil olarsa, bunu ehtiyatla oğlunuza anlatmağa çalışın. Adətən, uşaqlar analarının bu addımlarını qısqanclıqla qarşılayırlar. Çox diqqətli olun ki, oğlunuzu itirməyəsiniz.


- Oğlunuzda liderlik hissini formalaşdırın, uğura kökləyin, liderlik təlqin edin. Ancaq bu eqoistlik həddinə çatmasın.

- Onun atası ilə aranızda olan konfliktə baxmayaraq, atasını oğlunuzun gözündən salmağa, ardınca təhqiredici sözlər işlətməyə çalışmayın. Əvvəla, hər necə olsa da, onun atasıdır. İkinci də, körpəlikdən balanızın ürəyinə kin, nifrət toxumu əkməyin. Böyüdükcə özü hər şeyi anlayacaq, hər kəsin qiymətini verəcək. Siz onu əsl insan kimi böyütməyə çalışın.

Bu qədər...




news-inner-user

15768 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Çəkməli pişik” onlayn göstəriləcək
18:44 07 İyul 2020
Əfsanəvi musiqiçi vəfat etdi
18:09 07 İyul 2020
Bizim üçün qızılgül – Cavanşir Yusifli yazır...
17:30 07 İyul 2020
Bred Pitt yeni filmə çəkilir
16:48 07 İyul 2020
Filmdəki "Kəndimiz" mahnısının ifaçısı dünyasını dəyişdi
16:06 07 İyul 2020
Seymur Baycanın yazısı məşhur türk saytında yayımlandı
15:24 07 İyul 2020
"İmkanlı adamların milli qeyrəti olmalıdır" - Yazıçılar ermənilərin festivala gedən filmindən danışdı
14:45 07 İyul 2020
Tbilisidə Azərbaycan muzeyləri açıldı
14:02 07 İyul 2020
“Qəhrəmanım sənsən” - Natiq Məmmədlinin yeni kitabı çap olundu
13:19 07 İyul 2020
Bakıya yayılan üfunət nəyin mesajıdır?
12:28 07 İyul 2020
Atasını vuranı bağışladı, ölümünə dostu bais oldu, öləcəyini internetdən öyrəndi - Ələkbər əminin kədərli həyatı
11:42 07 İyul 2020
Kür çayını kim xilas edəcək?
11:06 07 İyul 2020
Dindarlar bu şeirə görə gənc şairi hədələyirlər
10:30 07 İyul 2020
Amerikalı aktyor koronavirusdan öldü
10:04 07 İyul 2020
Müslüm Maqomayev adına müsabiqə gələn ilə qaldı
09:51 07 İyul 2020
Pararlel dünyaya səyahət edən xərçəng ata – Etqar Keretdən yeni hekayə
08:58 07 İyul 2020
Tanrının İtaliyaya bəxş etdiyi böyük sərvət: Ennio Morrikone
21:01 06 İyul 2020
Xalq artisti oğlundan yazanları hədələdi
20:40 06 İyul 2020
Kukla Teatrında uşaqlar üçün onlayn tamaşa
18:39 06 İyul 2020
Cənubi Koreya musiqi qrupu dünya rekordu qırdı
18:00 06 İyul 2020