“Azərbaycanda azad seks adı ilə aldadılmış ilk varlıqlar...”

“Azərbaycanda azad seks adı ilə aldadılmış ilk varlıqlar...”
25 oktyabr 2014
# 08:30

Kulis.az Twitterdə azərbaycanlı istifadəçilərin son bir həftə ərzində yazdıqları ən maraqlı tvitləri təqdim edir.

İnternet bir balaca zəif işləyən kimi əsəbiləşirəm. Guya ki, mən Ohio ştatında doğulmuşam, iki gün olar Badamdara köçmüşəm. (Orxan Ata)

“Xoşqədəm belə yaxşı tapırsa, özünə ər tapardı” – zarafatı bağlandı. Xoşqədəm tapdı, qaldı siz. (“Dayı”)

Mənasız kino - çay süzməyə gedəndə pauzanı basmadığın kino (“Dekart koordinatı”)

Sevgidə uduzan qumarda udursa, deməli, “Milan” “Topaz”da qələbə yazsam gələr? (İlkin Hüseyn)

Qiyməli kağızlar üzrə dövlət komitəsində işləyən qız sevəsən, sonra da, sən kağızlara məndən daha çox qiymət verirsən deyib ayrılasan. (İlham Əkbərli)

Dost başa baxar, düşmən ayağa, azərbaycanlı başdan-ayağa süzər. (İlham Əkbərli)

Bu gün mahnının ortasında “big.az” deyən qaqaşla tanış oldum. Söhbətin ortasında da “big.az” zad deyirdi. (Orqal Tanrıverdizadə)

“Petruşka” cəfəri olursa, onda, Petya adlı rus, bizim vətəndaşlığı qəbul eləyəndə, adını Cəfər qoymaq olar. (Orqal Tan)

Qaqaş qızlar haqqında elə məsləhətlər verir ki, elə bilirsən minimum 3 il qız olub. (Orqal Tan)

“Vorovskidən” “vorzakon” çıxandan sonra, Şamaxıdan da “şorzakon” çıxmağı normal hadisədir. (Orqal Tan)

“Birinci o yazsın” – deyə gözləməsəydiniz, indiyə uşağınız olmuşdu. (Rəvanə)

Azərbaycanda azad seks bəhanəsi ilə aldadılmış ilk varlıqlar eşşəklərdir. (Rasim Əfəndi)

İdeal hesab etdiyiniz adamın həmişə elə qalmasını istəyirsinizsə, ona çox yaxınlaşmayın. (Elmin Həsənli)

Hələ bir dəfə də olsun rastıma "Bu mənim şəxsi fikrimdir..." sözlərilə başlayan məntiqli fikir çıxmayıb. (Dj Fateh)

Özümdə apardığım təcrübələrə görə, oğlan qızı əldə edənə qədər həqiqi özü olmur. Maraqlı, alicənab, tərbiyəli, centlmen olur, amma özü olmur. (Mətləb Muxtarov)

Xarici soruşub ki, bəs siz azərbaycanlılar niyə hər şeyə sual verirsiniz? Bizimki də deyib ki, niyə soruşursunuz? (Aqil Quluzadə)

- Sən mənə seksual obyekt kimi baxırsan.

- Yox, əzizim, əslində mən sənə uçan naməlum obyekt kimi baxıram, sadəcə bildirmirəm. (Cavid Ramazanov)

Dial-up bizə səbir etməyi öyrədib (“Dekart koordinatı”)

Qış vaxtı otağımda hələ də ağcaqanad var, dünən dişləmədiyi yer qalmadı. Dirəşib deyəsən. Damarıma su qatıb çalxalayıb içənə kimi əl çəkməyəcək. (Rəsul Zaidov)

# 11566 dəfə oxunub

Oxşar xəbərlər

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Azərbaycan ədəbiyyatşünaslığında azman imza  - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

Azərbaycan ədəbiyyatşünaslığında azman imza - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

12:00 13 oktyabr 2026
"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

10:00 13 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər