news-inner
clock08:45 calendar-gray 18 Oktyabr 2014 view-gray2179 dəfə oxunub
view-gray2179 dəfə oxunub

Əri vergiləri azaltsın deyə soyunan qadın

Yaramaz qadınlar həmişə hamıya maraqlı gəlib... Tarixin başlanğıcından bəri cəmiyyətin qadın cinsinə yüklədiyi rolları qəbul etməyib meydan oxumaları diqqətçəkicidir.

Yaşadığı dövrdə öz zamanlarından çox irəli getmiş alışqanlıq və davranışları olan “yaramaz qadınlar”ı və onların həyat hekayələrini təqdim edirik.

Ledi Qodiva

11-ci əsrin əvvəllərində yaşayan bu əsilzadə və dəlisov qadın ərinin hakimiyyəti altında olan torpaqlarda xalqdan yığılan verginin çox olduğunu və bunun ədalətli olmadığını düşünürdü.

Buna görə də etiraz olaraq tamamən soyunub atına mindi. Uzun saçları ilə bədəninin ən intim nöqtələrini gizlədərək küçələrdə gəzdi.

Rəvayətə görə Ledi Qodivanın ardınca düşən adamların içində hətta korlar belə varmış. Onun etirazı özünü doğrultdumu, əri vergiləri azaltdımı, məlum deyil. Amma Ledi Qodiva tarixdə və incəsənətdə silinməz bir iz buraxdı.

O, heç özü də bilmədən insanların içində gizlənmiş at belində çılpaq qadın görmək ehtirasını da üzə çıxardı. Müasir dövrdə demək olar ki, bütün gənc və gözəl model, aktrisa və müğənnilərin at belində buna bənzər pozaları var. Erotik filmlərdə də bu formadan istifadə olunub.

Kolett

Təxəllüsü Kolett, tam adı Sidonia Qabriel Kolett olan bu yaramaz qadın 1900-cü illərin əvvəllərində Fransada yazıçılıq edirdi.

Kolettin ən çox tanınan əsəri isə “Jiji” adlı romanıdır. Yaramaz qadın olmasının səbəbi isə həm kişi, həm də qadınlarla bir çox əlaqəsinin olmasıdır. Üstəlik partnyorlarının evli və ya subay olmaları onun vecinə də deyilmiş.

1900-cü illərin əvvəllərində Parisdə belə biseksual olmaq, bunu açıq şəkildə yaymaq yaxşı qəbul olunmurdu.

Kolett Mulen Ruj kabaresində bir yerdə səhnəyə çıxdıqları Matilda de Morni ilə məhəbbət yaşayırdı. O, səhnədə Morni ilə öpüşəndən sonra tamaşa qadağan edildi. Kolettin məlum olan sonuncu çılğınlığı 40 yaşlarında ikən 16 yaşındakı ögey oğlu ilə münasibətdə olmasıdır.

İsadora Dunkan

San Fransiskoda doğulmuş İsadora Dunkan modern rəqsin yaradıcısı kimi tanınır. Yaramaz qadın olmasının səbəbləri: biseksusal, komunist idi, nikahdan kənar uşaq dünyaya gətirmişdi və özündən yaşca cavan olan Sergey Yeseninə ərə getmişdi.

Hər iki uşağını avtomobil qəzasında itirən bu bədbəxt qadın 50 yaşında ikən özü də avtomobil qəzasında həlak olmuşdu. Təkcə rəqs edərkən deyil, gündəlik həyatında da istifadə etdiyi çox sevdiyi uzun, ipək şalı arabanın təkərinə dolaşdığı üçün boynu qırıldı və öldü.

Tarixdə iz buraxmış bir çox kişi biseksual, hətta homoseksual olduğu halda, dəfələrlə nikahdan kənar uşaq sahibi, özlərindən yaşca kiçik qadınlarla birlikdə olduqları halda, kommunist olduqları halda niyə onların adı yaramaz kişi kimi hallanmır, amma Dunkanın adı hallanır?

Jozefina Beyker

1900-cü illərin əvvəllərində St. Luis Missuridə doğulan bu qadın kinoda oynayan ilk Afrikalı-Amerikan aktrisadır.

İngilis və fransızca danışan aktrisa karyerasının çox uzun hissəsini Parisdə keçirdi.

“Qara mirvari”, “Bürünc Venera” kimi ləqəbləri vardı. Maraqlı səhnə kostyumları ilə musiqi-rəsq performans sənətçisi olaraq məşhurlaşdı.

Yaramaz qadın olma səbəbləri: ekstravaqant və çılpaqlığa daha yaxın olan səhnə kostyumları və Martin Lüter Kinqin ardıyca gedərək ABŞ-da qaradərililərin haqlarını müdafiə etməsi, İkinci Dünya Müharibəsi vaxtı Fransa Müqavimət Hərəkatına dəstək verməsi.

Siyahımızdakı bir çox qadından fərqli olaraq Beyker həyatda ikən fransız ordusunun şərəf medalına layiq görüldü.

Alma Maler

1800-cü illərin sonunda Vyanada dünyaya gələn Alma ilk gənclik illərində musiqiyə maraq duymuşdu. 17 ədəd piano musiqisi bəstələyib.

Ancaq biz onu musiqiçi kimi deyil, musiqi və incəsənət aləmində “ilham pərisi” roluna görə tanıyırıq. Almanın bir-birlərindən məşhur üç həyat yoldaşı olub. İlk həyat yoldaşı məşhur bəstəkar Qustav Maler, ikincisi memar Volter Qropiys və üçüncüsü yazıçı Franz Verfeldir.

Almanın yaramaz qadın olmasının səbəbi hələ 17 yaşında ikən o vaxtlar 35 yaşında olan məşhur rəssam Qustav Klimtlə yaşadığı gizli sevgi macərası olub. Dəfələrlə ərə gedən Alma evlilik müddətində aradakı fasilələrdə saysız-hesabsız sənət adamı ilə əlaqədə oldu. Alma başqa bir bədbəxt hadisə ilə də xatırlanır.

Bir müddət münasibətdə olduğu dramaturq Oskar Kokoçkanın evlilik təklifini qəbul etmədiyi üçün o, Alma boyda çılpaq seks oyuncağı düzəltdirdi.

Bonni Parker

Əfsanəvi bank oğruları “Bonni və Klayd”ın Bonnisi yaramaz qadın kəlməsinə tam anlamı ilə uyğun gəlir. Onlar 1930-cu illərdə Amerikada avtomobillə bank və mağaza yarıb sonra gül qoyaraq getmələri ilə məşhur oldular.

Bir az da o dövrün iqtisadi böhranına görə xalq qəhrəmanına çevrildilər. Cütlüyün bir-birlərini sevməsi və Bonninin gözəlliyi də onların Amerikanın ikonik cütlük olmalarına az rol oynamadı.

Bonni 24 ikən Klayd ilə birlikdə avtomobillə polis təqibi sırasında öldü. Çox gənc yaşında ölməsinə baxmayaraq populyar mədəniyyət bu cütlüyü hər zaman yaşatdı, haqlarında filmlər çəkildi.

Betti Peyc

1950-ci illərin poster qızlarının (pin-ap) nümunəsi olan Betti parlaq qara saçları, iri mavi gözləri və kəkili ilə həqiqətən ilham pərisi idi.

Pin-ap jurnallarına verdiyi seksual pozalarla yaramaz qadın olmasının başqa səbəbi “Playboy” jurnalının ilk pleymeytlərindən olmasıdır.

1955-ci ilin yanvar ayında “Miss January” adıyla ilk çılpaq fotolarını çəkdirdi. “Playboy” jurnalının yaradıcısı Hyuq Hefner Bettini “İz qoyan, populyar mədəniyyət ikonu” adlandırıb.

news-inner-user
Rəna Nevzat

298 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Mikayıl Müşfiq qadına görə öldürülüb - İddia
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır - Qorxmaz Quliyev yazır...
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020