news-inner
clock09:45 calendar-gray 17 Oktyabr 2014 view-gray851 dəfə oxunub
view-gray851 dəfə oxunub

Suriyada pişikləri xilas edən sürücü

Hər gün saytlardan pis xəbərlər oxuyuruq. İnsanlar bir-birini bıçaqlayır, öldürür, bir-birlərindən oğurlayır, qarət edir, aldadır, qəza törədir, müharibə edir, baş kəsir... Bəs dünyada yaxşı heç nə baş vermir? Əlbəttə baş verir. Sadəcə bu yaxşı nümunələri tapıb üzə çıxarmaq, onları paylaşmaq lazımdır. İnsanlığın ölmədiyini sübut etmək üçün.

Kulis.az xeyirxahlıq nümunələrini və pozitiv nüanslarla dolu olan hadisələri təqdim edir.

Müştərinin əvəzinə pul ödəyən kassir

Yeni Zelandiyada supermarketlərin birində yaşlı qadın alış-veriş etdikdən sonra kassada ödənişlə bağlı problem yaranır. Terminal heç cür onun kartını qəbul etmirmiş. Ödəniş edə bilmədiyinə, üstəgəl onun probleminə görə yaranmış növbə qadını narahat etməyə başlayır. Bu zaman supermarketin kassiri Rebekka Maklean öz kartını çıxarır və qadının yerinə ödəniş edir. Kassir bu yaxşılığı haqda heç kimə danışmaq fikrində deyilmiş əslində. Amma yerli qəzetin redaktoru həmin vaxt hadisə yerində olduğundan bu haqda yazır. İlk baxışdan adi bir hadisə kimi gəlir adama. Amma hansı birimiz həmin kassir qız kimi edərdik?

Pişiklər uşaqların köməyinə çatır

Təkcə insanların deyil, heyvanların da kömək etmək hissləri varmış. Bir müddət öncə uşağa hücum edən iti zərərsizləşdirən pişiyi xatırlayın. Buna oxşar hadisə isə Böyük Britaniyada yaşanıb. Beş yaşlı İtan Fenton öz balaca qardaşı ilə həyətdə oynayırmış. Yaşca böyük olan 2-3 oğlan onlara yaxınlaşıb və söz atmağa başlayıb. Oğlanlardan biri uşağı itələyib. Bu zaman pişik maşından düşüb, qaça-qaça oğlanların üstünə hücum çəkib. Qorxan xuliqanlar qaçmağa başlayıblar. “Smadj” ləqəbli pişik “İlin pişiyi” adına layiq görülüb.

Zəif xidmətə görə çox “çay pulu”

Ötən ay Stiven və Makenzi adlı cütlük restorana şam yeməyinə gedirlər. Nədənsə, restoranda çox zəif xidmətlə rastlaşırlar. Səbəb isə restoranda ofisiant çatışmazlığı imiş. Bütün masalar dolu imiş və bir oğlan bütün masalara qulluq edirmiş. Buna görə də sifarişlər gecikirmiş. Cütlük belə qərara gəlir ki, bu gün ofisiant hamıya pis qulluq etdiyinə görə qazancı da az olacaq. Məhz buna görə onlar görünməmiş miqdarda “çay pulu” verirlər. 66 dollar hesab gəlir, onlar isə əlavə olaraq xidmətçiyə 100 dollar verirlər. Bu hadisəni özlərinin Facebook hesabında yazan cütlük bildirib ki, onlar da vaxtilə ofisiant işləyiblər və həmin oğlanı çox yaxşı başa düşürlər.

Müharibə və insanlıq haqqında

Suriya. Bu ölkə haqqında bu gün pozitiv nəsə yazmaq çox çətindir. Amma hər yerdə müsbət bir şey tapmaq olar. Suriyanın Masaken-Xanano rayonunun sakinləri artilleriya atəşinə dözməyərək bölgəni tərk ediblər. Şəhərin pişikləri isə kimsəsiz qalıblar. Sürücü Alaa isə pişikləri yemləyir. Mağazadan ət alır, evdə qalan yeməklərdən gətirib bu pişiklərə yedizdirir. Müharibə hələ insanlığın tam olaraq ölməsi demək deyilmiş.

Dünyanın ən yaxşı nənəsi

Bu möhtəşəm qadının adı Lilian Veberdi. Onun 99 yaşı var. Bu yaşında o bekar dayanmır. Paltar toxuyur. Amma satmaq üçün yox. Nəvələri üçün də yox. Afrikada ehtiyac içində yaşayan uşaqlar üçün tikir bu nənə. 800-dən çox paltar tikib. Məqsədi bu rəqəmi minə çatdırmaqdır. Nənə hər bir paltarın fərqli olmasına çalışır. Qoy, balaca mələklər öz paltarları ilə qürurlansınlar.

Üşüyərkən, sadəcə bir-birinizə yaxınlaşın!

Oxşar xəbərlər

Xəbər lenti

Vətənpərvərlik mövzusunda şeir müsabiqəsi elan olunub
18:43 30 Oktyabr 2020
“YARAT”da sərgi davam edir
18:09 30 Oktyabr 2020
Səngərdəki səs - Kamal Abdulladan yeni hekayə
17:15 30 Oktyabr 2020
Gəzən kinoteatr dövrü geri qayıtdı
16:29 30 Oktyabr 2020
Kukla Teatrının noyabr repertuarı
15:42 30 Oktyabr 2020
Bred Pitt yeni filmə çəkilir
15:01 30 Oktyabr 2020
Dinini dəyişdi, dəlixanaya düşdü, milyonçu ola-ola acından öldü - "Təbrizim" mahnısının müəllifinin dəhşətli həyatı
14:20 30 Oktyabr 2020
Məşhur tarixi əsərin komiksi hazırlanır
13:30 30 Oktyabr 2020
"Yazıq" ermənilərlə necə davranaq? - Sərdar Amin yazır...
12:49 30 Oktyabr 2020
Qadınlar paltarlı yatır ki, ölsələr ayıb olmasın - Gəncəli jurnalist yazır...
12:10 30 Oktyabr 2020
İstanbulda əxlaqsız erməni yuvası - Aqşin yazır...
11:36 30 Oktyabr 2020
Günün şeiri: Salam, Şuşam!
11:01 30 Oktyabr 2020
Nəzakət Teymurova: "Pandemiya ilə mübarizə də müharibədir"
10:27 30 Oktyabr 2020
Misirli rejissor Kann festivalının qalibi oldu
09:59 30 Oktyabr 2020
Qışqırıb-bağırmağa başladım... - Bircənin romanı
09:00 30 Oktyabr 2020
“Ulduz”un oktyabr nömrəsi nəşr olundu
19:28 29 Oktyabr 2020
“Ayrı-seçkiliksiz gələcəyim” adlı foto-müsabiqə keçirilir
18:50 29 Oktyabr 2020
Nikol Kidman yeni seriala çəkilir
18:21 29 Oktyabr 2020
"Şeron"dan yeni cəngi - Video
17:43 29 Oktyabr 2020
Milli Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
17:11 29 Oktyabr 2020