Koelyo: “Doğmaq üçün məndə qadın gücü olmalıdır”

Koelyo: “Doğmaq üçün məndə qadın gücü olmalıdır”
16 oktyabr 2014
# 08:30

Onun əsərləri 80 dilə çevrilib, 150 milyondan çox kitabı satılıb. Onu çoxları populizminə görə tənqid edir, amma Koelyo hazırda dünyanın ən çox oxunan yazıçılarından biridir.

Kulis.az “Elle” jurnalına istinadən Paulo Koelyonun yeni müsahibəsini təqdim edir.

- Yeni kitabınız nə haqdadır?

- “Adultério” (“Xəyanət” – kulis.az) romanının ideyasını tapmaqda oxucular köməkçi oldular. Sosial şəbəkələrdə pərəstişkarım çoxdur. Belə qərara gəldim ki, onlarla müasir dövrün əsas problemlərindən biri olan depressiyanı müzakirə edək. Bir neçə gün ərzində mindən çox məktub gəldi. Böyük əksəriyyəti yazırdı ki, onlardakı depressiyanın əsas səbəbi xəyanətdir. Bu mövzu məndə maraq oyatdı və internetdə xəyanət hekayətlərini oxumağa başladım. Başa düşdüm ki, sən bir dəfə yatağına kimisə tullamısansa, insanlar bunu bağışlaya bilərlər. Xəyanətin kökündə ehtiras dayanır. Məhz bu məsələ mənim üçün çox maraqlı idi.

- Oxucularınızın daha çox qadın olmasına münasibətiniz necədir?

- Bəli, oxucularım 60 faizi qadınlardır. Amma kişilər də gördüyünüz kimi az deyil. Mən qadınlar, yaxud kişilər üçün ədəbiyyat yaratmıram, mən kitablarımı yaşından və cinsindən asılı olmayaraq bütün oxucular üçün yazıram.

- Siz özünüzü Latın Amerika ədəbiyyatındakı magik-realizm ənənələrinin davamçısı hesab edirsinizmi?

- Bu cür demək mümkündür. Təəssüf ki, son dövrlərdə bu janr daha az populyardır. Amma mən yenə də bu janrla işləməyə üstünlük verirəm. Magik-realizm deyir ki, hər şeyə məntiqli izah vermək mümkün deyil. Bu həqiqətən belədir.

- Siz bu gün dünyada kitabı ən çox satılan yazıçılardan birisiniz. Sizcə, məşhurluq yazıçı üçün nə qədər önəmlidir?

- Mənim missiyam kitab satmaq deyil, fikirlərimi bölüşməkdir. Yazıçı sadəcə yazmalıdır. 1986-cı ildə mənim hər şeyim var idi: ailəm, pulum və mən uğurlu bəstəkar idim, amma xoşbəxt deyildim.

Onda mən Santyaqo-de-Kompostelaya ziyarətə getməyə qərar verdim. Özümə söz verdim ki, səyahətin sonunda ya yazıçı olmaq arzuma bir son verəcəm, ya da kitab yazmağa başlayacam. Yazdım. Bu asan olmadı.

- Niyə görə sizin romanlarınızın mərkəzində adətən qadınlar dayanır?

- Bu qəliz sualdır. Mənim üçün yaradıcılıq prinsip etibarilə feministləşmiş aktdır. Kişi daha çox məntiqli varlıqdır. O kitab yazmağa qərar versə, əvvəlcə plan və qaralama tutacaq. Lakin yaradıcılıq və ilham açıqlıq tələb edir. Mənim üçün yazmaq həyat vermək deməkdir. Aşiq oluram, sevişirəm, uşaq hazırlayıram və onu dünyaya gətirməliyəm. Məndə buna görə qadın gücü olmalıdır. Mən o gücü qazanmaq üçün qadının gözüylə yazıram. “11 dəqiqə”, “Rio sahilində oturdum və ağladım”, “Brida” əsərləri belə yarandı”. Mən öz personajlarıma o qədər yüklənirəm ki, bəzən şəxsi fikirlərlə onların fikirlərini ayırmaq çətinləşir. Bəzən, öz qeydlərinə baxaraq, mən düşünürəm: "Məndən necə maraqlı qadın alındı!"

- Siz 4 dəfə evli olmusunuz. Sonuncu həyat yoldaşınızla uzun müddətdir ki, birlikdəsiniz. Sizcə, sevgidə necə səhv etməmək olar?

- Əsas problem ondadır ki, insanlar dəyişir. Evlənəndə düşünürsən ki, bir adamla ömür boyu yaşayacaqsan. Ancaq bu belə deyil. Mən 35 ildir ki, evliyəm. Bu gün mənim arvadım tamamilə başqa insandır. Həm fiziki olaraq, həm psixoloji olaraq. Hər şey dəyişir. Evliliyinizdə sayğının həmişə yaşaması üçün bütün dəyişiklikləri qəbul etməlisiniz. Amma, əlbəttə ki, sevgi hər şeydən daha güclü olmalıdır.

- Çoxları sizin kitablarınızı həyatlarının əsas kitabı hesab edir. Bəs sizin üçün ən vacib yazar kimdir?

- İki müəllifin adını çəkə bilərəm: Henri Müller və Borxes. Gəncliyimdə onlarla rastlaşmışam amma yaxınlaşmağa qorxmuşam. İndi buna görə təəssüflənirəm. Onlarla söhbət etməli idim, amma fikirləşdim ki, onlar müdrikdir, mənsə gənc bir adam, onlarla nə danışacam. İndi bəzən eşidirəm ki, iki nəfər pıçıldaşır: “Bu ki, Paulo Koelyodur...”. Baxmayaraq ki, mənimlə danışmaq istəyirlər, amma çəkinirlər. Çəkinmək lazım deyil.

# 3273 dəfə oxunub

Oxşar xəbərlər

Gənc qadın elə dayanacaqdaca öldü… - Hədiyyə Şəfaqət

Gənc qadın elə dayanacaqdaca öldü… - Hədiyyə Şəfaqət

16:30 6 yanvar 2026
"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..."  - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..." - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

15:00 4 yanvar 2026
"Dava-dava" oyunu - Nodar Macaraşvilinin hekayəsi

"Dava-dava" oyunu - Nodar Macaraşvilinin hekayəsi

12:00 4 yanvar 2026
Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

15:00 3 yanvar 2026
Qatilin kimliyi bilinmədi, müəllif  əlyazmanı yandırdı...  - Yarımçıq qalmış  ən maraqlı əsərlər

Qatilin kimliyi bilinmədi, müəllif əlyazmanı yandırdı... - Yarımçıq qalmış ən maraqlı əsərlər

12:00 3 yanvar 2026
Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

15:00 2 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər