“Oskar” mükafatı almış rejissorun porno keçmişi

“Oskar” mükafatı almış rejissorun porno keçmişi
13 oktyabr 2014
# 08:30

Kulis.az tanınmış rejissorların həyatından maraqlı faktları təqdim edir.

Frensis Ford Koppolanın 1962-ci ildə çəkdiyi “Tonight for Sure” adlı porno filminin fraqmentlərini internetdən tapıb izləyə bilərsiniz. İlk peşəkar işi üçün qeyri-adi bir seçim edən Ford Koppola sonralar bu filmini “arada bir neçə məmənin göründüyü absurd komediya” adlandırmışdı. Hətta filmin musiqisini rejissorun atası hazırlamışdı. Bunun ardınca Frensis iki porno film təklifi alıb. Elə həmin il çəkdiyi “The Bellboy and the Playgirls” adlı film alt paltarlarını reklam edən modellərin qaldığı otağa girmək istəyən otel işçisinin başına gələnlərdən bəhs edir. Filmdə on yeddi yaşında bir qızdan başqa (onu da atası görsə öldürərdi) hamı çılpaq idi. Koppola həmin qızın lifçikdə qalmasına icazə vermişdi.

Arvadı ilə dalaşıb bütün paltarları doğrayan Jan-Lük Qodar

1960-cı illərin əvvəlində, populyarlığının zirvəsindəykən, Qodar baş rol ifaçılarından olan Anna Karina ilə uğursuz ailə həyatı yaşayırdı. Parisin ən tanınmış cütlükləri olmalarına baxmayaraq münasibətləri dəhşətli dərəcədə pis idi. Qodar qəfildən yoxa çıxır və həftələrlə tapılmırdı. Bir dəfə Karinaya deyib ki, siqaret alıb gəlirəm, amma bir ay sonra qayıdıb. Bir yerdə olanda isə it-pişik kimi yola gedirmişlər. Məsələn, ssenarist Pol Geqoff onlara qonaq gedərkən görüb ki, paltarları ülgüclə doğranıb ətrafa dağıdılıb, onlar da çılpaq vəziyyətdə evin bir ayrı-ayrı künclərində oturublar. Evin hər tərəfində şüşə qırıqları var imiş. Qodar qonağa deyib ki, onu içkiyə dəvət edərdi, amma evdə bakal qalmayıb. Sonra isə Pol Geqoffdan xahiş edib ki, evdən çıxa bilmələri üçün bayırdan paltar alıb gətirsin. Yola gedə bilməyən cütlük 1966-cı ildə ayrılıb.

Falçılara inanan Fellini

Federiko Fellini katolikliyi rədd edib maddiyyatı müqəddəsləşdirən filmlər çəksə də, şəxsi həyatında metafizik dünyaya maraq göstərir və Penus adlı bir falçının köməyi ilə ruhlarla əlaqəyə girirmiş. Fellini alman astroloqla, “inancları müalicə edən” bir italyanla, “Nardu əmi” ləqəbi ilə tanınan və istədiyi zaman özünü ata çevirə biləcəyini iddia edən bir cadugərlə də işləyirdi. 1960-cı illərin ortalarında rejissor məşhur italyan kahin Qustavo Adolfo Rolun müridi oldu. İddia edilirdi ki, Adolfo Rol qapalı kitabları oxuya bilir, beyin gücü ilə əşyaları hərəkət elətdirə bilir və gələcəyi görür. Fellinin özü israr edirdi ki, Adolfo Rolun parkda böyük bir eşşək arısını telepatiya yolu ilə öldürdüyünü görüb. İş o yerə çatmışdı ki, rejissor falçılardan filmlərinin uğur qazanıb qazanmayacağını proqnozlaşdırmalarını istəyirdi. Bir dəfə isə bir falçının rejissora “növbəti filmin partlayacaq” dediyini eşitmişdilər. Bu hadisədən sonra rejissor haqqında söz-söhbət dolaşmağa başladı. Hətta aktyorlar bundan sonra Fellini ilə işləyib öz karyeralarını batıracaqlarından qorxaraq, onun zənglərinə cavab vermirdilər. Növbəti filmləri fiaskoya uğradıqdan sonra Fellinin “ruhlar dünyası”na olan inamı sarsılmağa başladı.

Tanınmışlar haqda daha çox maraqlı fakt oxu:

Porno ulduzun xatirələrini yazan məşhur rejissor

Toy gecəsi arvadına xatirələrini oxutduran dahi

Romanlarının süjeti qab yuyanda ağlına gələn Aqata Kristi

Marsda dəfn olunmaq istəyən məşhur yazıçı

KQB casusu olan dahi

# 4703 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
Xəccə Abdulla  - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

Xəccə Abdulla - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

10:00 24 aprel 2026
Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

16:00 23 aprel 2026
Cəhənnəmdə məni gözləyən cəzanın... - Salam Sarvanın yeni şeirləri

Cəhənnəmdə məni gözləyən cəzanın... - Salam Sarvanın yeni şeirləri

12:00 23 aprel 2026
"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

15:00 20 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər