Jerar Depardyenin etirafı: “10 yaşımda özümü satırdım”

Jerar Depardyenin etirafı: “10 yaşımda özümü satırdım”
8 oktyabr 2014
# 10:11

65 yaşlı fransız aktyor Jerar Depardye “Nə olubsa, olub” adlı avtobioqrafik kitabını təqdim edib.

Kitabda kinoulduz çoxların məlum olmayan bir neçə faktdan söz açılıb ki, bu da oxucuları xeyli təəccübləndirib.

Axşam.az həmin faktları təqdim edir:

- Depardyenin anası onu dünyaya gətirmək istəmirmiş. Hətta bir neçə dəfə evdə abort belə etdirməyə çalışıb. O, ailənin üçüncü uşağı olub.

- Onun Rusiya prezidenti Putinlə çox yaxşı əlaqələri var. Putin ən çox aktyorun xuliqan stilini bəyənirmiş.

- Jerar Depardye 2008-ci ildə 37 yaşında ölən oğlu Qiyomla heç vaxt dil tapa bilməyibmiş. Oğlu dəfələrlə həbsxanaya düşüb və alkoqolizmdən əziyyət çəkirmiş. Atası isə onunla necə davranacağını bilməyib.

- Gənclik vaxtlarında pul qazanmaq üçün Depardye tez-tez cinayət də törədərmiş. Bunlara avtomobillərdən, məzarlıqdan oğurluq, cibgirlik də daxil imiş.

- Aktyor 10 yaşı olanda özünü “satırmış”. Onun yaşından bir az böyük görünməyi kişiləri cəlb edirmiş. Depardye arada müştərilərini də soyurmuş. Seksual xarakterli münasibətlər sayəsində kinoulduz gey cəmiyyətləri ilə münasibət yaradıb, teatra düşüb və gələcəyin məşhur aktyoru olub.

# 2808 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər