Bakıda alman gecəsi FOTO

Bakıda alman gecəsi <span style="color:red;">FOTO
1 oktyabr 2014
# 17:09

Bakı Slavyan Universitetinin qonaqları – Osvald fon Volkenşteyn cəmiyyətinin prezidenti, Vürtsburq Universitetinin professorları Ziqlinda Hartman və Klaus Volf artıq iki həftədir ki, bu ali məktəbin Alman filologiya bölümündə tələbələrə mühazirələr oxuyurlar.

Sentyabrın son günü alman filologiyası tələbələri üçün yaddaqalan oldu. BSU-nun Mətbuat xidmətinin verdiyi məlumata görə, Professor Ziqlinda Hartmanın rəhbərliyi altında tərtib olunmuş “Alman ədəbiyyatından səhnəciklər”ədəbi-musiqili proqramı Universitet tələbələrini, onun nəzdindəki Məktəb-lisey kompleksinin şagirdlərini, hətta alman dili mütəxəssislərini əhatə edib. Gecədə alman dilində mahnılar, seirlər səsləndi, səhnəciklər göstərildi. BSU Məktəb-lisey kompleksinin akt zalında başlanan tədbir şəkildə Filologiya fakültəsinin “Tələbə klubu”nda davam etdirildi. Bu hissədə müəllim və tələbələrə alman mətbəxinin özəllikləri nümayiş etdirildi. Azərbaycan, rus, ingilis, fransız dilləri və ədəbiyyatları bölmələrinin tələbələri də almaniyalı müəllim və alman filologiyası bölümündə təhsil alan tələbələr tərəfindən alman mətbəxinə qonaq edildilər.

Gecəyə dəvət almış BSU rektoru, prof. A.A.Hacıyev, Avstriya səfirinin müavini və konsul Ute Friesner, Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı ofisinin direktoru Ştefani Dufauks və digər qonaqlar bir neçə saatlığa özlərini alman mədəniyyəti və dil mühitinin iştirakçısı hiss etdilər. “Tələbə klubu”nda Alman-Azərbaycan çay süfrəsi arxasında ölkələrimiz və universitetlərimiz arasında əməkdaşlığın perspektivləri də müzakirə olundu.

Qonaqlar bu gecəni “Almaniyanın birləşdirilməsi günü”nə gözəl hədiyyə kimi dəyərləndirdilər.

# 4029 dəfə oxunub

Oxşar xəbərlər

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

15:30 29 sentyabr 2026
Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

14:00 27 sentyabr 2026
Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

13:30 27 sentyabr 2026
Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

12:00 26 sentyabr 2026
13 yaşında atasını itirdi, 17 yaşında evləndi - Vısotskinin sevdiyi “Cadugər qadın” kim idi?

13 yaşında atasını itirdi, 17 yaşında evləndi - Vısotskinin sevdiyi “Cadugər qadın” kim idi?

10:00 26 sentyabr 2026
Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər