writer1

Ömər Xəyyam

Məqalə sayı

47
clock09:00 calendar-gray 30 Sentyabr 2014 view-gray7678 dəfə oxunub
view-gray7678 dəfə oxunub

Qadınlara yataq məsləhəti

Bu əndrəbadi zəmanənin boz rəngli, qaramat aurasında yaşamağa vaxtı qalmır adamın, vallah. Bir az onun həyatının içinə burnunu soxursan, bir az bunun həyatının içində eşələnirsən, bir də baxırsan ki, it də gedib, ip də.

Bizimkilərin burunları bəlkə də onun-bunun yaşam tərzinə soxulmaqdan uzanır. Özümü dəfələrlə qınamışam ki, “a kişi, sənin nəyinə lazım, qoy necə istəyir yaşasın da camaat?”. Di gəl ki, rahat dayana bilmirəm. O boyda qlobal problemləri qoyub, məişətdən yazmağıma da gülmüşəm, amma, mənə elə gəlir ki, ayağımızın altını təmizləməsək, çox irəli getmək olmaz. Uzaqgörənliyimiz ucbatından pis günlərə qalmışıq elə. Birinci yaxını görmək lazımdı, sonra vaxt qalsa, uzaqlar barədə düşünərik. Elə götürək bizim qadınları. Götürək də deyirəm, səthi düşünməyin, bizim qadınları götürmək olmur. Hər mənada ağır olurlar, həm də, çox sadəlövh. Dünyada bizim qadınlar qədər rahat aldadılan məməli tapa bilməzsən. Yaxın oturun, sizə bir-iki məsləhət verim.

Ümumiyyətlə, cinsiyyətindən asılı olmayaraq, bir insan ömrü, onun həyatında baş vermiş boşluqlara köklənir. Bizimkilər qayğıya, diqqətə o qədər acdılar ki, bir balaca ehtiram, xoş münasibət görsələr adını sevgi qoyarlar. Bu da təbii olaraq kişi tayfasına sərf eləyir. Kişi elə bir canlıdı ki, ehtirası uğrunda gecə-gündüz işləyib qazana da bilər, bir saat içində şəxsiyyətini itirə də bilər. Qadınlar arasında reytinqim qalxsın deyə, iç üzümüzü açmaq istəyirəm, bu dəfə məni məzur görün.

Nənəm deyirdi ki, oğlan evlənəndə kişi olur. Bizimkilərin əksəriyyəti evlənən kimi əllərində olan bir çimdik kişilik də yoxa çıxır. Lap əvvəldən başlayaq.

Adını sevgi qoyduğunuz zadın adını ha fikirləşdim tapa bilmədim. Lap olsun sevgi. Gecə mesajlaşmaları, səhər danışıqları. Hələ sosial şəbəkələrdə bir birlərinə hesab parollarını vermələr, o kafe, bu restoran. Bir az bu cütlüklərə obraz verək, qoy kinoya getsinlər, lap balıq tutsunlar. Park köşələrində öpüşlər, virtual ehtiras... Başdan başa film kimi münasibət, əyləncə. Nəhayət toy. Cinsi kişi olan bir canlı, öpüşməyi bir qırağa qoysaq, bütün sadaladıqlarımı öz cinsindən biri ilə eləyə bilməzmi? Bir kişi, həmcinsi ilə dünya turuna çıxa, bir evdə qala, əylənə bilməzmi? Amma, bunun bir əmması var. Söhbət cütləşməyə gələndə məsələ qəlizləşir. Adamın qadın istəyi oyanır. Ümumilikdə qadınla kişinin ən primitiv fərqi cinsiyyətdir. Sizdə olan bizdə yoxdu, bizdə olan sizdə. Qadın-kişi münasibətləri də bu olmayan zadların “qarşılıqlı bazar ticarətindən” yaranır. Bu qədər də ilahiləşdirməyin. Bütün günü telefonunu izlədiyin, hər dəqiqə zəng vurub heç kimlə danışmadığına əmin olmağa çalışdığın kişinin səni qısqanmaq hissi də bir o qədər müqəddəs deyil, bacım. Qısqanclıq üç səbəbin nəticəsidir:

Birinci, kişidə sahib olmaq istəyindən yaranır. “Mənim olan, tək mənə aiddir” prinsipi. Burada qadın sadəcə alətdir. Kişinin sahiblik istəyini dolduran vasitə.

İkinci səbəb çox sadədir – inamsızlıq. İnanmamaq isə, bir başa kişinin özündən qaynaqlanır. Qısqanc kişi mütləq yalançıdı. O, qadına inanır, kişilərə inanmır. Başqa qadınlara göstərdiyi münasibətdən dolayı, kişiləri yaxşı tanıyır. Müəyyən vəziyyətlərdə kişilərin davranışlarını əzbər bilir.

Üçüncü səbəb olan peşəkar yalançılığı isə, bütün yalanların ssenarisini bilməyinə səbəbdir.

İkinci və üçüncü səbəblər bilavasitə birinci səbəbin nəticəsinə xidmət eləyir. Siz düşünürsünüz ki, sevir, qoruyur və qısqanır, əslində bütün bunlar sahiblik prinsipinin göstəriciləridir. Bu, sırf kişinin faydasıdır, həm bioloji, həm də psixoloji. Sizlik bir şey yoxdu burda. Bir az əndrəbadi cümlələr oldu, amma, diqqətlə oxusanız, çox sadədi, əslində.

Qadın yataqda güclüdü. Çalışın birdən birə bütün bədəninizi paylaşmayın. Bu uşaqların oyuncaq istəyinə oxşayır. Mağazada görür, ağlayır, ciddi-cəhdlə yiyələnmək istəyir. Alıb gətirirsən evə on dəqiqə oynayır, atır bir kənara. Adiləşdirməyin özünüzü. Kişilərin cənnət həzzi saydıqları yataq həzzini damcı-damcı verin onlara. Yoxsa tez doyacaq, bir az sonra sadəcə uşaqlarının anası vəzifəsində olacaqsan. Gəlinlər var ki, illərlə orqazm yaşamırlar, sadəcə kişi üçün rahatlaşdıran obrazındadırlar. Bu tip qadın cəmiyyətə heç bir fayda verə bilməz, o ki qaldı qlobal problemlərin həllində rol oynaya. İnsanlar arasında ən dəyərli münasibət tanımaqdır ki, bu da özünü tanımaqla başlayır. Nikaha tələsməyin, bu kağız-kuğuz sadəcə dövlətə kiminlə yatıb-durduğunuzu rəsmi şəkildə bildirməkdən savayı bir şey deyil. Məni yandıran odu ki, adını sevgi qoyduğunuz bu bioloji tələbat uğrunda karyeranızı, gələcəyinizi qurban verirsiniz.

Ağ atlı şahzadə gözləyən, bütün arzuları ağ gəlinlik libasına köklənən qızlara üzümü tuturam: “Oxuyun, sənət öyrənin!” Ana olmaqdan öncə qadın olmağa çalışın. Özünüzü alətə çevirməyin. Boşanan ailələrdə əsas səbəblərdən biri də maddi problemdir. Bizim qadınlar niyəsə möhtac olmağa öyrəncəlidi. Soruşsan deyəcək, mən əşya deyiləm ki, alsınlar məni. Evlənən kimi özü “əşyalaşır”. Kişi səni almayıbsa (evlənməklə, arvad almaq fərqlidir) niyə bütün tələbatını ödəməlidir? Məncə bu tipik azərbaycanlı psixologiyasıdır ki, qadın işləməz, evinin xanımı olar. Bu qul etmək prinsipidir. Bu əşya kimi istifadə eləməkdi.

Düşünürəm ki, heç bir qadının bezini həyat yoldaşı almalı deyil. Qadına hörmət, diqqət onu geyimlə, yeməklə təmin etmək deyil, onu mənəvi olaraq qidalandırmağı bacarmaqdı. İnanıram ki, gələcək ailələr “bığıburma kişi” prinsiplərinə dayanaraq qurulmayacaq. Gəlin qlobal görünmək adı ilə yalandan maskalanmayaq. Özümüzün o qədər problemlərimiz var ikən, İŞİD-dən, Masonlardan dəm vurmayaq. Öz gözümüzdə çöpü görmürük, başqa gözlərdə şalban axtarırıq...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Falçı ona cavan öləcəyini söyləmişdi – Zərdüşt Şəfinin kədərli həyatı
21:00 03 Avqust 2021
Milli Qəhrəman haqqında sənədli film çəkilib
19:00 03 Avqust 2021
Anar Kərimov Yunus Əmrə İnstitutunun nümayəndə heyətini qəbul edib
18:41 03 Avqust 2021
İki dil bilmək uşaqların nitqinə ziyandırmı?
18:21 03 Avqust 2021
Dünya bir pəncərədir - Rasim Nəbioğlu yazır
17:42 03 Avqust 2021
Eyni səngərdə döyüşən ata-oğul, ərinin tabutuna girən qadın, əkiz qardaşların əkiz məzarı - 44 günlük müharibədən 44 qeyri-adi fakt
17:01 03 Avqust 2021
Aktrisanın adına saxta profil açıldı
16:34 03 Avqust 2021
Yeni sədr hər kəsi əməkdaşlığa çağırdı
15:45 03 Avqust 2021
Rus qadını evinə qonaq çağırdı, ərini içirtdi... – Xəyanət haqqında hekayə
15:01 03 Avqust 2021
Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək
14:15 03 Avqust 2021
Nazirlik rəsmisi: “Kinostudiyaya ən müasir avadanlıqlar almışıq”
13:30 03 Avqust 2021
Bir bax, başın üstə günəş doğulur – Ramiz Rövşən Şuşaya şeir oxudu - Video
12:45 03 Avqust 2021
Allaha inanmadı, 16 yaşlı qızla evləndi, oğlunun ölümündə özünü günahkar bildi - Xalq şairindən 10 maraqlı fakt
12:01 03 Avqust 2021
Öz ölümünü yazan şair - Günün şeiri
11:30 03 Avqust 2021
Qələbədən yazmaq çox çətindir
11:01 03 Avqust 2021
“Orxan Pamukun evi inanılmaz dərəcədə geniş idi” – Söhbət
10:30 03 Avqust 2021
Deyirsən, anamın yerində ayrı arvadla mazaqlaşsın? – Yeni hekayə
09:01 03 Avqust 2021
Açıq havada Kino Günü keçirildi - Fotolar
08:49 03 Avqust 2021
Azərbaycanlı şair vəfat etdi
08:08 03 Avqust 2021
"Qapalı olan həyatımın qapılarını indi açıram..." - Fəxrəddin Manafovla yubiley müsahibəsi
21:00 02 Avqust 2021