writer1

Ömər Xəyyam

Məqalə sayı

47
clock11:27 calendar-gray 23 Sentyabr 2014 view-gray6545 dəfə oxunub
view-gray6545 dəfə oxunub

Azad sekslə müasirləşmək

Bu payız ki var, ahıl bir kişini xatırladır mənə. Yorğun, solğun bənizli, qaramat bir fəsildi. İsti havalarda dəbdi deyib, soyunmaq olur, payız ki gəldi, mütləq qalın paltar, suya davamlı ayaqqabı almalısan.

Bu kimi məişət problemlərinin içində, səni atıb getmiş qızın həsrətinin payız soyuqluğu havasında, bir də bu qoca, əldən düşmüş, qaramat fəslin rayonlardan şəhərə tələbə axını məsələsi var. Türk seriallarının sırıdığı “aşk”la, inəklərin cütləşmə prosesinin verdiyi ehtirasla təkcə ayaqlarını götürüb üzü şəhərə tərəf axan tələbə seli...

Bu daha çox illərlə qaranlıqda bəslədiyin, kökəldib satmaq arzusunda olduğun bir dananı birdən-birə işığa çıxarmağa bənzəyir. Kəndli olmaq qüsur deyil, kənd təfəkkürlü olmaq gülüncdür.

Torpaq yola, daş-kəsəkli cığırlara öyrəncəli ayaqlar, asfaltda büdrəyir, kol-kosun içində bərkimiş əl-qol şəhərin insan tıxaclarında yarı çılpaq qızlara toxunanda qəribə reaksiya alınır, müvazinəti itir bədənin. Şəhərə tələbə qismində köç eləyən qız tayfası ovcunda sıxıb saxladığı “Pis Yedili”, “Medcezir” kimi türk seriallarının nümayiş elədiyi “okul aşkını” avtovağzala çatar-çatmaz açıb buraxır.

Bu qızların əksəriyyəti ona görə ikiqat olub oxuyublar, repetitor yanında filan qədər pul ödəyib hazırlaşıblar ki, xəyal etdikləri serial “aşklarını” şəhərdə gerçək etsinlər. Valideyn yanında alınmır axı? Bir də balaca kənddə adlarına zurna çalıb, söz qoşacaqlarından həya eləyirlər.

Şəhər... Kosmopolita... Üç nəfər qız sakini olan kirayə ev. Şəhərə kosmetikasız, makiyajsız qədəm qoyan bu qız balalar topuqdan olan paltarını Biləcərini keçər-keçməz iki barmaq dizdən yuxarı donla əvəz eləyir. Makiyaj, spirt qoxulu dodaq boyası da öz yerində... Saçlar anında formasını dəyişir, “bığlar qırxılır”. “C” səsi “ç” ilə, “g” isə “q” ilə dəyişdirilir, “gələcəm”, “qələcəm” olur.

Sonra universitet “aşkları”, kafelərdə görüşlər, hətta, gecə həyatı... Qoyun-quzusunu satıb şəhərə pul yollayan valideyn isə, övladının tələbə olmağı ilə fəxr eləyir. “Azad sex” sözünü öyrənib, insani dəyərləri cılızlaşdıran gənclər, bu prosesin adını da müasirləşmək qoyub.

Təhsilimizin papağına and olsun ki, tələbə adını qazanan 90 faiz oğlanların əsas məqsədi “qız tutmaq”, kirayədə valideyn nəzarətindən kənarda yaşamaq olur.

Bir həftədi məhəlləmizdə əməlli-başlı Üzeyir gecələri keçirilir. Dahi Hacıbəyovla səhv salmayın, bizim milli brend Mehdizadəni deyirəm. Arabir bayağı musiqili meyxana ilə də feyzyab olunur məhəlləmiz. Dünən öyrəndim ki, bəs, qonşuluğumuza “Ğ” rayonundan üç nəfər tələbə təşrif buyurub, kirayə qalır. Fikirləşdim ki, qonaqpərvərlik prinsiplərimizi də qoltuğuma vurum, gedim bir “xoşgəldin” eləyim, həm də “zövqlü” musiqilərlə ruhumuzu qidalandırdıqları üçün minnətdarlığımı bildirim. Xoş-beş, on beşdən sonra məlum oldu ki, üçü də beş yüzdən yuxarı bal toplayıb müxtəlif universitetlərə daxil olublar. Utandım vallah! O qədər oxuyasan, hazırlaşasan, di gəl, qulağından musiqini birbaşa mədənə ötürəsən.

Ümumiyyətlə, insanı musiqi zövqünə görə dəqiq tanımaq olur. Sonra bir-iki ağıllı sual da verdim, kitablardan, musiqidən, məlum oldu ki, bunlar kotangensi, tənliyi, ƏBOBU bilsələr də, içləri bom- boşdu. Bu insanlar kim olacaq? Statistik tələbə sayını artırmaq, metroda basabas yaratmaqdan başqa nəyə yarayır axı bunlar? Şəhərə gəlməsəydilər bəlkə də kənd təsərrüfatında daha faydalı olardılar. Tezliklə şəhəri yüngülləşdirmək, artıq çəkidən azad etmək lazımdır. Qoy gedib kartof əksinlər, qoyun saxlasınlar, inək sağsınlar, bunun nəyi pisdi ki?

Ona görə bu şəhərdə hava ağırdı ki, cılız düşüncəli insanların qoxusu ilə qarışır...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Biz tərəflər – Şərif Ağayardan hekayə
16:30 31 İyul 2021
"Memati" yeni serialda rol alacaq
15:00 31 İyul 2021
Aydın Xırdalanlı ölüm anında hansı videoya baxıb – Maraqlı Faktlar
13:30 31 İyul 2021
ADU-da Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub
12:52 31 İyul 2021
Flora Kərimova "Şərəf" ordeni ilə təltif olundu
11:48 31 İyul 2021
Ayaz Salayev: "O Ittifaqın başında bizə yaraşmayan insan dayanıb" - Müsahibə
11:33 31 İyul 2021
Tünzalə Ağayeva Türkiyəyə yardım göndərdi
10:26 31 İyul 2021
Ən başıbəlalı mahnımız: Onu Fatimeyi-Zəhraya, Şah İsmayıla və Cəfər Cabbarlıya nə bağlayır?
09:02 31 İyul 2021
Facebookda tənha insanları necə tanımaq olar?
21:00 30 İyul 2021
Ssenaristlər üçün Yay Məktəbi təşkil olunur
19:00 30 İyul 2021
Şəhidlərə həsr olunmuş kitab işıq üzü görüb
18:05 30 İyul 2021
Ürək dil acır ki, sönməmiş odum - Səməd Vurğundan şeir çələngi
17:30 30 İyul 2021
Qısa hekayə: Yanğın
16:23 30 İyul 2021
Hüquqşünas teatra rəhbər gəldi
15:30 30 İyul 2021
Xalqı efirdən partizan hərəkatına çağıran Xalq artisti - O, İlhamə Quliyeva ilə eşq yaşamışdımı?
14:26 30 İyul 2021
Türkiyə evimizdir - evimiz yanır
13:51 30 İyul 2021
Rejissorumuz beynəlxalq festivalda jüri sədri oldu
13:06 30 İyul 2021
İçimizi yanır! – Türk sənətçilərin yanğın harayı
12:20 30 İyul 2021
Yazıçımız Beynəlxalq ədəbiyyat festivalında qalib gəldi
11:41 30 İyul 2021
Ssenarimiz Ukraynada ən yüksək balı topladı
11:05 30 İyul 2021