news-inner
clock09:30 calendar-gray 23 Sentyabr 2014 view-gray1757 dəfə oxunub
view-gray1757 dəfə oxunub

Məşhur aktyor: “İstedad seksual şeydir”-MÜSAHİBƏ

Kulis.az Türkiyənin məşhur aktyoru Haluk Bilginerin müxtəlif müsahibələrindən seçmələri təqdim edir. Qeyd edək ki, H.Bilginerin baş rolunu oynadığı “Qış yuxusu” (Nuri Bilge Ceylan) filmi Kann Film Festivalında əsas mükafatı alıb.

- Türkiyədə aktyorlara da, aktyor olmaq istəyənlərə də “kimi bəyənirsiniz?” sualını verəndə “Haluk Bilginer” deyirlər. Digərlərindən fərqiniz nədədir?

- Onlar sezirlər ki, yolun heç vaxt bitməyəcəyini bilən adamam. Mən həmişə şagird olmağı bacara bilmişəm.

- Həyatda sənətdən başqa bir şey haqqında düşünmürsünüzmü?

- Elə şey olar? Mən hər şey edirəm. Aktyorluqla məşğul olan adam dünyada hər şeylə maraqlanmalıdır. Bu maraq hissi olmazsa, zatən aktyor ola bilməzsən.

- İzmirlisiniz. Uşaqlığınız necə keçib?

- Xoşbəxt ailədə xoşbəxt uşaqlığım olub. Üç uşağıq. Mən ortancılam. Özümdən böyük qardaşım və balaca bacım var. Məktəbi bitirənə qədər İzmirdə yaşamışam. 1971-ci ildən sonra isə Ankara, London və İstanbul. Ailəm hələ də İzmirdə yaşayır. İzmir mənim uşaqlığımda çox gözəl şəhər idi. Amma indi gedəndə əsəbiləşirəm, İzmir pis günə qalıb. Uşaqlıq arzularımda kimya mühəndisi, sonra həkim, daha sonra aktyor olmaq var idi. İndi düşünürəm ki, bu üçünün bir-biri ilə nə əlaqəsi varmış? Dəxli yoxdur kimi gəlir adama. Amma hər şeyin kökündə dayanan maraqdır. Mən həkim olsaydım, xərçəngin müalicəsini tapmaq üçün çalışacaqdım. Mən uşaqkən nağıl kitabı yox, ensiklopediya oxuyurdum. Ən sevdiyim oyuncağım mikroskop idi. Barmağımı iynə ilə deşib, qana baxardım.

- Özünüzü bir kişi kimi xarakterizə edərdiniz?

- Mən insan olmağa çalışıram. Təsadüfən kişi olaraq gəlmişəm dünyaya amma.

- Qadında tab gətirə bilməyəcəyiniz şeylər nələrdir?

- Kişinin yanında özünü axmaq hesab etməyi. Qətiyyət axmaq deyillər çünki. Onların ağıllı və istedadlı olduqlarını görməliyəm. İstedad çox cəzbedici, çox seksual bir şeydir.

- Qısqancsınız?

- Əlbəttə qısqanclığım var. Birlikdə yaşamaqdan söhbət gedirsə, səndən başqası ilə nələrinsə paylaşıldığını düşünürsənsə, qısqanırsan.

- Münasibətlərə görə soruşuram. Hər şeydə belədir əslində: problemsiz olan hər şey problemlidir...

- Əlbəttə. Ziddiyyət yaxşı şeydir. Münasibətləri sağlam saxlayır. Sən onu bəyənirsən, mən də bəyənirəm. Sən onu etmək istəyirsən, mən də elə. Sən mənə heyran, mən sənə... Belə münasibət olmaz.

***

- “Haluk Bilginer oynamasaydı, Nuri Bilge Ceylan “Qızıl palma” mükafatını Kannda ala bilməyəcəkdi” deyənlər var.

- Sağ olsunlar, kompliment edirlər təbii ki. Bu filmin “Qızıl palma” almağı daha mühüm məsələdir məncə. Həqiqətən belə düşünürəm. Bu Türkiyə kinosu üçün də mühümdür. Türkiyədə kino işinə başlayacaq gənclər üçün də önəmlidir. 20 yaşındakı bir gənc Nuri Bilgenin həyatına baxacaq. “Koza” deyə qısa bir filmlə başlayıb, gör indi hara gəlib çıxıb. Bunlar çox gözəl nümunələrdir. Ceylan “Mayıs sıkıntısı”nı tək kamera ilə çəkib. Komanda 5 nəfərdən ibarət olub. Demək ki, istəyəndə olar. Siz də edin, siz də edə bilərsiniz. Dirənin, inandığınız şeyi etməyə davam edin. Bu sadəcə kino ilə bağlı deyil, digər sahələrdə də hansısa bir şey etmək istəyən gənclərə aiddir.

- Nuri Bilgenin təklifi 3 dəfə rədd etmisiniz…

- Rədd etməyim onun birlikdə işləmək istəməməyim demək deyildi. Əksinə, Nuri Bilgeylə işləməyi illərdir istəyirəm. Bilirsiniz ki, Nuri Bilge son dövrlərə qədər aktyorları çəkməyib. Onunla işləməyə can atırdım, amma tam qışın ortasında, oyun təqvimi açıqlanmış vaxtda “Gəl Nevşəhərə, film çəkirik” dedi. Mümkün deyildi, gedə bilməzdim. Nə edəcəkdik? “Yox, mən başqa birini çəkmək istəmirəm, sənin proqramına uyğunlaşacağıq” – dedi.

- Nuri Bilge Ceylan müsahibəsində Aydın obrazı haqda “ətrafımda belə adamlar çoxdur, bəlkə məndən də bir parça var orda” demişdi. Ssenarini birinci dəfə oxuyanda Aydınla bağlı nə düşündünüz?

- Türk ziyalısının obrazının bu günə qədər heç vaxt belə dürüstcəsinə yaradılmadığını düşündüm. Bu qədər dürüst, realist və tənqid oxlarını özünə yönəltməkdən qorxmayan, çox namuslu bir ssenari gördüm.

- Siz də özünüzdən bir parça tapdınız burda?

- Özümdən olmasa da yaxınlarımdan, tanıdığım insanlardan çox tapdım. Bir obrazı yaradarkən mütləq özünüzdən nəsə tapmaq məcburiyyətiniz yoxdur. Qatili də oynaya bilərsiniz. Amma o qədər sıx rast gəlinən bir şeydir ki bu, zaman-zaman siz də etmiş ola bilərsiniz. Amma müşahidələrinizdən bunun nə olduğunu siz zatən bilirsiniz. Zatən bildiyiniz, qavradığınız və “Ah gözünü sevdiyim türk ziyalısı” dediyiniz bir vəziyyətdir.

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Mikayıl Müşfiq qadına görə öldürülüb - İddia
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır - Qorxmaz Quliyev yazır...
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020